Adamlar
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Adamlar bir-birinə əl tutanda güclü olurlar. Ərəb atalar sözləri
- Adamlar da cürbəcürdür: kimisi yaqut, kimisi adi daşdır. Əfqan atalar sözləri
- Adamlar düz olsaydılar, hakimlər dincəlməyə gedərdilər. Ərəb atalar sözləri
- Adamlar qanunla hüququ tez-tez qarışıq salırlar. Stanislav Eji Lets
- Adamlar qarşısında həyalı olmaq yaxşı hissdir - öz-özünün qarşısında həyalı olmaq daha yaxşıdır. Lev Tolstoy
- Adamlar mütaliədən əl çəkəndə fikirləşməkdən də qalırlar. Deni Didro
- Adamlara xoş gələni deyil, faydalı olanı məsləhət gör. Solon
- Adamlardan arzularına görə yox, imkanlarına görə tələb etmək lazımdır. Qeorq Kristof Lixtenberq
- Adamları oxumaq kitabları oxumaqdan daha xeyirlidir. Fransua de Laroşfuko
- Adamları öyrətmək, adamları öyrənməkdən asandır. Fransua de Laroşfuko
- Adamları sev: adamlar var-dövlətdir. Madaqaskar atalar sözləri
- Adamların bəzisi faydalı xörək kimidir, bəzisi isə öldürücü zəhər kimi.Ərəb atalar sözləri
- Adamlarla savaşmaq, səhrada tək yaşamaqdan yaxşıdır. Madaqaskar atalar sözləri
- Adətən, bizə bənzəyən hər şeyə nifrət edərik, öz qüsurlarımızı başqasında görəndə qəzəb bürüyür içimizi. Hələ qüsurlarını saflıqla deyildiyi yaşı ötmüş və məsələn ən kritik anlarda belə buz kimi bir sifət almağa vərdiş etmiş biri, özündən daha gənc və daha saf, daha axmaq biri eyni qüsurları sərgiləyəndə əməlli-başlı lənətləyər onu. Bəzi həssas adamların gizlədib axıtmadıqları göz yaşlarını bir başqasında görməyə səbrləri çatmaz. Ailələrdə, məhəbbətin olmasına baxmayaraq bəzən məhəbbət nə qədər çoxdursa, bir o qədər artan anlaşılmazlıqların səbəbi də bu aşırı bənzərlikdir. Marsel Prust
- Ağıllı adamlar kin bəsləməzlər. Qətran Təbrizi
- Ağıllı adamlar kin və ədavəti alovlandırmır, onu boğub məhv etməyi üstün tuturlar. Kəlilə və Dimnə
- Ağıllı adamlar öyrənmək üçün, cılız adamlar özlərini tanıtdırmaq üçün oxuyurlar. Hind atalar sözləri
- Ağıllı adamlara gülmək axmaqlara xas olan imtiyazdır. Kral sarayında bu cür imtiyaza təlxəklər malik idi. Jan de Labrüyer
- Ağıllı adamlar öyrənmək üçün, cılız adamlar özlərini tanıtdırmaq üçün oxuyurlar. Hind atalar sözləri
- Ağıllı, səxavətli adamlar mallarını dostlarla yeyərlər, ağılsız xəsislər isə yeməyib, düşmənlərə saxlayarlar. Əbdürrəhman Cami
- Alçaq adamlar təbil kimidir, içi bomboş, hay-küyü çox. Hind atalar sözləri
- Ancaq o adamlar həqiqi dost ola bilərlər ki, kiçik çatışmazlıqları bağışlaya bilsinlər. Jan de Labrüyer
- Atom indi daha yeni, radioaktivlik xətti boyunca öyrənilir və bir çox hallarda aktiv şüalanmanın davam etdiyi aydın olur. Bu kəşfin hara aparacağını söyləmək mümkün deyil, çünki radioaktiv maddələrin tədqiqi hələ başlanğıc mərhələsindədir və əslində çox az şey məlumdur. Əvvəlki fizika elminin çox hissəsi radiumun kəşfi ilə inqilab etdi və elm adamları nə qədər çox bilsələr, bizim çox böyük kəşflərin astanasında dayandığımızı (özlərinin də başa düşdüyü kimi) bir o qədər aydın olur. Alisa Beyli
- Avara adamlar nadir hallarda məşğul insana qonaq gedirlər. Qaynar qazana milçəklər yaxınlaşmır. Ziqmund Freyd
- Ayaqlar və gözlər getdiklərini və gördüklərini deməlidirlər, yalan söyləməklə bir-birinin eyiblərini açmamalıdır. Kiçik adamlar daha çox yalan danışmalı olurlar. Fridrix Nitsşe
