[go: up one dir, main page]

İraq türkmanları

Türkmanlar və ya İraq türkmanları[9]İraqın şimalında yaşayan türk etnosu. Ad oxşarlığına baxmayaraq türkmanlar Orta Asiya türklərinə, Türkmənistanda yaşayan türkmənlərə deyil, Azərbaycan türklərinə, Anadolu türklərinə yaxın olub, oğuz türklərinin qərbi qolundandırlar.

Türkmanlar
Bayraq İraq türkmanları və rəsmi olaraq İraq Türkman Cəbhəsi tərəfindən istifadə olunur.
Ümumi sayı
3 000 000[1]
600.000 – 2.000.000 (2003)[2]
800.000 (2001–2003)[3][4][5]
600.000 (1997)[6]
Yaşadığı ərazilər
Kərkük mühafəzəsi
Neynəvə mühafəzəsi
Bağdad mühafəzəsi
Ərbil mühafəzəsi
Səlahəddin mühafəzəsi
Vasit mühafəzəsi
Diyalə mühafəzəsi
Dili

Azərbaycan dili, Türk dili, Ərəb dili

Dini

İslam, Xristianlıq[7][8]

Mənşəyi
Oğuz (Türk)
Qohum xalqlar

Suriya türkmanları
və digər Türk xalqları

Yaşadıqları ərazilərdə isə ilk dəfə Səlcuqların ilk axınları zamanından xeyli əvvəllər məskunlaşmışdılar. Daha sonralar isə Səfəvi hökmdarları ən qədim Azərbaycan tayfalarından biri olan türkmanların yaşayışlarının daha da möhkəmləndirilməsini təmin etmişlər.

Ərəb İraqı tarix boyunca bir çox mədəniyyətə beşiklik etmişdir. İraqda türk ünsürünün tarixi eramızdan əvvələki dövrlərə dayansa da tam olaraq indi İraqda etnik qruplar içərisində üçüncü ən çoxsaylı toplum olan türklərin əcdadlarının bu torpaqlara gəlişi 673-cü ilə təsadüf etməkdədir.

Qeyd edilən tarixdə Əməvi sülaləsinin (661–750) əmirlərindən biri olan İraqi Ərəb vilayətinin hakimi Übeydullah bin Ziyad 4,000 türk əsilli süvarini bölgənin təhlükəsizliyi məqsədiylə Bəsrə şəhərinə yerləşdirmişdir.[10] Əməvi sülaləsinin xəlifəliyinin bütün dövrlərində və Abbasilər sülaləsinin (750–1258) xəlifəliyinin ilk dövrlərində (750–945) türk əsilli əhali İraqın əsasən mərkəz və cənub hissələrinə yerləşir və bölgənin silahlı qüvvəsinin önəmli hissəsini təşkil edirdilər.

932-ci ildə indiki İranın qərbində Cəbəl bölgəsində əsas hökümdarı şahənşah titulu daşıyan şiə dövləti olan Büveyhilər yarandı. Büveyhilər sülaləsinin nümayəndlərinin müxtəlif bölgələrdə hakimiyyəti 932-ci ildən 1062-ci ilədək davam etmişdir. Büveyhilər 932–1028-ci illərdə Cibal əyalətini, 934–1062-ci illərdə Fars əyalətini, 936–1048-ci illərdə Kerman əyalətini, 945–1055-ci illərdə Bağdad şəhəri mərkəz olmaqla İraqi Ərəb əyalətini idarə etmişdirlər.

945-ci ildə İraqın Büveyhilərin əlinə keçməsi ilə Abbasi xəlifələri faktiki Beveyhilərin oyuncağına çevrildilər. Beləki onların şərti hakimiyyəti yalnız Büveyhilərin icazəsi ilə saxlanılmışdı. Büveyhilər dövründə yeni türk dalğaları artıq əsasən indiki İraqın şimalında Səmərra, Mosul, Kərkük, Ərbil kimi stratejik əhəmiyyətə sahib şəhərlərdə yerləşməyə başladılar.[10] Yeni dalğa ilə gələn türklər özlərini Quz adlandırıdılar.[10]

Abbasi xəlifəsi Qaimin xahişi ilə 1055[10]-ci ildə Böyük Səlcuqlu İmperatoru Sultan Toğrul Qınıq öz ordusu ilə Bağdada daxil oldu və Ərəb İraqında Beveyhilərin hakimiyyətinə son qoydu. İraq türklərinin ən böyük tayfalarından biri olan bayatların Ərəb İraqına ilk gəlişləri 1055-ci ildə Səlcuqluların gəlişi ilə birlikdə baş vermişdir.[10]

