[go: up one dir, main page]

Məzmuna keç

Paris

Eyfel qülləsi
Wikipedia logo
Wikipedia logo
Paris haqqında Vikipediyada məqalə var.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Arvadla birgə Parisə getmək, köhnə samovarı qoltuğuna vurub Tulaya (Rusiyada samovar istehsalının mərkəzi) getmək kimi bir şeydir. Anton Çexov
  • Bu döyüş başqa cür bir döyüşdür . Hər kəs sistemini ordularının çata bildiyi yerə qədər təlqin edər. Bu başqa cür də ola bilməz. Əgər bu anda Parisdə kommunist bir hökumət yoxdursa, bunun səbəbi 1945-ci ildə Sovet ordusunun oraya çatacaq qədər güclü olmamasıdır.
  • İnsan ürəyi Parisdə də, Rusiyada da həmişə ürəkdir. O aldatmağı bacarmır. Denis Fonvizin
  • Köhnə mebellərə, ofort və incənəsət əsərlərin olduğu mağazaların yerləşdiyi Paris küçələri rəsmi muzeylərdən fərqli olaraq əsl muzeyi özündə təcəssüm etdirir. Oqust Rodin
  • 1779-cu ildə Volter İsveçrədən Parisə gedir. Şəhər zastavasında onu saxlayıb rüsum qoyulan malın olub - olmadığını soruşurlar. “Cənablar, mənim ekipajımda özümdən başqa heç bir qaçaqmal yoxdur”- deyə Volter cavab verir. Volter
  • Obyektlərin köməyi ilə status qazanmağa çalışmaqdansa (hansı ki, müvəqqəti yüksəliş gətirir), onu təcrübə ilə artırın. Parisə getmək, yeni şkaf almaqdan daha yaxşı seçimdir. Araşdırmalar sübut edir ki, belə seçimlər həyatdan aldığımız məmnuniyyət səviyyəsini daha da qaldırır. Culian Smit
  • Paris əbədidir və hər kəs, kim orada yaşayıbsa onu özünəməxsus şəkildə xatırlayır. Biz hər zaman ora qayıdırıq, kimliyimizdən və onun nəqədər dəyişməsindən, ona yetişməyin nəqədər çətin və asand olmasından asılı olmayaraq. Paris buna layiqdir və sən ona nə vermisənsə, artıqlaması ilı geri alırsan. O keçmiş kasıb və xoşbəxt olduğumuz günlərdə də Pais belə idi. Ernest Heminquey
  • Paris, həyat üçün bayramdır. Əgər gəncliyində Parisdə olmaq xoşbəxtliyinə nail olmusansa, onda onu ömür boyu qəlbində gəzdirirsən, harasa getmək istəsən belə, Paris həyatının hakimidir. Ernest Heminquey
  • Paris universiteti altı əsrdir ki, evliləri universitetə qəbul etmir və evli insanı elm üçün itirilmiş hesab edir. Mixail Zoşşenko
  • Parisdə dəbə uyğun geyinməyə çalışan əyalət qadını özünü yöndəmsiz şəkildə təklif edir və bununla da gülünc vəziyyətə düşür. Parisə gələn əyalət qadınları əvvəlcə elə geyinməlidirlər ki, sanki onların otuz yaşı var. Stendal

İstinadlar

[redaktə]
  1. Rəhim Alxas. "Xınalıq" (poema), Vətən təranələri. Bakı, "Elm", 1990, səh. 69.