- Az danışmağı, susmağı, soruşanda cavab verməyi, böyüklərə qulaq asmağı öyrətmək, nalayiq sözlər, söyüşlər, yersiz kəlmələr işlətdikdə utandırmaq, gözəl, zərif, xoş kəlamlardan istifadə etdikdə tərifləmək, buna adət etməyə hüsn-rəğbət oyatmaq lazımdır. O, müəlliminə, yaşca özündən böyük olanlara hörmət və xidmət etməyi bilməlidir. Böyük adamların övladları belə davranış qaydalarına daha çox möhtacdır. Onun müəllimi ağıllı, vicdanlı, əxlaq normalarına, uşaq ruhiyyəsinə bələd, şirin danışmaqda, insaflı rəftarda, vüqarlı, zəhmli davranışda, pak və təmizlikdə məşhur, şahların xasiyyətindən, adət və ənənələrindən, eyş-işrətlərindən, məclis və söhbətlərindən bixəbər, camaatın hər təbəqəsi ilə danışmağı bacaran, rəzil və alçaq adamlardan qaçmalıdır. Böyük adamların yaxşı tərbiyə görmüş, gözəl adətlər qazanmış uşaqları ilə bir məktəbdə oxumalıdır ki, darıxmasın, onlardan öyrənsin, başqa şagidlərə qibtə hissi ilə yanaşsın, onlarla bəhs-bəhsə girsin, elmə həvəsi artsın. Nəsirəddin Tusi
B
[redaktə]- Bəzi adamlar çox oxuyurlar ki, öz başları ilə düşünməmək üçün bəhanələri olsun. Qeorq Kristof Lixtenberq
- Bəzi adamlarda əzəməti təkəbbür, möhkəmliyi zalımlıq, ağlı isə hiyləgərlik əvəz edir. Jan de Labrüyer
- Bəzi adamların heç vaxt ümidləri olmayıb, bəziləri də elə hey onu itirirlər. Stanislav Eji Lets
- Bəzi məşhur adamlar öz şöhrətlərinə görə pərəstişkarlarına borcludurlar. Qeorq Kristof Lixtenberq
- Bil ki, təvazökar və şirindilli adamların dostları da çox olar. Abbasqulu ağa Bakıxanov
- Buludlar yığışar - yağış yağar. adamlar yığışar - qüvvət artar. Monqol atalar sözləri
C
[redaktə]- Cahillərin ağıllı adamları görməyə gözü olmaz. Monqol atalar sözləri
- Cəzalandırılmış cinayətkar bütün canilər üçün ibrət dərsidir, günahsız məhkum edilmiş şəxs isə bütün namuslu adamlar üçün vicdan tənəsidir. Jan de Labrüyer
D
[redaktə]- Dostu çox olan adamlar xoşbəxtdirlər. Abbasqulu ağa Bakıxanov
- Dövlət başçilarına itaət eləməyi özünə vacib bil, əgər onlar olmasa , ölkədə nizam –intizam olmaz və adamlar bir-birinin malına, canına və namusuna qəsd edərlər. Abbasqulu ağa Bakıxanov
- Düz və təmiz adamlar arasındakı dostluq möhkəm olur. Kəlilə və Dimnə
E
[redaktə]- Elə adamlar var ki, adam öldürməyə əlləri qalxmır, ona görə məcbur olurlar ki, öldürməzdən qabaq adamı adamlıqdan çıxartsınlar. Stanislav Eji Lets
- Eninə-uzununa və bilə-bilə yalan söyləyən, həyatdakı mövqelərinə görə yalan danışmaqları təhlükəli və qorxulu yalanlarla yaşayan insanlar (yalan danışmaq imkanı olmayan adamlar) həqiqətə qarşı fövqəladə dərəcədə həssas olurlar: idealistlər və xeyirxah görünmək istəyən adamlar öz istək və həvəsləri ilə daim bir duman içində yaşayır, əsl həqiqətdə heç vaxt doğru olanı söyləyə bilmirlər: onların “zövqü” buna imkan vermir. Fridrix Nitsşe