Sayları

redaktə
 
İraqlı türkman qızı

"Dorling Kindersley" beynəlxalq nəşriyyat evinin 2010-cu ildə Londonda nəşr etdirdiyi atlasa görə 30.7 milyon nəfər olan İraq əhalisinin 3%–ni türkmanlar təşkil edir.[11]

Suphi Saatçiyə[12] görə 1990-cı ilə 17.742 milyon nəfər təxmin edilən İraq əhalisinin 2.129 milyon nəfərini və ya 12%–ni türkmanlar təşkil edirdi.[13]

Kərküklü alim Erşat Hürmüzlü[14] 2003-cü ildə İstanbulda (ərəb dilində) nəşr edilmiş "Türkmanlar ve İrak" kitabında (səh. 81–84) 1957-ci siyahıyaalınmasının 1959-cu ildə elan olunmuş nəticələrinə əsaslanaraq, həmçinin müvafiq zaman intervalında İraq əhalisinin təbii artımı göstəricilərini nəzərə alaraq apardığı hesablamaya əsasən ümumi əhalisi 25 milyon nəfər olan İraqda türkmanların sayının 2 milyondan az olmadığını təxmin etmişdir.[15]

İraqlı yazar Əhməd əl–Hürmüziyə görə İraqda sayları 2 milyondan çox olan türkmanların əksəriyyəti müsəlman olsa da onlardan təqribən 30 min nəfəri xristiandır.[16]

  • 1927, 1934, 1947, 1957, 1965, 1977, 1987 və 1997-ci illərdə İraqda ölkə əhalisi rəsmən siyahıya alınmışdır. Rəsmi siyahıya almaların yekunlarına əsasən :
  • 1957-ci (həmin ildə elan olunmuş ilkin məlumatlara əsasən) il İraqda Türkmanlar 136,800 nəfər (və ya əhalinin 2,16%-i):
    Kərkük vilayətində 83,371 nəfər
    Kərkük şəhərində 45,306 nəfər
  • 1977-ci il İraqda Türkmanlar 132,000 nəfər (və ya əhalinin 1,15%-i):
    Kərkük vilayətində 80,347 nəfər
    Ninəvə vilayətində 9,487 nəfər
  • 1987-ci il İraqda Türkmanlar 222,000 nəfər:
    Kərkük vilayətində ? nəfər
    Ninəvə vilayətində 1,681 nəfər
    Diyalə vilayətində 8,885 nəfər
  • 1997-ci il İraqda Türkmanlar 227,000 nəfər:
    Kərkük vilayətində 50,099[17] nəfər
    Diyalə vilayətində 1,555 nəfər

İraq hökumətinin 1957-ci il əhalinin siyahıya alınmasının 1958-ci il inqilabından sonra 1959-cu ildə elan etdiyi son göstəricilərinə görə İraq əhalisinin təxminən 9%-i (567,000 nəfər)[18][19] türkmanlar olmuş, Kərkük vilayətində əhalinin yarıdan çoxunu (180,000 nəfər) türkmanlar, 1/3-ni isə kürdlər təşkil etmişdir.[20] Digər siyahıya almalarda (1977, 1987, 1997-ci illər) isə tükmanların ərəb və ya kürd kimi siyahıya alınaraq sayları qəsdən az göstərilmişdir. Təxmini mütəxəssis qiymətləndirilmələrinə görə indi sayları təxminən İraq əhalisinin 13%-i qədərdir.[1][21][22]

Məskunlaşdıqları yaşayış məntəqələri

redaktə
 
İraq
  Türkmanlar
  Sünni ərəblər
  Şiə ərəblər
  Kürdlər
  Yəzidilər
  Assiriyalılar

Hazırda Türkmanlar İraqın 8 elində məskunlaşıblar .[23]

Ninəvə mühafazası

redaktə

3 sentyabr 1970-ci ildə Mosul mühafazası adı dəyişdirilərək Ninəvə mühafazası olmuşdur. Ninəvə mühafazası inzibati cəhətdən Mosul, Təlafər, Tilkəf, Sincar, Həmdəniyə, Məxmur, Şixan və Hətrə qəzalarına bölünür. Mühafazanın ümumi əhalisi 2003-cü ildə aparılmış rəsmi siyahıya almaya əsasən 2,473,727 nəfərdir .[24]

Türkmanlar Mosul şəhərində, Mosul qəzasının kəndlərində, Təlafər şəhərində , Təlafər qəzasının qəsəbə və kəndlərində, Səncər qəzasının bəzi kəndlərində yaşayırlar .

