Xatınbəyli
Xatınbəyli | |
---|---|
40°06′ şm. e. 46°44′ ş. u.HGYO | |
Ölkə | |
Əhalisi | |
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ5900 |
Nəqliyyat kodu | 02 |
Xatınbəyli — Azərbaycan Respublikasının Ağdərə rayonunun Xatınbəyli kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Prezidentinin 4 noyabr 1991-ci il tarixli, 441 saylı Fərmanı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin Mardakert rayonunda Xatınbəyli kənd Soveti yaradılmış və Xatınbəyli kəndi Manikli kənd Sovetinin tərkibindən onun tərkibinə verilmişdir.[2] Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Xatınbəyli kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir.[3] 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xatınbəyli kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Xatınbəyli kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.
Tarix
[redaktə | mənbəni redaktə et]Kənd Ağdərə rayonunun tərkibində olub. 1992-ci Ağdərə rayonu ləğv edilib və ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra kənd Ağdam rayonunun ərazisinə düşüb. 5 dekabr 2023-cü ildə yenidən Ağdərə rayonunun tərkibinə daxil edilib.[4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan Respublikası Dağlıq Qarabağ Muxtar Vilayəti Mardakert rayonunun inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 noyabr 1991-ci il tarixli, 441 saylı Fərmanı". 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-28.
- ↑ "Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı". 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-29.
- ↑ "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu" (az.). president.az (2023-12-28 tarixində nəşr olunub). 2023-12-05. 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-27.