Yüz gün

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İmperiyametropoliya
Yüz gün
fr. Empire Français
Bayraq Gerb
Bayraq Gerb

Paytaxt Paris
Dilləri fransız dili
Valyuta Fransa frankı
İdarəetmə forması Dualist monaxiya
 • 20 mart— 22 iyun 1815 I Napoleon
 • 22 iyun — 7 iyul 1815 II Napoleon
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yüz gün — 1815-ci il martın 1-dən I Napoleonun Fransada hakimiyyətə qayıtması və 1815-ci il iyulun 1-də I Napoleonun istefasından sonra icra hakimiyyətinə cavabdeh olan hökumət komissiyasının ləğvi arasındakı fransız tarixinin dövrü.

"Napoleonun Elba adasından qayıtması". Şteyben Karl,1834.

Paris sülh müqaviləsinin nəticəsi Napoleon Bonapartın artıq Avropanın siyasi həyatında iştirak edə bilməyəcəyi anlamına gəldi. Napoleonun sürgün edilməsi məsələsi, müttəfiqləri təmsil edən qraf Karl Nesselrode ilə İmperatoru təmsil edən hersoq Armen de Kolenkur arasında müzakirə edildi. Napoleona ömürlük sürgün yeri kimi adalardan birini seçmək təklif edildi: Korfu, Korsika və ya Elba [1]. Napoleon doğma Korsikanın yaxınlığında yerləşən Elba adasını seçdi. 1814-cü il mayın 3-də Napoleon admiral Uşerin komandanlığı altında ingilis gəmisində tam sərəncamına verildiyi adaya gəldi. Mayın 14-də imperatora sadiqlik göstərən Pyer Jak Kambronn və köhnə qvardiyaçıların bir hissəsi ona qoşuldu[2]. Həmçinin adada başqa generallar da vardı: Anri Bertrand, Antuan Druo və Boynod. Bələdiyyə sədrinin başçılıq etdiyi adanın sakinləri Portoferraio şəhərinin fəxri açarlarını təntənəli şəkildə imperatora təhvil verdilər [3].

Adada keçirdiyi dövr

[redaktə | mənbəni redaktə et]

Keçmiş imperatorun iqamətgahı olaraq Portoferraio yaxınlığındakı San Martino vadisində yerləşən dəbdəbəli bir köşk seçildi, lakin isti iqlim səbəbiylə Napoleon yalnız qışda orada qalırdı.

Napoleon sahib olduğu adadan gəlir əldə etməyə çalışırdı. Beləliklə, əvvəlcə o, adada domnna sobaları qurmağı planlaşdırırdı, lakin maliyyə çatışmazlığı səbəbilə bu fikrindən dərhal imtina etmək məcburuyyətində qaldı. Mədənlərdən gələn gəlirlər nəzarət altına alındı; xəzinənin xeyrinə yerli vətəndaşlardan vergilər alınırdı. Tədricən Napoleon yaxınlıqdakı Pianosa adasını da istila etdi [4].

Fontenblo müqaviləsinin on yeddinci maddəsi Napoleona dörd yüz əsgərdən çox adam saxlamağı qadağan edirdi. Lakin o, bu məhdudiyyətə məhəl qoymurdu. Onun ordusuna 1649 nəfər daxil idi:

  • Köhnə qvardiyanın 6 bölümü, o cümlədən ümumi sayı 610 nəfər olan 3 yeger və 3 grenadyor bölümü;
  • Korsika batalyonu (150 nəfər);
  • Elba batalyonu (649 nəfər);
  • 6 eskadron yeger və 5 Polşa ulanlarından ibarət cəmi 120 nəfərlik yüngül süvarilər;
  • Topçu batareyası (120 nəfər) [5].
Elbada Napoleona sadiq polyak yüngül süvarilər

Həmçinin səkkiz gəmidən ibarət kiçik bir donanma da onun ixtiyarında idi. Onlardan üçü sahili dəniz quldurlarından qorumaq üçün silahlandırılmışdı. İkisi sırf ticari gəmilər, üçü isə dənizdə zövq gəzintiləri üçün nəzərdə tutulmuşdu. Döyüş gəmiləri 25 ton tutuma malik göyərtəsində cəmisi bir topu olan "La Caroline", altı top ilə silahlanmış 83 ton tutuma malik "L'Etoile" şlyupu və 18 toplu 300 ton tutumlu L'Inconstant briqi idi [4].