Mosul qəzası

redaktə

Mosul şəhərinin əhalisi də daxil olmaqla qəzadakı əhalinin ümumi sayı 2003-cü ildə aparılmış rəsmi siyahıya almaya əsasən 1432,2 min nəfərdir .

  • Mosul qəzasındakı Türkman kəndləri: Abbasiyə, Abzah, Ağqoyun, Albəy, Əli Rəis, Ağquş, Arpaçı, Babuniyət, Ba Həmzə, Basəhra, Ba Şika, Bisatlı, BiRhallon, Çilovxan, Çınçı, Dərvişlər, Əbucərbua, Əskişəhər, Faziliyə, Qazixan, Göyçəli, Həmdaniyə, Xaraba, Xarabasultan, Həvvar, Xəznəbənd, Xıdır (İlyas), Xorsabad, İstəh, Qadıköy (Qaziyyə), Qaraqoyun, Qaraquş, Qaraşor, Qaratəpə, Qaratəpə Şəbək, Qarayataq, Kəbərli, Kəhriz, Kələk, Kələtə, Kəprəsor, Qızfəxrə, Korqəriban, Minarə Şəbək, Müşərrəfiyə, Mühəlləbiyə, Ortaxarab, Ömərqan , Ömər Qayaçı, Rəşidiyə, Rəzzaqiyə, Səlamiyə, Seyyidlər, Şəbək, Şəmsiyyət, Şənnif, Şeyxəmir, Şiraxan (Aşağı və Yuxarı Şiraxan), Tahrava, Telaqub, Tərcilə, Tövfikiyə (Tofiqiyə), Tezxarab, Tilyara, Topraqziyarət, Topzava, Vərdək, Yarımca, Yengi, Bisatlı, Zəhraxatun, Zeynəlabidin .

Mosul şəhəri

redaktə

Təlafər qəzası

redaktə

Təlafər qəzasının əhalisinin mütləq əksəriyyətini türkmanlar təşkil edir. Telafer şəhərinin əhalisi də daxil olmaqla qəzanın ümumi əhalisi 1976-cı ildə 132.845 nəfər, 1987-ci il siyahıyaalınması zamanı 235.015 nəfər, 2003-cü ilə olan rəsmi təxminə əsasən isə 300.878 nəfər olmuşdur. Qəza 3.039 km² ərazini əhatə edir.

Təlafər qəzası inzibati cəhətdən 4 nahiyyəyə ayrılır: Təlafər, Zimmər, Rəbiyyə və Ayadiya. Zimmər nahiyyəsi 1984-cü ildə yaradılıb, onun sahəsi 768 km², əhalisi 1987-ci il siyahıyaalınmasına əsasən 34.885 nəfər , 2007-ci ilin may ayına olan təxminə əsasən isə 142.080 nəfərdir (94.720 nəfəri türkman, 24.162 nəfəri ərəb , 23.198 nəfəri kürd olmaqla). Təlafər nahiyyəsinin sahəsi 2.271 km², əhalisi 1987-ci il siyahıyaalınmasına əsasən 200.130 nəfərdir. Telafer nahiyyəsinda bir dənə də olsa qeyri-türk yaşayış məntəqəsi mövcud deyildir. Bütün qəzada irili-xırdalı şəhər, qəsəbə və kəndlərin sayı 300-dür . Onların çoxunda türkmanlar əhalinin əksəriyyətini təşkil edirlər .

Qəzadakı bəzi böyük türkman kəndləri: Ağbuğa, Ağbulaq , Ağtəpələr, Antallav, Arpatəpə , Ankenni (Efkənni), Azzotəpəsi, Buxur, Cəddu, Cəgən Xarabi, Cubara, Cuma, Çordağtəpə, Çeliylilər, Tarrı (Tar, tarla deməkdir , Tarrı isə tarlalar), Damlamaca, Daşlıdərə, Dəvəboynu (2 kənd), Efkənli (bu kənd bucaq mərkəzidir), Fəqa, Hamra, Harala, Harna, Irfi, Qırmızı, Qızılquyu, Qızıl Par, Korquyu, Kubbuk, Quyu, Malvirən, Mistah, Miççə , Mühəlləbiyə , Sonbar, Səca, Sübhan (Sapan), Sualtı, Şeyx İbrahim, Purmu, Üçtəpələr.

