Yeddi gözəl (film)
Naviqasiyaya keç
Axtarışa keç
Bu məqalə 1982-ci ildə çəkilən Azərbaycan filmi haqqındadır. Digər istifadə formaları üçün baxın: Yeddi gözəl (dəqiqləşdirmə).
Yeddi gözəl | |
---|---|
Janr |
musiqili məhəbbət |
Rejissor | Feliks Slidovker |
Əsərin müəllifləri |
Nizami Gəncəvi Qara Qarayev |
Ssenari müəllifləri |
Maqsud İbrahimbəyov Rüstəm İbrahimbəyov |
Baş rollarda |
Nataliya Bolşakova — Aişə Vadim Qulyayev — Bəhram Qali Abaydulov — vəzir Vera Nekrasova — gözəl Tamilla Məmmədova — gözəl Valentina Zeynalova — gözəl Svetlana Antoniçeva — gözəl İrina Yelizarova — gözəl Lidiya Brodova — gözəl |
Operator | Aleksandr Tafel |
Bəstəkar | Qara Qarayev |
Rəssamlar |
Elbəy Rzaquliyev Rafiq Nəsirov Arif Məhərrəmov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 10 sentyabr 1982 |
Filmin növü | tammetrajlı bədii film-balet |
Müddət | 83 dəq. |
Ölkə | SSRİ |
Dillər | rusca (diktor mətni yoxdur, titrlər ruscadır) |
İl | 1982 |
Texniki məlumatlar |
8 hissə 2385 metr 35 mm "Svema" kinolenti(Şostka kimya kombinatı) |
Rəng | rəngli |
Məzmun
[redaktə | mənbəni redaktə et]Saray münaqişələri, lirik duyğular, xeyirlə şərin mübarizəsi filmin süjetinin mayasını təşkil edir. Hadisələrin mərkəzində isə Aişə (Nataliya Bolşakova), Bəhram (Vadim Qulyayev) və Vəzir (Qali Abaydulov) obrazları durur.
Film haqqında
[redaktə | mənbəni redaktə et]Kütləvi səhnələrdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri və Bakı Xoreoqrafiya Məktəbinin yetirmələri çıxış edirlər.
Kino əsəri SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, bəstəkar Qara Qarayevin parlaq xatirəsinə həsr olunmuşdur.
Bu kinolent milli kino tariximizdə ilk film-baletdir.
Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
Film Nizami Gəncəvinin eyniadlı poemasının motivləri əsasında çəkilmişdir.
Filmin heyəti
[redaktə | mənbəni redaktə et]Film üzərində işləyənlər
[redaktə | mənbəni redaktə et]- Əsərin müəllifi: Nizami Gəncəvi, Qara Qarayev
- Bəstəkar: Qara Qarayev
- Librettonun müəllifi: Rəfiqə Axundova, Maqsud Məmmədov
- Xoreoqrafiyanın müəllifi: Rəfiqə Axundova, Maqsud Məmmədov
- Ssenari müəllifi: Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov
- Quruluşçu rejissor: Feliks Slidovker
- Quruluşçu operator: Aleksandr Tafel
- Quruluşçu rəssam: Elbəy Rzaquliyev, Rafiq Nəsirov, Arif Məhərrəmov
- Geyim rəssamı: Toğrul Nərimanbəyov
- Çalır: SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri
- Dirijor: Rauf Abdullayev
- Səs operatoru: Vladimir Savin
- Konsertmeyster: İ.Brodov
- Musiqi redaktoru: Mobil Babayev
- Rejissor: Q.Səlimov
- Operator: S.İsmayılov
- Qrim rəssamı: Firuzə İsmayılova
- İşıq ustası: M.Rəhmanov
- Rejissor assistenti: T.Mustafayeva
- Operator assistenti: Abbas Rzayev
- Rəssam assistenti: Y.Kirşner
- İnzibatçı: İ.Muşailov, R.Ağayev
- Redaktor: Nadejda İsmayılova
- Filmin direktoru: Aydın İmrani
Rollarda
[redaktə | mənbəni redaktə et]- Nataliya Bolşakova (Natalya Bolşakova kimi) — Aişə
- Vadim Qulyayev — Bəhram
- Qali Abaydulov — vəzir
- Vera Nekrasova — gözəl
- Tamilla Məmmədova — gözəl
- Valentina Zeynalova — gözəl
- Svetlana Antoniçeva — gözəl
- İrina Yelizarova — gözəl
- Lidiya Brodova — gözəl
Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 288-292; 311.