Boynod adanın baş müfəttişi, Bertrand - daxili işlər naziri, Druot adanın qubernatoru, Kambronn isə qvardiyasının rəisi təyin edildi. Ancaq İmperiya dövründə olduğu kimi Napoleon həmişəki kimi son sözə sahib idi.

Napoleonun səyləri və nüfuzu sayəsində adada ticarət canlandı, bu da maddi vəziyyətin yaxşılaşmasına kömək etdi.

Napoleonu adada müxtəlif insanlar ziyarət edirdilər. Onunla görüşmək üçün Mariya Valevskaya oğlu ilə adaya təşrif buyurmuşdu. Amma Maria Luiza və oğlu heç vaxt taxtdan imtina etmiş imperatoru ziyarət etmək üçün adaya gəlmədilər.

Napoleona Jozefina Boharnenin ölüm xəbəri adada çatdı.

Napoleonun dönüşü

[redaktə | mənbəni redaktə et]

Napoleon Burbonların monarxiyasının bərpası ilə əlaqədar Fransada narazılıqların artması barədə xəbərlər alırdı. Ona həmçinin Vyanadan da xəbərlər çatdırılırdı. Belə ki, burada Avropanın böyük dövlətlərinin gələcək dünya düzəni barədə razılığa gəldikləri Vyana konqresi keçirilirdi. XVIII Lüdovikin daxili siyasəti mühacirlərin geri qaytarılması ilə müəyyən edilmiş və inqilabın bir çox nailiyyətlərini alt-üst etmişdi. 1814-cü ildə qəbul edilmiş liberal xartiyaya baxmayaraq bu siyasət çox mürtəce idi. İmperiya dövründə hakimiyyətdə olan elita indi özünü ikinci cərgəyə atılmış hiss edirdi. Digər tərəfdən kəndlilər inqilabdan əvvəlki qayda-qanunu yaxşı xatırlayırdı və torpaqlarını itirməkdən qorxurdu. Xarici siyasətdə də artıq Altıncı koalisiya dövründə olan müttəfiqlərin birliyi yox idi. İngiltərəAvstriya Rusiyanın Avropa arenasında rolunun güclənməsini istəmirdi. Həmçinin PolşaSaksoniyanın taleyi ilə də bağlı güclü fikir ayrılıqları var idi [6]. Bütün bu amillər Napoleona Fransanın onun qayıtmasına hazır olduğuna inanmağa əsas verdi.

"Qartalın uçuşu"

[redaktə | mənbəni redaktə et]
"Qartalı uçuşu". Napoleonun Elbadan qaçması münasibətilə qoyulmuş xatirə monumenti.

1815-ci il fevralın 25-də Napoleon özbaşına sürgün yerini tərk etdi. Daha altı gəmi ilə müşayiət olunan "L’Inconstant" briqində Portoferrayo limanından ayrıldı. Elba adasında dəniz tərəfdən fransız və ingilis gəmilərindən ibarət patrul dayanırdı. Onlardan biri - fransız gəmisi "Zefir" Elbadan gələn bir donnanmanı gördü. Hətta bu gəminin kapitanı Andreye Napoleonun olduğu briqin kapitanı ilə bir neçə söz mübadiləsi apardı, lakin şübhəli bir şey hiss etmədi[7].