Səncər qəzası

redaktə

Səncər qəzasının əhalisi 2003-cü il siyahıya almasına əasən 166,5 min nəfərdir. Qəzadakı nisbətən böyük türkman kəndləri : Meydanqulu, Sibate, Sino və Tellavi .

Kərkük eli

redaktə

Elin əhalisi 2003-cü ildə aparılmış siyahıya almaya asasən 839,121 nəfərdir .[25]

Səlahəddin eli

redaktə

Elin əhalisi 2003-cü ildə aparılmış siyahıya almaya əsasən 1,077,785 nəfərdir .[27] Türkmanlar Səlahəddin elinin Tuzxurmatu elçəsinin şəhər , qəsəbə və kəndlərində məskunlaşıblar .

Tuzxurmatu elçəsi[28]

redaktə

Tuzxurmatu elçəsi 1952-ci ildə Kərkük elinin tərkibində təşkil edilib , 1976-cı ildə Kərkük elindən qoparılaraq Səlahəddin elinə birləşdirilib . Elçə inzibati cəhətdən Navcul, Amırlı və Süleymanbəy bucaqlarına ayrılır.

Elçə əhalisi 1977-ci il siyahıya almasına əsasən 98,560 nəfər , 1987-ci il siyahıya almasına əsasən isə 86,253 nəfər , 2003-cü il siyahıya almasına əsasən 103,4 min nəfər olmuşdur. Elçənin əhalisinin əksəriyyətini Türkmanlar təşkil edir. Elçədəki türkman əhalinin çoxluğu islamın şiə təriqətinə etiqad edir.

  • Elçədəki Türkman əhalini əmələ gətirən türk əsilli tayfalar: Xatlan tayfası, Bəndər tayfası, Çayır tayfası, Qara Ulus tayfası, Bayat tayfasının Vali Əli qəbiləsi, Bayat tayfasının Əsaffi qəbiləsi, Musəvi qəbiləsi, Qulami tayfasının Dəffa qəbiləsi, Əl Vəndivi tayfası, Əl Bayat tayfası, Muradlı tayfası.
  • Tuzxurmatu qəsəbəsi: eyni adlı elçənin inzibati mərkəzi və ən iri yaşayış məntəqəsidir. Qəsəbə Ağsu çayının sahilində yerləşir. Onun sahəsi 35 kvadrat kilometrdir. Tuzxurmatu qəsəbəsinin əhalisini Türkmanlar təşkil edir. Tikrit şəhəri ilə arasındakı məsafə 96 km-dir.
  • Amırlı qəsəbəsi – eyni adlı bucağın inzibati mərkəzidir . Qəsəbə əhalisini türkmanlar təşkil edir .
Bucağın adı Bucağın əhalisi, 1977 Bucağın əhalisi, 1987
Amırlı 15,104 22,522
Süleymanbəy 7,719 11,733

Ərbil eli

redaktə

Diyalə eli

redaktə

Diyalə eli 6 elçəyə bölünür: Kifri , Xalis , Şəhrəban (dəyişdirilmiş hazırkı adı Müqdədiyə), Bələdruz , Baquba , Xanəqin. Türkmanlar Diyalə elinin Xanəqin , Bələdruz , Kifri və Şəhrəban elçələrində məskunlaşıblar .

