[go: up one dir, main page]

Oğuz türkləri

Oğuz Xaqan Dastanına görə 24 boydan, Mahmud Kaşğarinin Divanü Lüğati-it-Türk əsərinə görə isə 22 boydan ibarət Orta Asiya kökənli ən böyük və ən nüfuzlu türk boyudur

Oğuzlar — "Oğuz Xaqan Dastanı"na görə 24 boydan, Mahmud Kaşğarinin Divanü Lüğati-it-Türk əsərinə görə isə 22 boydan ibarət Orta Asiya kökənli ən böyük və ən nüfuzlu türk boyudur. Oğuzlar Xəzər dənizinin şərqindən Ceyhun (Amudərya) çayına qədər olan ərazidə yerləşmişdirlər. Köçəri həyat tərzi yaşayan oğuzlar təxminən 7-ci əsrdən etibarən yer dəyişməyə başladılar və coğrafi baxımdan, Bizans imperiyasının qeydlərinə görə, əvvəlcə Balkanlara yayıldılar. Oğuzlar Türkiyə, Azərbaycan, Türkmənistan, İran, İraq, Suriya, Misir ve Balkanlarda (Bolgarıstan, Rumıniya, Yunanıstan, Kosova, Serbiya) yaşayan türklərin atası sayılır.

Oğuz türkləri
Yaşadığı ərazilər
Azərbaycan Azərbaycan
İran İran
Türkiyə Türkiyə
Türkmənistan Türkmənistan
Əfqanıstan Əfqanıstan
İraq İraq
Özbəkistan Özbəkistan
Suriya Suriya
Ukrayna Ukrayna
Gürcüstan Gürcüstan
Moldova Moldova
Rusiya Rusiya
Çin ÇXR
Dili

Oğuz dil qrupu

Dini

əksəriyyət İslam

Mənşəyi
Türk
Oğuz dilləri bu gün

Dastanlara görə oğuzlar Oğuz xanın altı oğlu və onların hər birinin 4 oğlundan meydana gəlmişdirlər. Meydana gələn bu 24 boyun hər birinin ayrı adı və ünvanı vardır.

Bu boyların BozoxlarÜçoxlar olmaqla ikiyə bölünməsi isə daha sonra baş vermişdir. Bu iki ana qol arasında baş verən münaqişələr və anlaşmazlıqlar boyların bir qisminin qərbə köç etməsinə səbəb olmuşdur, qalanları isə Göytürk xaqanlığının hakimiyyəti altında qalmışdır. 630-cu ildə ilk Göytürk dövlətinin zəifləyib Çin tabeliyinə keçməsi ilə yenidən birləşməyə çalışsalar da, ikinci Şərqi Göytürk Xaqanlığının yaranması ilə yenidən hakimiyyət altına girdilər. 745-ci ildə Şərqi Göytürk Xaqanlığı da süqut etdikdən sonra qərbə və Çinə köçmüş bir çox Oğuz boyları Ötükənə geri dönərək Qutluq Bilgə Xaqanın qurduğu Uyğur Xaqanlığının bayrağı altında birləşdilər. Altayların qərbində və Tyan-Şan (Tanrı) dağları bölgəsindəki oğuz topluluqları isə Göytürklərin qərb qolu olan Türgiş və ya Türkeş xaqanlılqarına bağlı olarak yaşadılar. 760-cı ildə bu bölgəni ələ keçirən və Qarluq boyunun başçılığı, Yağma və Çiyil boylarının iştirakı ilə qurulan Qaraxanlı dövləti içində Oğuz boyları da vardı. İlk dövlətləri Oğuz Yabqu Dövlətini isə Xəzər dənizinin şərqində Oğuz Yabqunun öndərliyində qurdular. Lakin 1000-ci ildə Qıpçaqlar tərəfindən dövlətin dağıdılması ilə oğuzlar iki yerə bölündülər. Bir qismi şimala gedərək bugünkü Krım, Qazax, BulgarTatarların atası oldular, bir qismi də Səlcuq bəy öndərliyində cənuba endilər, islamı qəbul edib islam orduları xidmətinə girdilər. Şərqdəki oğuzların tarixi fərqli yol izlədi. 840-cı ildə Uyğur dövləti Qırğızlar tərəfindən süquta uğradıldıqdan sonra oğuzların əsl böyük köçü başladı və Asiyanın dörd bir yanına, əksəriyyəti qərbə kütlə halında köçdülər və digər eyniköklü tayfalarla birləşdilər. Oğuzların Qınıq boyundan olub ataları Səlcuqun adı ilə Səlcuqlular adlanan bir qol Toğrul bəyin öndərliyində 1038-ci ildə İraq, İran və Azərbaycan ərazisində Böyük Səlcuqlu İmperiyasını qurdu. Ətraf ərazilərdə yaşayan digər türk boyları da bu imperiyaya qatıldılar.