1815-ci il martın 1-də günorta saat üçdə Napoleon və kiçik ordusu Fransa sahillərinə çatdı və Joao buxtasında sahilə çıxdı. Onların qarşısına çıxan gömrükçülər keçmiş İmperatoru sevinclə qarşıladılar. Ancaq ən yaxın Antib şəhərinə girmək cəhdi uğursuzluqla başa çatdı: Napoleonun 25 əsgəri içəri girdikdən sonra şəhər qarnizonu qala qapılarını bağladı və içəri keçənlər həbs edildi. Axşam saat 11-də Napoleonun dəstəsi burada yubanmayaraq [8] yoluna davam etdi.

Napoleonun Fransa sahillərində qarşılanması. 1836-cı ilin rəsmi.

Kann və Qras şəhərləri heç bir müqavimət göstərmədən geri dönən Napoleonu imperator olaraq qəbul etdilər. Kannda ərzaq və silah ehtiyatını artırdı və sahildə dörd top qoyaraq Qrasda etdiyi müraciətin mətnindən vərəqələr çap etdirdi. Bunun ardınca Napoleon Dofin əyalətindən şimala doğru getmək qərarına gəldi. Din-le-Ben və Qap kimi şəhərlərdə dayanmadan 1815-ci il martın 7-də əyalətin paytaxtı Qrönobla doğru getdi.

Onu yolunda çıxan bir çox şəhərlərdən fərqli olaraq Qrönoblun qapıları Napoleonun üzünə bağlanmışdı. Təbliğatın vacibliyini dərk edən Napoleon, geri döndükdən dərhal sonra fransızlar üçün bir manifest hazırlamışdı. Burada o, özünü qanuni taxtını geri almağa gələn VII Karl ilə müqayisə edirdi [9]. Sonradan Qap, Qrönobl və Lion sakinlərinə də müraciətlər dərc edildi. Bütün bunlar imperatorun qayıdacağına inanan insanlara güclü təsir göstərdi. Qrönobla doğru qusar alayı və artilleriya ilə iki yarım xəttli piyada alaylarından ibarət hökumət qoşunları göndərildi. Napoleonun dəstəsi və hökumət qoşunlarının görüşü Laffre şəhərində baş tutdu. Napoleonun hakimiyyətinin legitimliyini tanımayan kral qoşunlarının komandanlığı, onun göndərdiyi vəkillərə qulaq asmaq istəmədi, bundan sonra o, özü kral qoşunlarına yaxınlaşdı və məşhur ifadəsini söylədi:

" 5-ci alayın əsgərləri! İmperatorunuzu qəbul edin! Kimsə məni öldürmək istəyirsə, mən buradayam!(fr. Soldats du 5e! Reconnaissez votre Empereur! S'il en est qui veut me tuer, me voilà!)[10] "

Buna cavab olaraq hökumət qoşunları kapitanının "Atəş!" əmri səsləndi. Lakin bunun əvəzində əsgərlər "Yaşasın imperator!" deyə qışqırmağa başladılar. Napoleon, başqa şəhərlər kimi Qrönoblu da qan tökmədən döyüşsüz ələ keçirdi. Royalistlərin qalıqları şəhəri tərk etdilər.

Laffre yaxınlığında Napoleonun heykəli.Məşhur "5-ci alayın xətti ilə" görüşmə çəmənliyində

Qrönobldan sonra Napoleon artilleriya ilə silahlanmış altı alayın başında Liona doğru istiqamət aldı. Napoleonun qarşısını almaq üçün Lüdoviq tərəfindən oraya göndərilən diviziyalar da döyüşmədən imperatorun tərəfinə keçdi və martın 11-də o, onların paradını qəbul etdi. 12 mart tarixli fərmanında Napoleon Zadəganlar Palatasını, dvoryanlığı məhdudlaşdırdı və yeni hakimlər təyin etdi. Lionun süqutundan sonra artıq Napoleonun sərəncamında 15000 əsgər var idi. Belə ki, 5-ci, 7-ci və 11-ci alaylarının əsgərləri, 4-cü qusar və 13-cü süvari alaylarının əsgərləri ona qoşulmuşdu. Bu ordu Parisə doğru hərəkət edirdi. Lon-le-Sonye yaxınlığında "korsikalı canavar"ı qarşılamağa göndərilən marşal Neyin ordusu onu gözləyirdi. Ney Fontenbloda imperatorun taxtdan imtinasından sonra, Burbonların xidmətinə keçənlərdən biri idi. O, Napoleonu dəmir qəfəsdə Parisə gətirəcəyinə və vətəndaş müharibəsinin qarşısını alacağına vəd vermişdi. Hökumət qüvvələrinin rəhbərliyində panika hökm sürürdü.