  • Xaneqin elçəsi (qədhəsi) 1921-ci ildə yaradılıb, onun sahəsi hazırda 2,794 km², əhalisi 1957-ci il siyahıya almasına əsasən 58,499 nəfər (34,199 nəfəri kürd, 17,238 nəfəri ərəb, 3,124 nəfəri türkman), 1965-ci il siyahıya almasına əsasən 85,088 nəfər (46,725 nəfər kürd , 30,932 nəfər ərəb, 2,918 nəfər türkman, 4,513 nəfər digər etnik qruplar), 1977-ci il siyahıya almasına əsasən 98,855 nəfər (66,657 nəfəri ərəb, 27,042 nəfəri kürd, 4,177 nəfəri türkman, 1,039 nəfəri digər etnik qruplar), 1987-ci il siyahıya almasına əsasən 101,398 nəfər (73,116 nəfər ərəb , 24,505 nəfər kürd , 3,777 nəfər türkman), 1997-ci il siyahıya almasına əsasən isə 127,989 nəfərdir (92,461 nəfəri ərəb , 29,460 nəfəri kürd , 6,068 nəfəri türkman) . 1997-ci il siyahıya alması zamanı Mədain və Qaratəpə bucaqları Xaneqin elçəsinə daxil deyildi. 1957–1977-ci illərdə Xaneqin elçəsi Xaneqin , Qaraxan (ərəbləşdirilmiş adı Cələvlə), Qızıl Rabat (ərəbləşdirilmiş adı Sədiyə), Qaratəpə (ərəbləşdirilmiş adı Qoratu) və Mədain bucaqlarından ibarət idi. Hazırda (1987-ci ildən indiyədək) Xaneqin elçəsi inzibati cəhətdən 3 bucağa ayrılır: Xaneqin, Qaraxan və Qızıl Rabat . 1997-ci il siyahıya almasına əsasən Xaneqin bucağında 49,968 nəfər, Qaraxan bucağında 46,147 nəfər, Qızıl Rabat bucağında isə 31,874 nəfər əhali yaşayır. Türkman qəsəbələri Qızıl Rabat və Qaraxan eyni adlı bucaqların inzibati mərkəzləridir.
  • Bələdruz elçəsi (qədhəsi) 2,017 km² əraziyə, 1987-ci il siyahıya almasına əsasən 48,625 nəfər əhaliyə malikdir. Elçə inzibati cəhətdən 2 bucağa (nahiyyəyə) ayrılır : Bələdruz və Mendeli. Bələdruz bucağının ərazisi 504 km², əhalisi 1987-ci il siyahıya almasına əsasən 40,533 nəfərdir. Mendeli bucağının ərazisi 1,513 km² , əhalisi 1987-ci il siyahıya almasına əsasən 8,092 nəfərdir . Türkman qəsəbəsi Məndəli bucağın inzibati mərkəzidir.
  • Kifri elçəsi (qədhəsi) 1975-c ildə Kərkük elindən qoparılaraq Diyalə elinə birləşdirilmişdir. Elçənin sahəsi 1,928 km² , əhalisi 1987-ci il siyahıya almasına əsasən 28,600 nəfər, inzibati mərkəzi Kifri qəsəbəsidir . Kifri elçəsi inzibati cəhətdən 2 bucağa (nahiyyəyə) ayrılır: Kifri və Qara Təpə. Kifri bucağı 1,015 km² əraziyə və 1987-ci il siyahıya almasına əsasən 10,536 nəfər əhaliyə malikdir . Qara Təpə bucağı 913 km² əraziyə , 1987-ci il siyahıya almasına əsasən 18,064 nəfər əhaliyə malikdir . KifriQara Təpə qəsəbələri eyni adlı bucaqların inzibati mərkəzləridir .
  • Şəhrəban (Müqdədiyə) elçəsi 1955-ci ildə yaradılıb. Elçənin ərazisi 524 km², əhalisi 1977-ci il s.a. əsasən 72,649 nəfər, 1987-ci il s.a. əsasən 78,671 nəfərdir.

Vasit mühafazası

redaktə

Ərazisi 17,153 km², əhalisi 2003-cü il siyahıya almasına əsasən 913,386 nəfər olan Vasit mühafazası inzibati cəhətdən 6 qəzaya ayrılır: Kut (2003-cü ildə 374,547 nəfər), Nəmaniyə (2003-cü ildə 107,618 nəfər), Hay (2003-cü ildə 136,208 nəfər), Bedra (2003-cü ildə 20,601 nəfər), Əziziyə (2003-cü ildə 112,900 nəfər) və Süveyrə (2003-cü ildə 161,602 nəfər). Türkmanlar Bədrə və Əziziyə qəzalarında məskunlaşıblar.

  • Bedra qəzası inziati cəhətdən 2 nahiyyəyə ayrılır: Zirbatiyə və Cəssən. Zirbatiyə bucağı 1,835 km² əraziyə, 1987-ci il siyahıyaalmasına əsasən 12,715 nəfər əhaliyə malikdir. Zirbatiyə bucağının inzibati mərkəzi türkmanların əksəriyyət olduğu Bedra qəsəbəsidir.
  • Türkman qəsəbəsi Əziziyə eyniadlı qəzanın inzibati mərkəzidir.

Bağdad eli

redaktə

Bağdad eli (2003-cü il s.a.-da 6,024,300 nəfər) inzibati cəhətdən 8 elçəyə ayrılır : Xərx (2003-cü il s.a.-da 1,541,500 nəfər) , Rusafa (2003-cü il s.a.-da 1,252,000 nəfər) , Səddam (2003-cü il s.a.-da 936,800 nəfər) , Ədhəmiyə (2003-cü il s.a.-da 808,500 nəfər) , Qədimiyə (2003-cü il s.a.-da 728,500 nəfər) , Mahmudiyə (2003-cü il s.a.-da 350,100 nəfər) , Əbu Qərib (2003-cü il s.a.-da 289,400 nəfər) və Mədain (2003-cü il s.a.-da 117,500 nəfər) . Bağdad elinin yaşayış məntəqələrində 50 min türkman ailəsi məskunlaşmışdır .

