[go: up one dir, main page]

Məzmuna keç

Piter Druker

Rəşid Nurməmmədov (müzakirə | töhfələr) (B) tərəfindən edilmiş 09:07, 24 dekabr 2022 tarixli redaktə



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


Piter Druker (19 noyabr, 1909 - 11 noyabr, 2005) idarəetmə, təşkilatçılıq, iş strategiyası, liderliyin inkişafı və işçilərin motivasiya edilməsi məsələlərində biznes qaydalarını dəyişən bir ekspert olmuşdur. Xüsuilə özəlləşdirmə, hədəflərlə idarəetmə və davamsızlıq kimi konsepsiyaların yaradıcısı və müasir idarəetmə ideyasına qazandıran şəxsdir. İdarəetmədə desentralizasiya anlayışını tanıtması ilə böyük şöhrət qazanmışdır.

A

  • Anadangəlmə liderlərə rast gəlmək olar. Lakin onlar o qədər az olurlar ki, həyatın vurhavurunda qətiyyən seçilmirlər.[1]

B

  • Beş ölümcül günah: “İlk günah, yüksək mənfəət əldə etmək üçün artıq qiymətləndirməyə sitayiş etməkdir. İkinci günah, yeni bir məhsula bazarın qaldıracağı qədər qiymət qoymaqdır. Üçüncü günah, xərc nəzarətli qiymətləndirmədir. Dördüncü günah, sabahın fürsətini dünənin mehrabında qurban etməkdir. Beşinci günah, problemləri bəsləyərkən fürsətləri acından öldürməkdir.”
  • Bilik daim təkmilləşdirilməli, sınaqdan keçirilməli və artırılmalıdır, əks halda yox olur.
  • Biz indi qəbul edirik ki, öyrənmə ömür boyu dəyişikliklərdən xəbərdar olmaq prosesidir. Ən aktual vəzifə isə insanlara necə öyrənməyi öyrətməkdir.
  • Biznes, bunu asanlıqla müəyyən etmək olar - bu, başqalarının puludur.
  • Biznesin məqsədi müştəriyə yiyələnmək və əldə saxlamaqdır.
  • Böyük biznes nailiyyəti görürsünüzsə, deməli, kimsə nə vaxtsaəlinə düşmüş imkandan istifadə etmişdir.

Ə

  • Ədəb bir təşkilatın sürtkü yağıdır. Bir-biri ilə təmasda olan iki hərəkət edən cismin sürtünmə əmələ gəlməsi təbiət qanunudur. Bu, cansız cisimlər üçün olduğu kimi insanlara da aiddir.
  • Əgər təhlillər göstərirsə ki, kiminsə parlaq işi başqalarından əməkdaşlıq tələb olunan kimi təkrar-təkrar uğursuzluğa düçar olur, bu, yəqin ki, nəzakətsizlikdən – yəni ədəbsizlikdən xəbər verir.
  • Əminliklə deyə bilərik - və ya 90% ehtimalla - doğulmaq üzrə olan yeni sənayelərin informasiya ilə heç bir əlaqəsi olmayacaq.

G

  • Gələcək haqqında bildiyimiz yeganə şey fərqli olacağıdır.
  • Gələcəyi təxmin etməyin ən yaxşı yolu onu yaratmaqdır.

H

  • Hər bir uğurlu işin kökündə bir dəfə verilən cəsarətli qərar durur.
  • Hər hansı bir təşkilatda insanlar üçün vəzifə almaq işlərini müvəffəqiyyətlə yerinə yetirməkdən daha vacib hala gəlibsə, təşkilat risk almaqdan çəkinib yalnız edilən nöqsanları araşdırırsa, əməkdaşlar güclü xüsusiyyətlərini inkişaf etdirməkdən çox zəif yönlərinin inkişafıyla məşğuldurlarsa, şəxsi münasibatlər performans və müvəffəqiyyətdən daha əhəmiyyətli hala gəlibdirsə o təşkilat xəstədir.

X

  • Xoşbəxtliyinizə əhəmiyyət verməyin; vəzifəni yerinə yetir.

İ

  • İdarəetmə dediyimiz şeylərin çoxu insanların işləməsini çətinləşdirməkdən ibarətdir.

K

  • Katiblərin məşğulluğunu azaltmaq üçün kompüter quraşdıran şirkətlərin bir neçəsi gözləntilərini reallaşdırıb... İndi onlara “operator” və ya “proqramçı” desələr də, daha çox və daha bahalı işçilərə ehtiyac var.

Q

  • Qərarın nəticələrinin gözləntiləri ilə yoxlanılması rəhbər işçilərin güclü tərəflərinin nə olduğunu, harada təkmilləşdirməli olduqlarını və harada bilik və ya məlumat çatışmazlığı olduğunu göstərir.

M

  • Marketinqin məqsədi müştərini tanımaq və anlamaqdır ki, müştəriyə uyğunlaşan özü özünü satan məhsul istehsal edilə bilsin.
  • “Məlumatın ustası olmasan qulluqçusu olarsan.” Yəni rəhbərlər məlumatı daha yaxşı başa düşməyi, analiz və idarə etməyi bilmək məcburiyyətindədir.
  • Müəllimlik insanın yeganə əsas məşğuliyyətidir ki, biz hələ orta insanı səriştə və performansa qadir edən alətlər hazırlamamışıq. Tədrisdə biz “təbii olanlara”, birtəhər öyrətməyi bilənlərə etibar edirik.
  • Müəssisələrin iki əsas funksiyası vardır: Marketinq və innovasiya. Digər funksiyalar hamısı bu ikisi üçündür. Bu ikisi qazancdır - gətirir; Digərləri xərcdir, aparır.

O

  • Əgər onu idarə etmək üçün dahilərə və ya super adamlara ehtiyacı varsa, heç bir qurum sağ qala bilməz. O, elə təşkil edilməlidir ki, orta səviyyəli insanlardan ibarət bir liderlik altında anlaşa bilsin.

Ö

  • Öhdəlik verilmədikcə, yalnız vədlər və ümidlər var... amma planlar yoxdur.

R

  • Rütbə imtiyaz vermir və güc vermir. Məsuliyyət qoyur.

S

  • Sahibkar həmişə dəyişiklik axtarır, ona reaksiya verir və ondan fürsət kimi istifadə edir.
  • Sakit düşüncə ilə təsirli hərəkətləri izləyin. Sakit düşüncədən daha təsirli hərəkət gələcək.
  • Səmərəlilik işləri düzgün etməkdir; effektivlik düzgün işlər görməkdir.
  • Siz vaxtı deyil, yalnız özünüzü idarə edə bilərsiniz.[2]

U

  • Uğursuzluqların çoxunun əsasında qeyri-müəyyən ehtimallar durur.

Ü

  • Ünsiyyətdə ən vacib şey deyilənləri eşitməkdir.

Y

  • Yaxşı qərarlar qəbul etmək hər səviyyədə mühüm bacarıqdır.

İstinadlar

  1. Brayan Treysi. Bəhanələrə yox! daxili intizamın gücü. Bakı, 2013.səh.137
  2. Brayan Treysi. Bəhanələrə yox! daxili intizamın gücü. Bakı, 2013.səh.179