Ney Şalon şəhərindən əlavə qüvvələr gözləyirdi, bunun əvəzində isə onun köməyinə gələcək qüvvələrin də Napoleonun tərəfinə keçdiyi xəbəri yayıldı. Neyin ordusu Lon-le-Sonyedən Burkaya gedən yolda mövqe tutmuşdu. Eyni vaxtda Napoleon Lionu tərk edərək əhalisi onu məmnuniyyətlə qarşılayan Makonu ələ keçirdi. Hökumət qoşunları arasında Napoleonun agentləri fəal təbliğat apararaq onun tərəfinə keçməyi təşviq edirdilər. Napoleonun emissarları ona imperatorun "Moskva döyüşündən bir gün sonra onu qəbul etdiyi kimi" qəbul edəcəyinə dair bir məktub çatdırdılar [7]. Napoleonun elçiləri siyasətdə səriştəsi olmayan Neyi bütün xarici güclərin Burbonları dəstəkləmədiyinə və ingilislərin qəsdən Napoleonun qaçmasına şərait yaratmaq üçün patrul gəmilərini Elbadan çəkdiklərinə inandırdılar. Bütün bunlar yalan olsa da, elçilər Neydə lazımi təəssürat yaratmağa nail oldular. Nəticədə o, əsgərlərin imperatorun tərəfinə keçməyə çağırdığı müraciət imzaladı. O günlərdə Vandom sütununda əllə yazılmış bir plakt asıldi. Onun məzmunu belə idi:

" Napoleondan XVIII Lüdovikə. Kral, qardaşım! Mənə daha əsgər göndərməyin, məndə onlardan artıq çoxdu. Napoleon. "

1815-ci il martın 17-də Ney qoşunları ilə Napoleonun tərəfinə keçdi. Martın 9-da kral ailəsi ilə birgə Parisdən Belçikaya qaçdı.

1815-ci il martın 20-də Fransa sahillərinə çıxandan iyirmi gün sonra Napoleon Bonapart bir atəş belə açmadan Parisə girdi və yenidən Fransanın rəhbəri oldu [7].

Yüz gün ərzində Napoleonun siyasəti

[redaktə | mənbəni redaktə et]

Daxili siyasəti

[redaktə | mənbəni redaktə et]

Napoleon Lazar Karno və Benjamin Konstan kimi mühafizəkar respublikaçılara istinad etməyə çalışırdı. Aprelin 23-də "İmperiya Konstitusiyalarına Əlavə Akt" nəşr edildi. Bu qanun toplusunda aşağı palatadan (300 nəfər seçilmiş deputat) və üzvləri imperator tərəfindən təyin edilmiş və irsi olduğu ehtimal edilən yuxarı palatadan ibarət iki palatalı parlamentin yaradılması nəzərdə tutulmuşdu.

Bundan sonra qəbul edilən hər hansı bir qanun, hər iki palatada müzakirə olunmalı və imperatorun razılığı ilə qəbul olunmalı idi. Mayın 25-də yeni konstitusiya plebissit (referendum) tərəfindən lehinə 1,305,206 səs, əleyhinə 4206 səslə təsdiq edildi. İyunun 1-də yeni seçilmiş palatanın tətənəli açılışı oldu və ilk iclası keçirildi.

