Uels şahzadəsi

Vikipediya, azad ensiklopediya
(Uels Şahzadəsi səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Uels şahzadəsi
Prince of Wales

Vəzifədədir
Uilyam

9 sentyabr 2022-ci ildən
Müraciət forması Kral əlahəzrətləri
Ser
Rəsmi iqamətgahı Klarens Haus
Səlahiyyət müddəti ömürlük və ya taxa çıxanadək
Vəzifənin təsis tarixi 1301
Vəzifədə birinci David ap Llivelin
Təyin edən Böyük Britaniya monarxı
Rəsmi saytı princeofwales.gov.uk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uels şahzadəsi (ing. Prince of Wales, vall Tywysog Cymru) — İngiltərə taxtının kişi varisinin titulu; titul 1707-ci ildən İngiltərə ilə Şotlandiyanın birləşməsindən sonra yarandı. Bir qayda olaraq, taxtın qadın varisi "Uels Şahzadə Xanımı" titulunu daşımır, onu ancaq şahzadənin həyat yoldaşı istifadə edir.

Bu titul erkən orta əsrlərdən bəri məlumdur, 13-cü əsrin sonlarına qədər onu Britaniyanın qərb regionu Uels hökmdarları daşıyırdılar. İngiltərədən müstəqil olan Uelsin son hökmdarı (Uels şahzadəsi) Llivelin ap Qrifid idi. XIII əsrin sonunda İngiltərə kralı I Eduardın Uelsi fəth etməsi və Uelsin müstəqilliyini itirməsi ilə əlaqədar olaraq, Uels şahzadəsi titulu ingilis tacına keçdi və taxtının varisinə aid olmağa başladı.

Rəvayətə görə, I Eduard Uelsdə ingilis tacının üstünlüyünü təşkil etmək üçün hiyləgərliyə əl atdı. Bu bölgədə heybətli hərbi müvəffəqiyyət əldə etdikdən sonra o, Uels knyazlarını bir araya gətirərək İngiltərədən vassal asılılıqlarını tanımağa dəvət etdi, onlar, öz növbəsində, Uels şahzadəsinin ingilis dilində bir kəlmə də bilməyən yerli birinin olmasını tələb etdilər. Eduard dərhal bu şərti yerinə yetirmək üçün təntənəli bir and içdi. Knyazlar vassal asıllılıq müqaviləsini imzaladılar, bundan sonra Eduard onlara bir gün əvvəl Uelsin Karnarvon qalasında anadan olan oğlunu (gələcək kral II Eduard) göstərdi və söylədi: "Budur Uels şahzadəniz, sizin ölkədə doğulmuş və o, ingilscə bir dənə söz də bilmir". Əfsanə XVI əsrdən bəri məlumdur. Əslində, I Eduardın dövründə İngiltərədəki aristokratiya norman idi və qədim fransızca danışırdı; lakin II Eduard həqiqətən atasının Uels kampaniyası zamanı Karnarvonda anadan olmuşdur.

Digər titullar

[redaktə | mənbəni redaktə et]

Uels şahzadəsi adətən həmçinin bu titul ilə verilən ikincidərəcəli Çester qrafı tituluna da yiyələnir. Bundan əlavə, monarxın böyük oğlu avtomatik olaraq (hökm sürən monarxın ailəsində doğulduğu andan və ya bir ata ya da ananın taxta çıxdığı andan etibarən) Kornuoll hersoqu adlı ingilis titulunu alır, 1603-cü ildə yaranmış İngiltərə-Şotlandiya ittifaqından sonra isə digər ikincidərəcəli titullarla birgə Rotsey hersoqu titulunu da mənimsəyir.

Uels şahzadələri siyahısı

[redaktə | mənbəni redaktə et]
Şəkil Ad Kimin varisi olub Doğum tarixi Titulun təqdim olunması Titulu itirməsi Vəfat tarixi Digər titullar Uels şahzadə xanımı (arvadı)
David ap Llivelin Böyük Llilvelinin oğlu təx. 1215 11 aprel 1240; adının sənədlərdə ilk dəfə çəkilməsi 1244-cü ildə olub 25 fevral 1246 İzabella de Braoz
Llivelin ap Qrifid

II Qrifid ap Llilvelinin oğlu

təx. 1223 29 sentyabr 1267 11 dekabr 1282

döyüşdə həlak olub

Qvined şahzadəsi Eleanor de Monfor
David ap Qrifid II Qrifid ap Llilvelinin qardaşı təx. 1238 11 dekabr 1282 3 oktyabr 1283

Şrusberidə edam olunub

Snoudon lordu Elizabet Ferres

Uels şahzadələri — İngiltərə taxtının varisləri

[redaktə | mənbəni redaktə et]
Şəkil Ad Kimin varisi olub Doğum tarixi Taxt varisi elan olundu Titulun təqdim olunması Titulu itirməsi Vəfat tarixi Digər titullar Uels şahzadə xanımı (arvadı)
Eduard Karnarvonlu

sonradan kral II Eduard

I Eduard 25 aprel 1284 19 avqust 1284 7 fevral 1301 7 iyul 1307

kral oldu

21 sentyabr 1327 qraf de Pontye, Çester qrafı
Eduard Vudstok III Eduard 15 iyun 1330 12 may 1343[1] 8 iyun 1376 Çester qrafı, Kornuoll hersoqu Coanna Plantagent
Riçard Plantagenet