Səlcuq hökmranlığı İran, Xorasan, Mərv, İraq, Suriya, Cənubi QafqazAnadoluda bir əsrdən çox davam etdi. Sonuncu böyük Səlcuq sultanı Səncər (1118–1157) zamanı dövlətin bütövlüyü yenidən pozuldu. Səncər Qəznə şəhərini qəznəvilərdən, Məvarünnəhri qaraxanlılardan alsa da, qarakitayların Məvarünnəhrə hücumunun qarşısını ala bilmədi. 1141-ci ildə Səmərqənd yaxınlığında məğlubiyyətə uğradı və bütün Məvarünnəhri itirdi. Bu uğursuzluq daxili qiyamlara səbəb oldu. Vergilərin çoxluğundan narazı olan oğuzlar üsyan etdilər. Səncər onlara qarşı döyüşdə məğlubiyyətə uğradı və əsir düşdü. Üç il əsirlikdə qaldıqdan sonra əsirlikdən qaçdı. Lakin çox yaşamadı və 1157-ci ildə vəfat etdi. Sultan Səncərdən sonra Səlcuq imperiyası süquta uğradı. Onun ərazisində Kirman, Konya, Suriya, İraq Səlcuq sultanlıqları, Azərbaycan Atabəyləri, Kiçik Asiyada bir sıra əmirliklər yarandı. Bununla da oğuzlar dağıldı. Bu dağılmış tayfaların bir qismi Xarəzmşahlara bağlandı, bəziləri Xorasan və Kirmana köçdü, bəziləri daha qərbə gedərək İraq, Suriyada məskunlaşarkən, bəziləri də Anadolu Səlcuqlu dövlətinə qoşuldu. Bunlardan sonra Ağqoyunlu, Qaraqoyunlu, Səfəvi Dövlətləri, Ələmdarlar, Anadolu bəylikləri, Osmanlı İmperiyası, Suriya, İraqAzərbaycan dövlətləri qurulmuş və Oğuz Xaqan dastanı bu dövrlərdə də mövcud olmuşdur.

Sağ qolu təşkil edən Dış Oğuzlar:

1. Gün Xan

Oğulları:

Qayı Xan: "Möhkəm, bərk" mənasındadır. Üç qitə və yeddi dənizə altı yüz ildən çox hakim olan Osmanlı sülaləsi bu boydandır.

Bayat: "Dövlətli, neməti, bol" mənasındadır. Maraş və ətrafına hakim olan Dulqədiroğulları, İranda Qacarlar, Xorasanda Quru bayatlar, Maku və Doğubəyazid xanları, Kərkük türkmənlərinin çoxu bu boydandır. 1480-ci ildə "Dədə Qorqud" kitabını yazan (İslam dini dünyagörüşü ilə üzünü köçürən) Təbrizli Həsən və məşhur şair Məhəmməd Füzuli bu boydandır.

Alka-Evli (Alaevli): "Hara varsa müvəffəqiyyət göstərər" mənasındadır. Türkiyə və Azərbaycandakı Alaca, Alacalılar adı daşıyan yerlər bu boyun xatirəsidir.

Qara-Evli : "Qara çadırlı" mənasındadır.