Dil və din

redaktə

Dillərinə ərəb diliosmanlı dili təsir etmişdir. XX əsrin 30-cu illərində ərəb dilinin İraqda dövlət dili statusu almasından sonra ərəb dilinin türkmanların danışıq dilinə təsiri nisbətən artmışdır. Elmi mənbələrdə Türkmanların ana dili olaraq Azərbaycan dilinin Cənubi Azərbaycan ləhcəsində (daha dəqiq Əfşar şivəsində)[29] danışdıqları, Türkiyə türkcəsinin İstanbul ləhcəsində təhsil aldıqları və latın qrafikalı əlifbadan istifadə etdikləri qeyd edilir.[30]

Türkmanların əksərən müsəlmandır. 65% İslamın şiə, 35%-i isə sünni təriqətinə etiqad edir. Onların azlığı Roma-Katolik kilsəsinə tabe olan xristianlardır,[7][8][31] onların sayının 30 minə yaxın olduğu təxmin edilir.[32] Türkmən İncil Tərəfdaşlığı Əhdi-cədid İraq türkmən ləhcəsinə tərcümə edib və 2021-ci ildə 2000 nüsxə çap edib paylayıb.[33]

Tanınmış şəxsiyyətlər

redaktə
  • İhsan Doğramacı
  • Manisa Tarzanı
  • Abbas əl Bayati- siyasətçi
  • Əbdüləziz Səmin Bayatlı — şair, yazıçı, tərcüməçi
  • Sübhiyə Xəlil Zəki — şairə
  • Firdevs Kərküklü — şairə
  • Fətullah Altınsəs — məşhur müğənni və incəsənət xadimi, bəstəkar
  • Şevkət Said — məşhur xanəndə
  • Mustafa Kamal Yayçılı — siyasətçi, türkmən siyasi liderlərindən biri
  • Sabah Qaraaltun — hərbçi, məşhur şair
  • Nurəddin İzzət — tanınmış rəssam
  • Əbdülvahid Kuzəçioğlu — məşhur xanəndə, müğənni
  • Muhamməd Sadıq — məşhur Osmanlı divan şairi
  • Mehmed İzzət Xəttat — məşhur şair
  • Hicri Dədə — XX yüzilin məşhur türkman şairi
  • Ərşad Hürmüzlü — şair, siyasi fəal
  • Molla Sabah Hürmüzlü — tanınmış din xadimi
  • Molla Əbdülvahid Türkalanlı — tanınmış din xadimi
  • Məhəmməd Əsəd Ərbili — tanınmış din xadimi
  • Əta Tərzibaşı — yazıçı, tədqiqatçı, vəkil
  • Şakir Sabir Zabit — folklorşünas, etnoqraf və tarixçi
  • Əbdüllətif Bəndəroğlu — İraq, şair və tədqiqatçı
  • Ərşad Saleh — siyasətçi, Kərkük türkmanlarının lideri.

Mənbə

redaktə
  1. Musul Meselesi ve İrak türkleri. Beşinci Basım. Yazar: Kadir Mısıroğlu. İstanbul: Sebil Yayınevi, 1994, 224 sayfa. ISBN 9757480347
  2. "Iraqi Turkmen — Unrepresented Nations and Peoples Organization (UNPO)". Archived from the original on 2016-03-11. İstifadə tarixi: 2 iyul 2015.Yenilənmə tarixi: 11 mart, 2015-ci il.. Arxivləşdirilimiş profil broşürası (PDF).  (ing.)
  3. "Iraq: Turkomans — Minority Rights Group International". 2012-07-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 iyun 2015.Yenilənmə tarixi: Oktyabr, 2014-cü il..  (ing.)
  4. Turkmen in Iraq and International Migration of Turkmen. — A report for Global Strategy Institute, Ankara, Turkey. Author: Ibrahim Sirkeci, PhD University of Bristol, Department of Sociology. January 2005, 29 pages. Archived (PDF).  (ing.) Arşivlendi (DOC).  (türk.)

