Xamaq Monqol
Tarixi dövlət | |
Xamaq Monqol | |
---|---|
|
|
|
|
Rəsmi dilləri | Monqol dilləri, Monqol dili |
Xamaq-Monqol xanlığı, Xamaq-Monqol Ulusu (monq. Хамаг Монголын ханлиг, Хамаг Монгол улс; 1080–1206) — tarixi monqol dövləti. Xamaq-monqol deyə tanınan monqol tayfa birliyinin dövləti idi. İlk xaqanı Xaydu xan, son xaqanı isə Çingiz xan idi. 1206-cı ildə böyüyərək Böyük Monqol İmperiyasına çevrilmişdir. Xaqanlığın başında Börçigin sülaləsi dururdu. Paytaxtının Kerulen çayının yaxınlığında olduğu ehtimalı vardır.
Etimologiya
[redaktə | mənbəni redaktə et]Xamaq Monqol sözü monqolca "Bütün monqollar" deməkdir. Bunun səbəbi Xamaqmonqol Ulusunda bütün monqol qəbilələrinin və xalqlarının yaşaması idi.
Hökmdarları (Xanlar, Xaqanlar, Kağanlar)
[redaktə | mənbəni redaktə et]No | Adı | Hakimiyyət illəri | Həyatı | Qeydlər | Portret |
---|---|---|---|---|---|
1. | Xaydu xan | 1080–1100/1120 | 1025/1030/1040/1050–1100/1120 | ||
2. | Xabul xan | 1100/1120–1148 | 1101–1148 | Çingiz xanın ulu babası və Yesugey bahadurun babası. | |
3. | Ambaqay xan | 1148–1156 | ?-? | ||
4. | Xutula xan | 1156–1160 | 1111–1160 | ||
5. | Çingiz xan | 1160–1206 | 1155/1162–25 avqust 1227 | 1206-cı ildə böyük imperiya qurdu və son Xamaq Monqol xanı oldu. |
Bunula belə, görkəmli Azərbaycan alimi Fəzlullah Rəşidəddinə görə, Çingiz Xaqanın atası Yesugey Bahatur da Xamaqmonqol Ulusunun xaqanı idi və Fəzlullah onu öz "Cami ət-Təvarix"-ində Yesugey xan, Yesugey xaqan adlandırır.