sonradan kral II Riçard

6 yanvar 1367 8 iyun 1376 20 noyabr 1376[1] 22 iyun 1377

kral oldu

14 fevral 1400 Kornuoll hersoqu, Çester qrafı
Генри Монмут

sonradan kral V Henri

IV Henrix 16 sentyabr 1387 30 sentyabr 1399 15 oktyabr 1399[1] 21 mart 1413

kral oldu

31 avqust 1422 Lankaster hersoqu, Kornuoll hersoqu, Çester qrafı
Eduard Plantagent VI Henri 13 oktyabr 1453 15 mart 1454[1] 11 aprel 1471 atasını devirməsi 4 may 1471 Kornuoll hersoqu, Çester qrafı Anna Nevil
Eduard York

sonradan kral V Eduard

IV Eduard 4 noyabr 1470 11 aprel 1471 26 iyun 1471[1] 9 aprel 1483

kral oldu

1483? Kornuoll hersoqu, Çester qrafı
Eduard Plantagent III Riçard təx. 1473 1483 24 avqust 1483[1] 9 aprel 1484 Kornuoll hersoqu, Çester qrafı, Solsberi qrafı
Artur Tüdor VII Henri 20 sentyabr 1486 29 noyabr 1489 2 aprel 1502 Kornuoll hersoqu, Çester qrafı Araqonlu Ketrin
Henri Tüdor

sonradan kral VIII Henri

28 iyun 1491 2 aprel 1502 18 fevral 1504[1] 22 aprel 1509

kral oldu

28 yanvar 1547 Kornuoll hersoqu, Çester qrafı, York hersoqu
Eduard Tüdor

sonradan kral VI Eduard

VIII Henri 12 oktyabr 1537 1537 28 yanvar 1547

kral oldu

6 iyul 1553 Kornuoll hersoqu,

Çester qrafı

Henri Stüart I Ceyms 19 fevral 1594 24 mart 1603 4 iyun 1610[1] 6 noyabr 1612 Kornuoll hersoqu, Rotsey hersoqu, Çester qrafı, Karrik qrafı və sair
Çarlz Stüart

sonradan kral I Karl

19 noyabr 1600 6 noyabr 1612 4 noyabr 1616[1] 27 mart 1625

kral oldu

30 yanvar 1649 Kornuoll hersoqu, Rotsey hersoqu, York hersoqu, Olbani hersoqu, маркиз Ормонд, Çester qrafı, Karrik qrafı, Ross qrafı və sair
Çarlz Stüart

sonradan kral II Karl

I Karl 29 may 1630 объявлен

в 1638—1641[1]

30 yanvar 1649

titul ləğv olundu (1660-cı ildə kral oldu)

6 fevral 1685 Kornuoll hersoqu, Rotsey hersoqu, Çester qrafı, Karrik qrafı, барон Ренфрью və sair
Georq Avqust

sonradan kral II Corc

I Corc 10 noyabr 1683 1 avqust 1714 27 sentyabr 1714 11 iyun 1727

kral oldu

25 oktyabr 1760 Kornuoll hersoqu, Rotsey hersoqu, Kembric hersoqu, Çester qrafı, Karrik qrafı və sair Karolina Brandenburq-Ansbaxlı
Frederik Luis II Corc 1 fevral 1707 11 iyun 8 yanvar 1729[1] 31 mart 1751 Kornuoll hersoqu, Rotsey hersoqu, Edinburq hersoqu, Çester qrafı, Karrik qrafı və sair Avqusta Saksen-Qotlu
Georq Vilgelm Frederik

sonradan kral III Corc

4 iyun 1738 31 mart 1751 20 aprel 1751 25 oktyabr 1760

kral oldu

29 yanvar 1820 Edinburq hersoqu, Çester qrafı və sair
Georq Avqust Frederik

sonradan kral IV Georq

III Corc 12 avqust 1762 19 avqust 1762[1] 29 yanvar 1820

kral oldu

26 iyun 1830 Kornuoll hersoqu, Rotsey hersoqu, Çester qrafı, Karrik qrafı və sair Karolina Braunşveyqli
Альберт Eduard

sonradan kral VII Eduard

I Viktoriya 9 noyabr 1841 8 dekabr 1841 22 yanvar 1901

kral oldu

6 may 1910 Kornuoll hersoqu, Rotsey hersoqu, Çester qrafı, Karrik qrafı və sair Aleksandra Danimarkalı
Georq

sonradan kral V Georq

VII Eduard 3 iyun 1865 22 yanvar 1901 9 noyabr 1901 6 may 1910

kral oldu

20 yanvar 1936 Kornuoll hersoqu, Rotsey hersoqu, York hersoqu, Çester qrafı, Karrik qrafı və sair Mariya Tek
Eduard

sonradan kral VIII Eduard , daha sonra Vindzor hersoqu

V Georq 23 iyun 1894 6 may 1910 23 iyun 1910 20 yanvar 1936

kral oldu

28 may 1972 Kornuoll hersoqu, Rotsey hersoqu, Çester qrafı, Karrik qrafı və sair
Çarlz Vindzor II Elizabet 14 noyabr 1948 6 fevral 1952 26 iyul 1958 titulun yaşayan sahibi Kornuoll hersoqu, Rotsey hersoqu, 2-ci Edinburq hersoqu, Çester qrafı, Karrik qrafı və sair 1. Diana Spenser

2. Kamilla Şand (Uels şahzadə xanımı titulunu istifadə etmir)

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 "Prince of Wales — Previous Princes" (ingilis). princeofwales.gov.uk. 2011-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-03-18.