İstinadlar

redaktə
  1. 1 2 "Iraqi Turkman — Unrepresented Nations and Peoples Organization (UNPO)". İstifadə tarixi: 2 iyul 2015. Yenilənmə tarixi: 11 mart, 2015–ci il. Arxivləşdirilib. Arxivləşdirilimiş profil broşürası (PDF).  (ing.)
  2. "Iraq: Turkomans — Minority Rights Group International". İstifadə tarixi: 29 iyun 2015. Yenilənmə tarixi: Oktyabr, 2014–cü il. Arxivləşdirilib.  (ing.)
  3. Minorities in disputed territories in northern Iraq, page 18. // Assimilation, Exodus, Eradication: Iraq’s minority communities since 2003 [ölü keçid]. Author: Preti Taneja. London: Minority Rights Group International, 2007, 44 pages. ISBN 1904584608
  4. Notes, page 37. // Assimilation, Exodus, Eradication: Iraq’s minority communities since 2003. Author: Preti Taneja. London: Minority Rights Group International, 2007, 44 pages. ISBN 1904584608
  5. Part One: General Information. — Chapter I. Overview. — 11. Ethnic groups and languages, page 12–13. // Iraq Then and Now: A Guide to the Country and Its People. Authors: Karen Dabrowska, Geoff Hann. Chalfont St Peter: Bradt Travel Guide, 2008, 371 pages. ISBN 9781841622439
  6. Chapter 11. A War Within a War, page 112. // Losing Iraq: Inside the Postwar Reconstruction Fiasco. Author: David L. Phillips. Reprinted edition. Hardcover first published in 2005 by Westview Press. New York: Basic Books, 2014, 304 pages. ISBN 9780786736201
  7. 1 2 Mina al-Lami. "Iraq: The minorities of Nineveh". BBC. July 21, 2014. May 14, 2020 tarixində arxivləşdirilib.
  8. 1 2 Shams, Alex. "Iraq's Turkmen mobilise for a post-ISIL future". www.aljazeera.com. 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-17.
  9. "Arxivlənmiş surət". 2022-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-18.
  10. 1 2 3 4 5 Türk Kültürü ve Hacı Bektaş Veli Araştırma Dergisi: Doç. Dr. Ekrem Pamukçu :Kerkük tarihi Arxivləşdirilib 2012-06-16 at the Wayback Machine
  11. Country Factfiles. — Iraq, page 239. // Atlas. Fourth Edition. Editors: Ben Hoare, Margaret Parrish. Publisher: Jonathan Metcalf. First published in Great Britain in 2001 by Dorling Kindersley Limited. London: Dorling Kindersley, 2010, 432 pages. ISBN 9781405350396
  12. "Suphi Saatçi — www.biyografi.net". Archived from the original on 2015-07-01. İstifadə tarixi: 1 iyul 2015..
  13. Tarihi Gelişim İçinde Irak’ta Türk Varlığı. 1. Baskı. Yazar: Suphi Saatçi. İstanbul: Tarihi Araştırmalar ve Dokümantasyon Merkezleri Kurma ve Geliştirme Vakfı Yayını, 1996, sayfa 32. ISBN 9789757555391
  14. "Erşat Hürmüzlü — www.biyografi.net". Archived from the original on 2015-07-01. İstifadə tarixi: 2 iyul 2015..
  15. Who Owns Kirkuk? The Turkoman Case (author Yücel Güçlü), page 79–86. // Middle East Quarterly Journal. Volume XIV, Number I. Philadelphia, Winter 2007, 96 pages.
  16. "The Human Rights Situation of the Turkmen Community in Iraq — Middle East Online". 2015-07-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2015..
  17. Power-Sharing in Kirkuk: Conflict or Compromise?
  18. "Ethics and Public Policy Center, "Iraq: Making Ethnic Peace After Saddam: A Conversation with Kanan Makiya and Patrick Clawson"". 2012-05-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-05-13.
  19. Ersed Hurmuzlu, "Kerkük ve Türkmeneli Bölgesinin Etnik Yapısı", Kardaşlık journal, vol. 34.
  20. Crisis in Kirkuk: The Ethnopolitics of Conflict and Compromise: Авторы: Liam D. Anderson, Gareth R. V. Stansfield
