[go: up one dir, main page]

Məzmuna keç

Təəssüf



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bazar günü həftədə yalnız bir gün olur və bu barədə təəssüflənirəm. İnsan elə qurulub ki, o, iki bazar gününə də dözə bilər. Mən bunun necə asan olduğunu, bu imkanın əldən verilməsini tez-tez düşünürəm. Dünyanı altı gündə yox, üç gündə yaratmaq qüdrətli Yaradan üçün heç nə idi və buradan sizin üçün həftədə iki bazar günü alınardı. Amma mən kiməm ki, Yaradanın müdrikliyini tənqid edəm?.. Mark Tven
  • Bir əl tutmaq istəyərsən ya bəzən, ya da birini qucaqlamaq. Təəssüf ki, icazə verməz buna həyat. Özünü qucaqlamalısan sən də həyata inad! Can Yücəl
  • Çox təəssüf ki, biri təcrübə qazandıqca gəncliyini itirir. — Vinsent van Qoq
  • Çox təəssüf ki, çox insan necə yaşanacağını, ancaq ölmək vaxtı gələndə öyrənər. Çox insan ömürünün ən gözəl illərini, bir bina mənzilində, televiziya izləyərək keçirər. Çox insan iyirmi yaşında ölər və səksən yaşında da basdırılar. Bunun, sizin də başınıza gəlməsinə icazə verməyin. — Robin Şarma
  • Çox təəssüf ki, hər birliyin bir də ayrılığı olur; çox təəssüf ki, hər başlanğıcın bir sonu olduğu kimi. — Barış Manço
  • Çox təəssüf! Heç on beş dəqiqə keçməmişdi, amma mənə elə gəldi ki, araq içməyin əsl vaxtıdır. — Saltıkov-Şedrin
  • Əgər tribunadan meydana enməsəniz, təəssüf ki, biri çıxar, fiti çalar, "Oyun bitdi, hər kəs evinə" - deyər. Bülənt Əcəvit
  • Gözəl həyatınız olub, təhsiliniz var, mədənisiniz. Təəssüf edirəm ki, bizdən daha çox şey ala bilmədiniz, ancaq başa düşməlisiniz ki, hər şey keçmişdə daha pis idi. Mari-Klodla bu işə başlayanda Heylşemə bənzər bir yer sadəcə yox idi. Biz birinci idik – biz və Qlenmorqan-haus. Bir neçə ildən sonra Sonderz-trast da bizim cərgələrə qoşuldu. Ən əsası dünyaya göstərdik ki, şagirdlər humanist və sivil şəraitdə böyüyürlərsə, onlar da istənilən adi insan kimi həssas və ağıllı ola bilərlər. Bu vaxta qədər bütün klonlar ya da şagirdlər, sizi belə çağırmağa üstünlük verirdik, – yalnız təbabət üçün material kimi mövcud idi. İşiquro Kazuo


  • Xoşa gələn adətlərdən biri budur ki, olana sevinəsən, itənə təəssüf etməyəsən. Belə olduqda insan həmişə şad və xoşbəxt yaşayar. Nəsirəddin Tusi
  • İstədiyin qədər həyatımın küncündə, qırağında. Amma təəssüf ki, bir daha əsla mərkəzində olmayacaqsan. İlhan Bərk
  • Qərarsızlıq təəssüf və peşmançılıqlarımızın yeganə səbəbidir. Rene Dekart
  • Özündən xəbəri olmayanların ömür məhsulu təəssüf olar, özündən agah olan şəxs isə hər şeydən agah olar. Saib Təbrizi
  • Təəssüf edirəm, axmaqlığa qarşı allergiyam var. Uill Smit
  • Yaxşılıq et. Pislik, təəssüf ki, öz-özünə yaranacaqdır. Fyodor Uqlov
  • Zaman böyük bir müəllimdir; çox təəssüf ki bütün şagirdlərini öldürür. Kart Qoetz
  • Zaman böyük bir müəllimdir, amma çox təəssüf ki, bütün şagirdlərini öldürür. Bencamin Franklin
  • Zaman ən yaxşı müəllimdir, təəssüf ki, o öz şagirdlərini öldürür. Hektor Berlioz

Mənbə

[redaktə]
  • Aforizmlər və hikmətli sözlər, Bakı, 2005.
  • Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014

İstinadlar

[redaktə]