2. Ay Xan

Oğulları:

Yazır : "Çox ölkəyə hakim" mənasındadır. Yabgu dövründəki Yenibənd yabguları, Qərbi Türkistandakı Cend əmrləri, qurudaş deyilən Xorasan yazırları, Axıskadan aşağı Müalicə boyundakı Azgur-Et (Azgur Yurdu) qalası, Kürmanç kürdlərinin üzvün boyu, Toroslardaki Gündüzoğulları xanədanı bu boydandır.

-Tokar (Dögər/Döyər): "Dürüp toplar" mənasındadır. Yenikəndli Vəzir Ayıdır, Harput-Diyarbəkir-Mardin hakimləri, Ardıqlılar, Sincar-Siverek, Suruç arasında hakim köhnə Caber bəyləri, Məmlüklər dövründə Hələb döğərləri, bugünkü Mardin-Urfa arasında iyirmi dörd oymaqlı Kürd Döğərləri, Xəzər Dənizi şərqindəki Saka Boyu Takharlar; Şavşatdakı Hörən qala, To-Kharis və Malatyanın Tokharis bucağı, Dağıstandakı Digor və Qars və Arpaçay sağındakı Digor qəzası bu boydan xatirədir.

-Doburka: "Ölkə almaq və xanlıq etmək" mənasındadır. Sivas şərqindəki Tödürgələr bu boydandır.

-Yaparlu: "Müşk qoxulu" mənasındadır. Zaza Çarekliler və müşk ticarəti edən Yaparu Oymağı bu boydandır. Yaparu Oymağının Ağqoyunlu və Giraylı məscidlərinin mehrab divar xərcinə bu gözəl ətriyyatdan qatdıqlarından hələ xoş iy verməkdədir. Diyarbəkir və Krımda xatirələri vardır.

Ulduz Xan

Oğulları:

-Əfşar: "Çevik və vəhşi heyvan ovuna həvəsli" mənasındadır. Hazistan Bəyləri, Konyadakı Karamanoğulları, İrandakı Əfşarlı Nadir Şah və xanədanı, Urmiya və Xorasan əfşarları bu boydandır.

-Kızık: "Qadağanda çox ciddi və qüvvətli" mənasındadır. Qaziantəp, Hələb və Ankara ətrafındakı Kızıklar, Şərq Gürcüstanda və Şirvan qərbindəki düzənliyə Kızık adını verənlər bu boydandır.

-Bəydili: "Ulular kimi əziz" mənasındadır. Xarəzmşahlar, Bəydililer, Kürmanç Badılları bu boydandır.

-Kargın: "Daşqın və doyurucu" mənasındadır. Ağqoyunlu-Dulkadiroğlu və Hələb-Hatay bölgəsindəki Kargunlar, Şərq Anadolu və Azərbaycandakı yazda əriyən qar suları ilə qopan sel və su qabarmasına da Kargın deyilməsi bu boyun adındandır.

Sol qolu təşkil edən İç Oğuzlar:

Göy Xan

Oğulları:

-Bayandur: "Hər vaxt nemətlə dolu yer" mənasındadır. Ağqoyunlular sülaləsi, İzmirdən Azərbaycandakı Gəncəyə qədər Bayandur adlı yerlər bu boydan gəlir.

-Peçeneq: "Yaxşı çalışqan, çalışqan" mənasındadır. Qaradəniz şimalı ilə Balkan Yarımadasına köçən və Bizanslılardan ayrılaraq Səlcuqlar tərəfinə keçən Peçeneqler, Dəclə Kürmançlarının iki ana qolundan cənubdakı Beçene Qolu, ankara-Çukurova Halep bölgələrindəki Türkmən oymaqlarından peçeneqler bu boydandır.

-Çavuldur: "Məşhur, şərəfli" mənasındadır. Türkmənistanda Manqışlak Çavuldurları, Çorum ətrafındakı Çavuldur və Anadoludakı Çovdar Türkmən oymaqları, Ərzurum və ətrafındakı Çoxundur adlı kəndlər bu boyun adından gəlməkdədir.

-Çepni: "Düşməni harada görsə döyüşüb dərhal çarpan, vuran və sürətli döyüşən" mənasındadır. Rize-Sinop arasındakı çox usta dəmirçi Çepniler və Çebiler, Kırşehir, manisa-Balıkəsir ətrafındakı və Qars ilə Van bölgələrində Türkmən Oymağı Çepniler var.

