Yunan quşarmudu
Yunan quşarmudu | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Yunan quşarmudu |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Yunan quşarmudu (lat. Sorbus graeca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.
Təbii yayılması
[redaktə | mənbəni redaktə et]Kiçik Asiyada və Balkan yarmadasında yayılıb. İlk dəfə Albaniyadan təsvir edilib.
Botaniki təsviri
[redaktə | mənbəni redaktə et]Hündürlüyü 12 m çatan orta boylu ağac və ya koldur. Yarpaqları uzunsov ellipisvari və ya yumurtavari, çılpaq, altdan isə ağ keçətükcüklüdür. May-iyun aylarında çiçəkləyir. Meyvəsi avqust ayında yetişir.
Ekologiyası
[redaktə | mənbəni redaktə et]Torpağa az tələbkar, şaxtaya davamlıdır.
Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]Naxçıvanda MR-da yuxarı dağ qurşağında qayalıqlarda bitir.
İstifadəsi
[redaktə | mənbəni redaktə et]O, istər çiçəkləmə və vegetasiya dövründə, istərsə də meyvə gətirmə dövründə və payızda yarpaqların müxtəlif rəngələrə düşdüyü zaman yüksək dekorativ keyfiyyətlərə malikdir. Kömürü keyfiyyətlidir, yananda yaxşı istilik verir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ The Plant List (ing.). 2010.