40°05′44″ şm. e. 46°40′48″ ş. u.HGYO

Baş Güneypəyə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Baş Güneypəyə
40°05′44″ şm. e. 46°40′48″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Baş Güneypəyə xəritədə
Baş Güneypəyə
Baş Güneypəyə

Baş GüneypəyəAzərbaycan Respublikasının Ağdərə rayonunun Baş Güneypəyə kənd inzibati ərazi dairəsində kənd.[1]

Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Baş Güneypəyə kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir.[2] Kənd 1992-ci il martın 12-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Baş Güneypəyə kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə yenidən Ağdərə rayonunun tərkibinə daxil edilib.[3] Baş Güney kəndinin tarixi haqqında əsaslə fakt XX əsr Azərbaycan nəsrinin yaradıcıların olan Məmməd Səid Ordubadinin “Qanlı illər” adlı əsəridir. Həmin əsər uzun illərin siyasi təbəddülatlarından keçmiş tarixi həqiqətlərin üzə çıxarılmasına kömək edən dəyərli bir nümunədir. Bu tarixi mənbədə kəndin adı Göynəpay deyə qeyd olunmuşdur.

“3-cü sahə isə Dağbasar köylərindən ibarət olub əksəriyyətdə varlı və sərvət sahibi olan ermənilərin əlində idi. Bu sahədə islam köyləri fəqət Dəmirli, Hacıqərvənd, Çıraqlı, Ümidli, İmarət Qərvənd, Xaçın çayı boyunca Şaxavənd, Köynəpay, Əliağalı, Sırxavənd, İsmayılbəyli kimi sair dağlıq köylərdən ibarətdir ki, Kolanılar adlandırılmışdır”[4]

Məmməd Səid Ordubadi, “Qanlı illər” əsəri

Oykonim baş (yuxarı), guney (cənub, gün düşən yer) və pəyə (burada yaşayış məntəqəsi) komponentlərindən düzəlib, "yuxarıda yerləşən Güneypəyə kəndi" mənasındadır.[5]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Qavartu çayının sahilində, dağ ətəyində yerləşir.

2019-cu il aprelin 6-da hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan, keçmiş Ağdərə rayonunun sakinləri, məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycan Respublikasının 10 milyonuncu sakini dünyaya gəlmişdir[6]. Kəndin ən yaşılı sakini Mirzə Hüseyn oğlu Ələkbərovdur[7]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı". 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-29.
  3. "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu" (az.). president.az (2023-12-28 tarixində nəşr olunub). 2023-12-05. 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-27.
  4. Məmməd Səid Ordubadi. “Qanlı illər” əsəri. səh. 63.
  5. Baş Güneypəyə // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  6. İlham Əliyev 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə Azərbaycan xalqını təbrik edir Arxivləşdirilib 2021-10-23 at the Wayback Machine. president.az, 06.04.2019 (az.)
  7. "Baş Güneypəyə kəndi". yeniterter.com. 2024-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyn 2024.