- Etiraf etmək lazımdır ki, bütün dünya ixtişaşlarının, bəşəriyyəti məhv edən dünya müharibələrinin və planetimizdə geniş yayılmış səfalətlərin səbəbi, əsasən, əsrlər boyu kütlələri istismar edən, öz eqoist məqsədləri üçün bəşəriyyətin əməyindən istifadə edən, maddi məqsədlər güdən eqoist qrupa aid edilə bilər. Bu kapitalistlər qrupu dünya resurslarını və sivil yaşayış üçün tələb olunan əsas elementləri küncə sıxıb istismar etmişlər; bir-birinə bağlı idarələri vasitəsi ilə dünya sərvətlərinə sahib olduqları və onlara nəzarət etdikləri və öz əllərində saxladıqları üçün bunu edə bildilər. Onlar çox zəngin və çox kasıb arasında mövcud olan böyük fərqləri mümkün etdi; onlar pulu və pulun verdiyi gücü sevirlər; onlar hökumətlərin və siyasətçilərin arxasında dayanıblar; onlar seçicilərə nəzarət ediblər; eqoist siyasətin dar millətçi məqsədlərini mümkün etdilər; onlar dünya bizneslərini maliyyələşdirdilər və neft, kömür, enerji, işıq və nəqliyyata nəzarət etdilər; onlar aşkar və ya gizli şəkildə dünya bank hesablarına nəzarət edirlər. Bu gün dünyanın hər bir ölkəsində rast gəlinən geniş yayılmış bədbəxtliyin məsuliyyəti əsasən bir-biri ilə əlaqəli olan, korporativ və ya şəxsi mənfəət üçün işləyən iş adamlarının, bankirlərin, beynəlxalq kartellərin, monopoliyaların, trestlərin və təşkilatların rəhbərlərinin, nəhəng korporasiyaların direktorlarının qapısındadır. Alisa Beyli
Ə
[redaktə]- Əxlaq bəzi adamlar üçün fəzilət, çoxları üçün isə qüsurdur. Fridrix Nitsşe
- Əzab və ağrı böyük ürəkləri və dərin ağılları həmişə müşayət edir. Odur ki, həqiqətən böyük adamlar bu dünyada daha çox qəmli olurlar. Fyodor Dostoyevski
F
[redaktə]- Filosofluq edən adamları iki yerə bölürəm: bəziləri həmişə öz müdafiələri, digərləri isə düşmənlərinə hücum barəsində düşünürlər. Fridrix Nitsşe
G
[redaktə]- Görəsən, adamlar özgəsinin xatirəsində kimin hesabına yaşayırlar? Stanislav Eji Lets
- Güzgüyə bax, bəzən, adamlara bax, düzəl. Monqol atalar sözləri
H
[redaktə]- Həqiqi insan ləyaqətinin bir üstünlüyü də ondadır ki, hətta paxıl adamlar da onu tərifləməyə məcburdur. Fransua de Laroşfuko
- Hər kim kitab oxumursa, o, düzgün fikirləşə bilməz. Adamlar mütaliədən əl çəkəndə fikirləşməkdən də qalırlar.[1] Deni Didro
- Hər işdə özündən bilikli və qərəzsiz adamlarla məsləhət elə, insanın öz əqli hər işi bacarmağa qadir deyil. Abbasqulu ağa Bakıxanov
- Hiylə və xəyanət zəif adamlara xas olan əməldir. Fransua de Laroşfuko
X
[redaktə]- Xain adamları əfv etmək sadiq adamları öldürmək deməkdir. Kəlilə və Dimnə
- ..Xəsislər həmişə qorxu və çətinlik içində yaşayırlar. Təkəbbürlü adamlar xalq içərisində alçaq görünər, xudpəsənd özünü camaata güldürər. Abbasqulu ağa Bakıxanov
- Xırda işlərə həddindən artıq meyl edən adamlar, adətən, böyük işlər görməkdən məhrum olurlar. Fransua de Laroşfuko
- Xoşbəxt adamlar üçün ən uzun ömür də bir gün qədər qısadır, bədbəxtlər üçünsə bir gün də ömür qədər uzundur. Lukian
İ
[redaktə]- İnsanlar özləri ilə elə məşğuldurlar ki, ətrafdakılara diqqətlə nəzər yetirib, onları ədalətlə qiymətləndirməyə macal tapmırlar. Elə buna görə də ədalətli və təmkinli adamlar çox vaxt kölgədə qalır. Jan de Labrüyer
K
[redaktə]- Kin bəsləmək cılız adamların adətidir. Fransua de Laroşfuko
Q
[redaktə]- Qısqanc adamlar bağışlayır, paxıllar isə yox. Molyer
L
[redaktə]- Ləyaqətli adamlar – yaxşılığı, naqislər isə – pisliyi unutmurlar. Əbu Turxan
M
[redaktə]- Mənəviyyatca zəngin adamlar – sadə, maddi imkan baxımından zəngin adamlar – təkəbbürlü olurlar. Əbu Turxan
N
[redaktə]- Nə qədər ki, atan var - adamlarla tanış ol; nə qədər ki, atın var - ətrafla. Monqol atalar sözləri
O
[redaktə]- O adamlarla otur-dur ki, hamı onları yaxşı hesab edir, əclaf və hərzə adamlardan uzaq ol ki, sən də onlar kimi olmayasan. Abbasqulu ağa Bakıxanov
