Yusif Tahirov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yusif Tahirov
Tahirov Yusif Paşa oğlu
1936 – 1937
ƏvvəlkiƏzim Dadaşov
SonrakıMöhsün Poladov
1921 – 1925
ƏvvəlkiBahadır Vəlibəyov
SonrakıƏləsgər Şahbazov
Şəxsi məlumatlar
Doğum tarixi 1883
Doğum yeri
Vəfat tarixi 8 yanvar 1938(1938-01-08)
Partiya Sov.İKP

Yusif Paşa oğlu Tahirov (1883, Türkmənistan8 yanvar 1938) — Quba Qəza İcraiyyə Komitəsinin sədri, Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin katibi, Göyçay Dairə İcraiyyə Komitəsinin sədri, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun 5-ci direktoru, repressiya qurbanı

Yusif Tahirov 1883-cü ildə indiki Türkmənistanda anadan olmuşdur. İlk təhsilini Krasnovodsk şəhər məktəbində almış, sonrakı təhsilini Orenburq kadet korpusunda davam etdirmişdir. Ali təhsilini Xarkov Texnologiya İnstitutunun mexanika bölməsində, daha sonra Xarkov Universitetinin hüquq fakültəsində almışdır.

1919-cu ildə Bakıya köçmüşdür. Bakıda Kredit işləri idarəsində inspekto vəzifəsində çalışmışdır.

1937-ci ildə repressiya qurbanı olmuş, sonralar bəraət verilmişdir.

Siyasi-ictimai fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Aprel işğalından sonra Azərbaycan Xalq Ərzaq Komissarlığında istehlak cəmiyyətləri şəbəkəsinin Qusar Sahə Ərzaq İdarəsinə sədrlik etmişdir.

Bir müddət Quba Qəza İcraiyyə Komitəsinin sədri vəzifəsində işləmişdir.1923-cü ildə Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin katibi vəzifəsinə təyin edilmişdir. 1926-cı ildə ona respublikada yeni yaradılan kənd təsərrüfatı kooperativinə — "Göybirliyi" İttifaqına başçılıq etmək tapşırılmışdır. 1928-ci ildə Göyçay Dairə İcraiyyə Komitəsinin sədri vəzifəsinə seçilmişdir.

Daha sonralar "Kolxozsentrin" sədri, Yağ Trestinin direktoru, "Azsovxoztrestin" Heyvandarlıq idarəsinin rəisi və direktoru müavini vəzifələrində işləmişdir.

Yusif Tahirov 1935-ci ildən 1936-cı ilin dekabr ayınadək Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun direktoru vəzifəsində çalışmışdır.

Dəfələrlə Azərbaycan, Zaqafqaziya və Ümumittifaq Mərkəzi İcraiyyə Komitələrinin və yerli partiya-sovet orqanlarının tərkibinə seçilmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]