Dağ Xan

Oğulları:

-Salur: "Çatdığı yerdə qılınc və çomağı ilə iş görər" mənasındadır. Qars və Ərzurum hakimi Salur Qazan Xan Sülaləsi, Göyçə, sivas-Kaysəri hökmdarı alim və şair Qazı Burhanəddin Əhməd və Dövləti, Fars Atabəyləri, Salcuqlar, Xorasandakı təkə-Yomurt və Sarıq adlı Türkmənlərin çoxu bu boydandır. Tarixi qaynaqlara görə Salur qazanın qəbrinin Göyçə gölü yaxınlığında olması söylənilməkdədir.

-Eymur: "Çox yaxşı və zəngin" mənasındadır. Ağqoyunlu, Dulkadirli və Hələb Türkmənləri içindəki İmirlü oymaqları, Dəli ol və Tiflisdəki yaxşı xalçaçı və keçəçi Tərəkəmə Oymağı bu boydandır.

-Ala-Yundlu: "Alaca atlı, heyvanları yaxşı" mənasındadır. Yonca sözü bu boyun xatirəsidir.

-Yüregir: "Daim yaxşı iş və nizam qurucu" mənasındadır. Orta Toros və Çukurova iç oğuz türkmənlərinin çoxu, Adanadakı Ramazanoğulları bu boydandır.

Dəniz Xan

Oğulları:

-Iğdır: "İgidlik, böyüklük" mənasındadır. Bozdoğanlı Oymağı, Anadoluda yüzlərlə yer adı buraxan İğdirler, İranda böyük Kaşkay-Eli içindəki İğdirler və Iğdır adı, bu boyun xatirəsidir.

-Büğdüz: "Hər kəsə təvaze göstərər və xidmət edər mənasındadır. Dəclə Kürdləri bəyi olub, Həzrəti Peyğəmbərə elçi gedən (622–623 illəri arasında Mədinəyə çatan), Bogduz-Aman Xanədanı nümayəndəsi və Kürmançın iki ana qolundan olan Boğlular, Yenikənd-Yabgularından onuncu əsrdəki Şahməlikin Atabəyisi olan Quzulu, Hələb Türkmənlərindən Büğdüzler bu boydandır.

-Yıva: "Dərəcəsi hamısından üstün" mənasındadır. Böyük Səlcuqlu Sultanı Məlikşah (1072–1092) dövründə Suriya və Fələstini fəth edən Atsız Bəy, 12-ci əsrdə Həmədan qərbində Cəbəl bölgəsi hakimləri Berçemeoğullar, avropalıları Hələb ətrafında məğlub edən Yaruk Bəy, Güney-Azerbaycandakı Kaçarlu-Yıva Oymağı bu boydandır.

-Qınıq: "Hər yerdə əziz, möhtərəm" mənasındadır. Böyük və Anadolu Səlcuqlu dövlətləri, Orta Toroslardaki iç oğuz Türkmənləri, Ankara və Aydındakı Qınıq Oymaqları bu boydandır.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Oğuz xan
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Boz oxlar
 
 
 
 
 
 
 
 
 
 
 
Üçoqlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
"Gün xan"
Qayı
Bayat
Alaevli
Qaraevli
 
"Ay xan"
Yazır
Döyər
Dodurğa
Yaparlı
 
"Ulduz xan"
Əfşar
Qızıq
Bəydili
Qarğın
 
 
 
"Göy xan"
Bayandur
Peçeneq
Çuvaldar
Çəpni
 
"Dağ xan"
Salur
Ayrım
Alayuntlu
Yüreğir
 
"Dəniz xan"
İğdir
Büğdüz
Yıva
Qınıq
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Onqonu Şahin
 
Onqonu Qartal
 
Onqonu Dovşancıl
 
 
 
Onqonu Sunqur
 
Onqonu Uçquş
 
Onqonu Çaxır
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Oğuz etnik qrupları

redaktə

Həmçinin bax

redaktə

Mənbə

redaktə