1815-ci il martın 20-də yeni hökumət işə başladı. Jozef Fuşe yenidən polis naziri, Lui Davu - Paris general-qubernatoru və müharibə naziri, Arman de Kolenkur - xarici işlər naziri, Lazar Karno - daxili işlər naziri, Yuq-Bernar Mare - hökumətin katibi təyin edildi. Fransa ümumilikdə imperatorun geri qayıtmasını qəbul etsə də, Vandeyada üsyan başladı və Napoleon 1000-ə yaxın əsgəri ora göndərmək məcburiyyətində qaldı.

Xarici siyasəti

[redaktə | mənbəni redaktə et]

Myuratın başçılıq etdiyi Neapol Krallığından başqa bütün Avropa ölkələri Fransanın yeni elan edilmiş imperatoru Napoleona qarşı qalxdılar. Napoleon ölkəsinin sülhə ehtiyacı olduğunu başa düşürdü. O, barışıq təklifi ilə Avropa dövlətlərinin başçılarına müraciət etdi və Fransanın sərhədlərini keçməyəcəyinə söz verdi. Müttəfiqlərin arasına nifaq salmaq məqsədi ilə Napoleon, Burbonlardan sonra qalan bəzi gizli sənədləri I Aleksandra göndərdi. Bu yazışmalarda Fransa, İngiltərəAvstriyanın RusiyaPrussiyanın Avropada nüfuzunun artmasının qarşısını almaq üçün onlara qarşı gizli sövdələşmələr əksini tapmışdı. Ancaq bu kömək etmədi. Napoleon rəiblərinə Belçikada qabaqlayıcı zərbə endirmək qərarına gəldi. Müharibə Şimal Ordusu (fr. Armée du Nord) Sambr çayını keçməyə başladığı 15 iyun 1815-ci il tarixində başladı.

Belçika kampaniyası

[redaktə | mənbəni redaktə et]
Belçika kampaniyasında döyüş əməliyyatlarının sxemi

Belçika kampaniyası 1815-ci il iyunun 15-dən 8-dək davam etdi. Fransız Şimal Ordusuna qarşı Yeddinci Koalisiyanın iki ordusu: ingilis və Prussiya qoşunları durmuşdu. İngilis ordusunun başında hersoq Artur Vellinqton dururdu. Prussiya ordusuna isə knyaz Hebxard Bluxer komandanlıq edirdi[11]. Napoleon Vaterlo döyüşündən əvvəl qoşunlara başçılıq edirdi, bundan sonra o komandanlığı marşallar Nikola Sultu və Emanuel Qruşiyə təhvil verdi. Tezliklə Fransanın Müvəqqəti Hökumətinin göstərişi ilə onları marşal Lui Davu əvəz etdi.

Velinqton Vaterlo döyüşündə

Napoleon Lini döyüşündə Bluxerin pruss ordusunu məğlub edə bildi, eyni zamanda Ney Katr-Bra döyüşündən sonra Vellinqtonu geri çəkilməyə məcbur etdi. Marşal Drue nə Napoleona, nə də Neyə vaxtında kömək edə bilmədi, bu da fransızlara rəqiblərini darmadağın etməyə imkan vermədi. Napoleon marşal Qruşinin komandanlığı altında ordusunun üçdə birini Bluxerin ardınca göndərdi. Özü isə Vaterloo yaxınlığında mövqe tutan Vellinqtonun üzərinə hücum etdi. Qruşi Vavre döyüşündə prussiyalıların ön cəbhəsinə hücum edərək onu darmadağın etdi. Lakin prussiyalıların əsas qüvvələri Vaterlooya getməyə müvəffəq oldu. Sonrakı döyüşdə Napoleon Vellinqtonu bütün mövqelərdən vurub çıxara bildi, ancaq vaxtında çatan Bluxer Napoleonun məğlubiyyətinə səbəb olan həlledici zərbəni endirdi.

