150 il. Mirzə Fətəli Axundov (film, 1962)
150 il. Mirzə Fətəli Axundov | |
---|---|
Janr |
sənədli qısametrajlı tarixi bioqrafik |
Rejissor | Niyazi Bədəlov |
Ssenari müəllifləri |
Məmməd Cəfər Cəfərov Əhmədağa Qurbanov |
Operator | Vladimir Zbudski |
Rəssam | Nadir Zeynalov |
İstehsalçı | "Azərbaycanfilm" kinostudiyası |
İlk baxış tarixi | 1962 |
Filmin digər adı | M. F. Axundov |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə | Azərbaycan SSR |
Dil | rusca |
İl | 1962 |
Texniki məlumatlar |
2 hissə 589 metr |
Rəng | ağ-qara |
150 il. Mirzə Fətəli Axundov filmi rejissor Niyazi Bədəlov tərəfindən 1962-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun anadan olmasının 150 illiyinə həsr olunmuşdur.
Məzmun
[redaktə | mənbəni redaktə et]Kinooçerk Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun anadan olmasının 150 illiyinə həsr olunmuşdur.[1]
Film bizi böyük filosof, şair, dramaturq M.F.Axundovun uşaqlıq illəri, mürəkkəb həyatı və fəaliyyəti ilə, onun Azərbaycan ədəbiyyatına gətirdiyi yeniliklərlə tanış edir.[1]
Burada dramaturqun məşhur "Hacı Qara" pyesindən bir səhnə ekranlaşdırılmışdır.[1]
Bu tarixi-bioqrafik film Tiflisdə M.F.Axundovun qəbri önündə və Bakıda böyük maarifçinin abidəsi qarşısında keçirilən təntənəli mərasimlərlə qurtarır.[1]
Mükafat
[redaktə | mənbəni redaktə et]1963-cü ildə Tbilisidə Zaqafqaziya respublikaları, Rostov-Don, Orconikidze studiyalarının sənədli filmlər baxışında rejissor Niyazi Bədəlov ən yaxşı rejissor işinə görə Diplom almışdır.[1]
Filmin üzərində işləyənlər
[redaktə | mənbəni redaktə et]Ssenari müəllifi: Məmməd Cəfər Cəfərov, Əhmədağa Qurbanov
Rejissor: Niyazi Bədəlov
Operator: Vladimir Zbudski
Rəssam: Nadir Zeynalov
İstinadlar
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170-179.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.