  21. İraq Türkmən Cəbhəsi : Irak Türklerinin yerleşim durumu Arxivləşdirilib 2009-06-25 at the Wayback Machine-…Irak'taki Türk nüfusu, Türkiye Cumhuriyeti'nin Irak'la sınır teşkil ettiği Hakkari Siirt illeri hattından başlar, Musul şehrinin kuzey doğusunda bulunan Irak'ın en büyük ilçesi konumunda olan Telafer Şehri'ni (Irak'ın Türk yerleşim bölgesinin kuzey ucudur) içine alır. Telafer şehri bir Türk şehri olmakla birlikte nüfusu bir milyona yakındır. Telafer 'den itibaren şerit halinde devam eden Türk yerleşim bölgesi Musul'u içine alarak doğuya ve güneye doğru ilerler doğuda diğer bir Türk şehri olan Erbil şehri bulunmaktadır. Erbil 'in güneyinde Altın Köprü ilçesi, güneye doğru aynı uzaklıkta da Irak Türklüğünün en büyük şehri ve Irak Türklüğünün merkezi olan Kerkük bulunmaktadır. Kerkük şehri civarında Türk yerleşim bölgesi genişler. Kerkük'ün güneyine doğru inildikçe Türk yerleşim bölgeleri Dakuk (Tavuk), Tuzhurmatu, Tazehurmatu, Kifri gibi büyük ve önemli Türk ilçeleri ve yüzlerce köyden oluşan Bayat köyleri bulunmaktadır. Ayrıca kuzeyden güneye doğru inildikçe bu tür köylere sürekli rastlamak mümkündür. Bu şerit, çoğunluğunu Türkmen yerleşim bölgelerinin oluşturduğu pek çok kasaba ve yüzlerce köyü de içine alarak Bağdat'ın 120 km doğusuna kadar ilerler diğer Türk kasabaları olan Bedre ve Mendeli 'yi de içine alarak uzanır. Görüldüğü gibi Irak Türkleri, daha çok ülkenin kuzey ve orta bölgelerinde yerleşmekte olup yukarıda belirtilen şehirler ile Bağdat kentine yayılmış durumdadırlar. Bağdat şehrinde 200.000'den fazla Irak Türkü bulunmaktadır. Irak'taki nüfus projeksiyonu 1921, 1926, 1947, 1957 ve 1965 yapılan sayımlarındaki oranlarla 1976 sayımında 11.505.000 iken 1988'de 18.100.000 olarak bulunmuştur. Bu sayımlardaki Irak etnik yapısı aşağıdaki şekilde ortaya çıkmıştır. Arap %62 Türk %15 Kürt %20 Hıristiyan %3 Bu oranlara göre, Irak nüfusunu 20.000.000 (yirmi milyon) olarak alırsak ve Irak'ta bugüne kadar yapılan bütün sayımlar, yıllık büyüme oranı ve buradaki etnik nüfus dağılımını da göz önüne alırsak tahmini nüfus etnik yapıya göre şöyledir; Arap 12.400.000 Türk 3.000.000 Kürt 4.000.000 Hıristiyan 600.000 Ancak yine de Irak'taki Türk varlığının sayısını kesin olarak bilmek çok güçtür.
  22. "Site of Kirkuk City". 2009-06-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-03-18.
  23. "European Turkmen Friendships". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-07.
  24. World Gazetteer : Irak: divisions administratives (population et superficie) Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine
  25. "Arxivlənmiş surət". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-20.
  26. "The Sarajevo of Iraq: Worsening Kurdish-Arab Friction Threatens the Region". 2011-05-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-05-23.
  27. "Arxivlənmiş surət". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-20.
  28. [1] Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine The Turkmen City of Tuz Khormatu
  29. Svenska Forskningsinstitutet i Istanbul, Published with fõnancial support from Magn. Bergvalls Stiftelse, Lars Johanson :Discoveries on the Turkic Linguistic Map Arxivləşdirilib 2017-10-10 at the Wayback Machine--Iraqi Turkic
  30. Etnologue report for language code :azb Arxivləşdirilib 2024-11-22[Date mismatch][Timestamp date length] at the Wayback Machine---Lewis, M. Paul (ed.), 2009. Ethnologue: Languages of the World, Sixteenth edition. Dallas, Tex.: SIL International.
  31. www.fildisiajans.com.tr, Fildişi Ajans, Danışmanlık ve Yazılım. "ORSAM-Center for Middle Eastern Studies". ORSAM-Center for Middle Eastern Studies (ingilis). 2022-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-19.
  32. Hann, Geoff. Iraq: The ancient sites and Iraqi Kurdistan. Bradt Travel Guides. 2015. ISBN 9781841624884. There are estimated to be some three million Turkmen in Iraq, but despite ... There are also about 30,000 Christian 'Catholic'Turks and some Jews living in Iraq...
  33. "Home | Turkmen Bible Partnership". Turkmen Bible Partne (ingilis). 2022-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-19.

Xarici keçidlər

redaktə

Həmçinin bax

redaktə