Paris sülhü, yüz günün sona çatması

[redaktə | mənbəni redaktə et]

Fransız ordusu Vaterlo döyüşündən sonra bir sıra taktiki qələbələr qazansa da, bu Fransanın strateji mövqeyini dəyişmədi. Napoleon ölkənin potensialının artıq tükəndiyini və artıq döyüşə bilməyəcəyini gözəl başa düşürdü. 1815-ci il iyunun 21-də imperator hadisələrin gedişini müzakirə etmək üçün ona müxtəlif variantlar təklif edən nazirləri bir yerə topladı. Onlardan bir neçəsi diktaturanın elan olunmasından milli məclisin (palata) buraxılmasına qədər təkliflər irəli sürdülər. Palata bunu bildikdən sonra Lafayettenin rəhbərliyi ilə özünü "buraxılmaz" elan etdi:

" Nümayəndələr Palatası ölkənin müstəqilliyinə təhlükə olduğunu bəyan edir. Nümayəndələr Palatası özünü "buraxılmaz" elan edir. Onu buraxmaq üçün edilən hər hansı bir cəhd dövlətə xəyanət hesab olunur. Kim belə bir cəhd etsə, vətən xaini elan ediləcək və bu maddə ilə də ittiham ediləcək. Fransanın azadlığını, müstəqilliyini və torpağını müdafiə edən və vuruşmaqda davam edən ordu və Milli Qvardiya, vətənin minnətdarlığına layiqdirlər. Hərbi, xarici əlaqələr, polis və daxili işlər nazirləri təcili olaraq Asambleyanın iclasına gəlməlidirlər[12]. "
Sürgünə yola düşən Napoleon. 1880-ci ilin rəsmi.

Ancaq Napoleon Paris ətrafında məskunlaşan fəhlələr tərəfindən dəstəklənirdi və onlar işğalçılara qarşı mübarizənin davam etməsini tələb edirdilər. Sonradan Napoleon xatirələrində deyirdi ki, "... kütlənin bütün palatanı doğraması üçün onun bir sözü kifayət edərdi"[7]. Ancaq bunun heç biri edilmədi. Napoleon həmişə iri burjuaziyaya arxalanırdı; o, heç vaxt aşğı təbəqənin tribunası deyildi. İri burjuaziya ona dəstək verməkdən imtina etdi, birjada olan panika bunun əyani sübutu idi.

22 iyun 1815-ci il tarixində axşam saat 9-da Napoleon oğlunun xeyrinə taxtdan imtina etdi və Malmaezona yola düşdü. Amma iyunun 25-dək onun bir çox tərəfdarı imperatorun taxtdan imtinası ilə barışmaq niyyətində deyildi. Hər kəs çoxlarının nifrət etdiyi Burbonların yeni gəlişinin baş verəcəyini yaxşı başa düşürdü. Napoleon buna müqavimət göstərə bilən yeganə insan idi, amma o, fikrini dəyişmədi. İyunun 28-də Amerikaya getmək niyyəti ilə Malmezondan Roşfora gəldi. Bütün səfər boyu və şəhərin özündə də onu böyük təntənə və sevinclə qarşılayırdılar. İyulun 8-də o, iki freqatla açıq dənizə çıxdı, lakin Eks adasından irəli gedə bilmədi. Adanın yaxınlığında imperator Fransanı dənizdən blokadaya alan ingilis eskadrası ilə qarşılaşdı. Fransız dənizçiləri ingilislərlə ölümcül döyüşə girməyi təklif etdilər ki, imperator başqa bir gəmidə ("Zaale") vuruşmanın qızğın yerində açıq dənizə çıxsın. Amma Napoleon artıq taleyi ilə barışmışdı.

1815-ci il iyulun 15-də "Bellerofon" gəmisindəki ingilislərə təslim oldu. İngilislər isə onu Müqəddəs Yelena adasına sürgün etdilər.

