Sitayiş
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Beş ölümcül günah: “İlk günah, yüksək mənfəət əldə etmək üçün artıq qiymətləndirməyə sitayiş etməkdir. İkinci günah, yeni bir məhsula bazarın qaldıracağı qədər qiymət qoymaqdır. Üçüncü günah, xərc nəzarətli qiymətləndirmədir. Dördüncü günah, sabahın fürsətini dünənin mehrabında qurban etməkdir. Beşinci günah, problemləri bəsləyərkən fürsətləri acından öldürməkdir.” Piter Druker
- Bütü səcdəgah edən heykəltəraş deyil, ona sitayiş edənlərdir. Baltazar Qrasian
- Bütün bütpərəstlər içində özünə sitayiş edən insandan ağılsız insan yoxdur. Pyer Büast
D
[redaktə]- Dünyada keçmiş sevgilidən daha yad biri ola bilməz. Sevgi izahları sevmir. Ona hərəkətlər lazımdır. Qadına ya sitayiş etməlisən, ya da getməlisən. Qalan hər şey – yalandır. Erix Mariya Remark
Ə
[redaktə]- Ən alilərə nifrət, bu, ən aşağıların qeyri-iradi sitayiş haqqıdır. Çarlz Dikkens
İ
[redaktə]- İbadət ona deyilir ki, öz böyük Yaradanına, Ona yaxın olanlara, məsələn, məlaikələrə, peyğəmbərlərə, imamlara, övliyalara sitayiş edib onlara şükür deyəsən, onların dediklərinə tabe olub, halal və haram haqqında şəriət sahibinin əmrlərini yerinə yetirəsən, bir sözlə, möminliyin ən yüksək dərəcəsi olan “təqva”nı özünə şüar edəsən. Nəsirəddin Tusi
- İtlər oğrularla düzgün adamları seçə bilmirlər, amma hər hansı bir adamın gecə vaxtı Kapitoliyaya daxil olmasını bildirirlər. Bu, şübhə yaradır və onlar heyvan olsalar da, səhvən hürüb öz sayıqlıqları ilə xeyir verirlər. Ancaq, itlər gündüz, insanlar Allahlara sitayiş etməyə gələndə hürərlərsə, mənə elə gəlir ki, sayıqlıq göstərdiklərinə, şübhə üçün əsas olmadığına görə vurub onların ayaqlarını qırarlar. İttihamçıların da vəziyyəti eyni ilə bu cürdür. Mark Tulli Siseron
Q
[redaktə]- Qadına ya sitayiş etməlisən, ya da getməlisən. Qalan hər şey – yalandır. Erix Mariya Remark
P
[redaktə]- Pula çox sitayiş edirlər, nəinki allaha. Xindi atalar sözləri
R
[redaktə]- Rasional ağıl sadiq xidmətçi, intuitiv ağıl isə müqəddəs hədiyyədir. Müasir həyatın paradoksu ondan ibarətdir ki, biz xidmətçiyə sitayiş edib, ilahini isə ləkələyirik. Albert Eynşteyn
T
[redaktə]- “Tanrıya inanmasam da insanlara böyük hörmətim var. Bu ölkədə bir çox dinə sitayiş edən insanlar bir arada yaşayırlar. Əsas odur ki, inancımız nə olursa olsun, bir-birimizə hörmət qoymağı bacaraq”. Ed Milibənd
- Torpağı ayaqlayır, göyə sitayiş edirlər. İndoneziya atalar sözləri
İstinadlar
[redaktə]Duyğular | |
---|---|
Duyğusal | Sitayiş · Əzab · Ağrı · Zəhm · Əyləncə · Hirs · Acıqlanma · İztirab · Məmnuniyyət · Məğlubiyyət · Depressiya · Kefsizlik · Böhran · Məyusluq · Nifrət · Xəcalət · Həvəs · Paxıllıq · Həyəcan · Qorxu · Xəyal qırıqlığı · Qəm · Günahkarlıq · Xoşbəxtlik · Vətən həsrəti · Dəhşət · Düşmənçilik · Alçalma · İsteriya · Təhlükəsizlik · Təhqir · Maraq · Qıcıqlanma · Təcrid · Qısqanclıq · Tənhalıq · Təşviqat · Sevgi · Şəhvət · Şəfqət · Melanxoliya · Baxımsızlıq · Nostalji · Nikbinlik · Vahimə · Ehtiras · Mərhəmət · Zövq · İftixar · Qəzəb · Təəssüf · İmtina · Vicdan əzabı · Narazılıq · Kədər · Sentimentallıq · Ayıb · Kədər · Kin · Şok · Dözmək · Sürpriz · Rəğbət · Gərginlik · Həyəcan · Təəccüb · Narahatlıq |
Dünyagörüşü | Bağdaşırcılık · Mövcudluq · Fatalizm · İnkompatibilizm · Metafizik · Nihilizm · Optimizm · Pessimizm · Zahid · ictimai ədalət · Dünyadan yorğunluq |