Tsiklopentanon
Naviqasiyaya keç
Axtarışa keç
Tsiklopentanon | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | (CH2)4CO |
Molyar kütlə | 84.12 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 0.95 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | -51 °S |
Qaynama nöqtəsi | 131 °S |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 120-92-3 |
PubChem | 8452 |
RTECS | GY4725000 |
ChEBI | 16486 |
ChemSpider | 8141 |
Tsiklopentanon(CH2)4CO- dörd metilen qrupundan və bir karbonil qrupundan ibarət tsiklik ketondır.
Fiziki xassələri
[redaktə | mənbəni redaktə et]Tsiklopentanon spesifik qoxusu olan rəngsiz mayedir. Suda orta dərəcədə, etanol və dietil efirində yaxşı həll olunur.
Alınması
[redaktə | mənbəni redaktə et]Adipin turşusunun pirolizi zamanı Ba və Ca duzlarının iştiraki ilə alınır
Kimyəvi xassələri
[redaktə | mənbəni redaktə et]Tsiklohekpentanonun kimyəvi xassələri asiklik ketonlara uyğundur. Oksim alınır.
Toksikliyi
[redaktə | mənbəni redaktə et]Tsiklopentanon dəri və tənəffüs sistemini qıcıqlandırır və buxarlarının hava ilə qarışığı partlayıcıdır. Yüksək konsentrasiyalarda narkotik təsir göstərir.
Tətbiqi
[redaktə | mənbəni redaktə et]Tsiklopentanon əsasən dad verən vasitə kimi istifadə olunur. Ayrıca müxtəlif üzvi birləşmələrin (məsələn, jasmon, mizoprostol) sintezi üçün istifadə olunur.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Химический энциклопедический словарь. Москва, Советская энциклопедия, 1983, стр. 683.