XVIII Lüdoviqin geri dönüşü

[redaktə | mənbəni redaktə et]

"Yüz gün" ifadəsi Sena departamentinin prefekti qraf Şabrolun Gentdən qayıdan XVIII Lüdoviqə iyulun 8-də ünvanladığı salamlaşma müraciətindən sonra əmələ gəlmişdir:

" Əlahəzrət, təbələrinizin göz yaşları və istirabları içində paytaxtı tərk etmək məcburiyyətində qaldığınızdan yüz gün keçdi" [13]. "
  • Dictionnaire Napoléon / Jean Tulard. — P.: Fayard, 1999. — 977 p. — ISBN 978-2-213-60485-5.; Т. 2. — 1000 p.
  • Adams, Keith (November 2011). "Driven: Citroen SM". Classic and Performance Cars—Octane. Dennis Publishing. Archived from the original on 7 May 2013.
  • Baines, Edward (1818). History of the Wars of the French Revolution, from the breaking out of the wars in 1792, to, the restoration of general peace in 1815 (in 2 volumes). 2. Longman, Rees, Orme and Brown. p. 433.
  • Barbero, Alessandro (2006). The Battle: a new history of Waterloo. Walker & Company. ISBN 978-0-8027-1453-4.
  • Chandler, David (1966). The Campaigns of Napoleon. New York: Macmillan.
  • Chandler, David (1981) [1980]. Waterloo: The Hundred Days. Osprey Publishing.
  • Chalfont, Lord; et al. (1979). Waterloo: Battle of Three Armies. Sidgwick and Jackson.
  • Chapuisat, Édouard (1921). Der Weg zur Neutralität und Unabhängigkeit 1814 und 1815. Bern: Oberkriegskommissariat. (also published as: Vers la neutralité et l'indépendance. La Suisse en 1814 et 1815, Berne: Commissariat central des guerres)
  • Chartrand, Rene (1998). British Forces in North America 1793–1815. Osprey Publishing.
  • Chesney, Charles Cornwallis (1868). Waterloo Lectures: a study of the Campaign of 1815. London: Longmans Green and Co.
  • Cordingly, David (2013). Billy Ruffian. A&C Black. p. 7. ISBN 978-1-4088-4674-2.
  • Gildea, Robert (2008). Children of the Revolution: The French, 1799–1914 (reprint ed.). Penguin UK. pp. 112, 113. ISBN 978-0141918525.
  • Gifford, H. (1817). History of the Wars Occasioned by the French Revolution: From the Commencement of Hostilities in 1792, to the End of ... 1816; Embracing a Complete History of the Revolution, with Biographical Sketches of Most of the Public Characters of Europe. 2. W. Lewis. p. 1511.
  • Glover, Michael (1973). Wellington as Military Commander. London: Sphere Books.
  • Hamilton-Williams, David (1996). Waterloo New Perspectives: the Great Battle Reappraised. Wiley. ISBN 978-0-471-05225-8.
  • Hertslet, Edward, Sir (1875). The map of Europe by treaty; showing the various political and territorial changes which have taken place since the general peace of 1814. London: Butterworths. p. 18.
  • Hibbert, Christopher (1998). Waterloo (illustrated, reprint, revised ed.). Wordsworth Editions. ISBN 978-1-85326-687-4.
  • Hofschroer, Peter (2006). 1815 The Waterloo Campaign: Wellington, his German allies and the Battles of Ligny and Quatre Bras. 1. Greenhill Books.
  • Houssaye, Henri (2005). Napoleon and the Campaign of 1815: Waterloo. Naval & Military Press Ltd.
  • Laughton, John Knox (1893). "Maitland, Frederick Lewis" . In Lee, Sidney (ed.). Dictionary of National Biography. 35. London: Smith, Elder & Co. pp. 353–355.
  • Lipscombe, Nick (2014). Waterloo – The Decisive Victory. Osprey Publishing. p. 32. ISBN 978-1-4728-0104-3.
  • Nicolle, André (December 1953). "The Problem of Reparations after the Hundred Days". The Journal of Modern History. 25 (4): 343–354. doi:10.1086/237635.