- O qisim kinli adamlar daha qorxuludur ki, xeyirxahlıqdan heç də büsbütün xali deyillər. Fransua de Laroşfuko
Ö
[redaktə]- Öz zamanını qabaqlamış adamlar onu hər cür rahatlıqdan məhrum sığınacaqlarda gözləməli olmuşdular. Stanislav Eji Lets
P
[redaktə]- Pis adamlar səninlə xeyir işlərdə deyil, şər işlərdə ünsiyyətə girirlər. Jan de Labrüyer
- Pis adamlarla oturub-durmayın, onlar sizi peşman etməsələr də, xoşbəxt də edə bilməzlər.[2] Jan de Labrüyer
- Pis xasiyyətli adamlardan və pis xasiyyətlilikdən qorx, çünki bədməcaz adam öz-özündən incikdir, xalq isə ondan daha çox. Abbasqulu ağa Bakıxanov
R
[redaktə]- Riyakar adamların qiyafəti işıq, məzmunu kölgədir. Əbu Turxan
S
[redaktə]- "Sabah" sözü uşaqlar və cəsarətsiz adamlar üçün uydurulub. İvan Turgenev
- Səmimilik tək-tük adamlarda aşkar oluna bilər və çox vaxt fəndlərdən ən ağıllısıdır - səmimiyyətə, çox vaxt başqalarından açıq etirafları çəkib çıxarmaq məqsədilə əl atırlar.[3] Fransua de Laroşfuko
- Siz ey kölgəsindən qorxan zavallılar! Siz rəngbərəng vəhşi heyvan xəz-dərilərinə məftun olmuş adamlar kimi gəlişi gözəl sözlərin təsirindən ayıla bilmirsiniz: sizin ayaqlarınız yalnız və yalnız yumşaq yalan xalıları üzərində gəzişməyi bacarır. Fridrix Nitsşe
T
[redaktə]- Tarix o adamları böyük adamlar hesab edir ki, onlar ümumi məqsəd üçün çalışmış, özləri isə alicənab adamlar olmuşlar.[4] Karl Marks
Ü
[redaktə]- Ürəyi möhkəm, beyni küt olan adamların səsi gur, mühakiməsi dayaz, hay-küyü çox, xeyri az olur. Qabusnamə
V
[redaktə]- Vaxtında kitabları qarışdırdım. Filosofların həyat haqqında dediklərini başa düşmək istədim. Bəziləri hər şeyi qara kimi görürdülər. "Biz heç kim deyilik və sıfıra çatmayacağıq, dünyada müvəqqəti həyat zamanı sevinc və xoşbəxtlik üçün yer yoxdur" dedilər. Digər kitabları oxumuşam, ağıllı adamlar bunları yazıblar. Deyirdilər: "Sona sıfır gəldiyindən, nə olursa olsun, heç olmasa yaşadığımız müddətcə şən və nəşəli olaq." Mən öz xarakterim baxımından həyatın ikinci mənzərəsini bəyənirəm, ancaq aşağıdakı həddlərdə: Bütün insanlığın öz şəxsiyyətində olduğunu görən kişilər kasıbdırlar. Aydındır ki, həmin insan bir şəxsiyyət olaraq yox olacaqdır. Yaşadıqları kimi məmnun və xoşbəxt olmalı olan şey özü üçün deyil, özündən sonra gələnlər üçün çalışmaqdır. Fərasətli bir adam yalnız bu şəkildə hərəkət edə bilər. Həyatda tam zövq və xoşbəxtlik yalnız gələcək nəsillərin şərəfinə, varlığına, xoşbəxtliyinə xidmət edə bilər.[5] Mustafa Kamal Atatürk
- Vicdanın buyruğu ilə hərəkət edən adamlarda yalan və hiyləgərliyə qarşı təbii bir nifrət olur; qorxu anlarında buna bənzər nifrət motivləri ola bilər, çünki yalan ilahi bir hökmlə qadağan edilmişdir. Fridrix Nitsşe
Y
[redaktə]- Yаxşı аdаmlаr bu dünyаdа аslаn təbiətli оlurlаr, pis аdаmlаr isə it təbiətli. Qabusnamə
İstinadlar
[redaktə]- ↑ Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.
- ↑ Buludxan Xəlilov. Dil-söz çələngi. Bakı, “Elm-təhsil” nəşriyyatı, 2012,
- ↑ Robert Qrin. Hakimiyyətin 48 qanunu.Bakı,2014. səh.83
- ↑ Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.62
- ↑ Romanya Dışişleri Bakanı Antonescu İle Konuşma. Atatürk 20 mart 1937-ci ildə Ankara Palasda, Rumıniyanın xarici işlər naziri Viktor Antoneskuya bunları dedi.