  • Plotho, Carl von (1818). Der Krieg des verbündeten Europa gegen Frankreich im Jahre 1815. Berlin: Karl Friedrich Umelang.
  • Ramm, Agatha (1984). Europe in the Nineteenth Century. London: Longman.
  • Siborne, William (1848). The Waterloo Campaign, 1815 (4th ed.). Westminster: A. Constable.
  • Siborne, William (1895). "Supplement section". The Waterloo Campaign 1815 (4th ed.). Birmingham, 34 Wheeleys Road. pp. 767–780.
  • Sørensen, Carl (1871). Kampen om Norge i Aarene 1813 og 1814. 2. Kjøbenhavn.
  • Stephens, Henry Morse (1886). "Campbell, Neil (1776–1827)" . In Stephen, Leslie (ed.). Dictionary of National Biography. 8. London: Smith, Elder & Co. pp. 389–390.
  • Strupp, K.; et al. (1960–1962). "Wiener Kongress". Wörterbuch des Völkerrechts (in German). Berlin.[full citation needed]
  • Townsend, George Henry (1862). The Manual of Dates: A Dictionary of Reference to All the Most Important Events in the History of Mankind to be Found in Authentic Records. Routledge, Warne, & Routledge. p. 355.
  • Uffindell, Andrew (2003). Great Generals of the Napoleonic Wars. Staplehurst: Spellmount. ISBN 978-1-86227-177-7.
  • Veve, Thomas Dwight (1992). The Duke of Wellington and the British Army of Occupation in France, 1815–1818 (illustrated ed.). Westport, CT: Greenwood Press. pp. ix, 4, 114, 120. ISBN 978-0313279416.
  • Waln, Robert (1825). Life of the Marquis de La Fayette: Major General in the Service of the United States of America, in the War of the Revolution... J.P. Ayres. pp. 482–483.
  • Woloch, Isser (2002). Napoleon and His Collaborators. W.W. Norton & Company. ISBN 978-0-393-32341-2.
  • Wood, Hugh McKinnon (April 1943). "The Treaty of Paris and Turkey's Status in International Law". The American Journal of International Law. 37 (2): 262–274. doi:10.2307/2192416. JSTOR 2192416.
  1. Norwood Young, A. M. Broadley. Napoleon in Exile: Elba. — Kessinger Publishing, 2006. — 452 с. — ISBN 9781428655232.
  2. Norwood Young, A. M. Broadley. Napoleon in Exile: Elba. — Kessinger Publishing, 2006. — 452 с.
  3. Thomas Ussher. Napoleon's Deportation to Elba // The Century Magazin. — 1893. — С. 664-681.
  4. 1 2 Archibald Neil Campbell Maclachla. Napoleon at Fontainebleau and Elba;. — Book on Demand Ltd. — ISBN 9785518450653.
  5. Jean Lasserre. Tome XXIII, Juullet-Decembre 1924 // Revue des Etudes Napoleoniennes. — Geneva: Slatkine Reprints, 1976. — С. 243—254.
  6. Тарле Е.В. Глава 10. Талейран при Реставрации I // Талейран. — ACT, 2010. — 352 с. — 2500 экз. — ISBN 978-5-403-02719-9.
  7. 1 2 3 4 Глава 16. Сто дней // Наполеон (5000 nüs.). ACT. 2011. səh. 416.
  8. Рохау А., История Франции от низвержения Наполеона I до восстановления империи. Часть I., СПб, 1865., стр. 30.
  9. Bonaparte, Napoleone. Tome V. // Oeuvres de Napoléon Bonaparte. BiblioLife. 2008. ISBN 9780554366791.
  10. Дерябин А.И. "Дорога Наполеона. Франция, 1815 год "РУССКИЙ ПАРИЖ и РУССКАЯ ФРАНЦИЯ" — гид по Франции: история, музеи & экскурсии". paris1814.com. 2021-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-09.
  11. Hyde, Kelly William. The battle of Wavre and Grouchy's retreat: a study of an obscure part of the Waterloo campaign. London: J. Murray. 1905.
  12. Chénier L. J. G. Histoire de la vie militaire, politique et administrative du maréchal Davout, duc d’Auerstaedt, prince d’Eckmühl. Paris, Cosse, Marchal et cie. 1866.
  13. Dictionnaire, 1999. səh. 412, t. 1