Triskaidekafobiya
Triskaidekafobiya — 13 rəqəminə qarşı qorxu. Bu söz yunan sözü “treiskaideka”dan əmələ gəlib. Tərcümədə «On üç və Vahimə» deməkdi. Orta əsrlərdə bu rəqəmi dilə gətirmək qadağan edilmişdi, belə ki, hər ayın 13-də cadugərlər bir yerə yığışırmışlar (Toplantıda 12 cadugər olurdu, XIII isə İblis idi). 13 qonaq gizlin gecədə masa arxasında iştirak etdikdən daha sonra İsa peyğəmbər ələ keçirildi, cümə günü isə çarmıxa çəkildi. Maraqlıdır: bir çox otellərdə 13 rəqəmli otağı digər rəqəmlə nömrələyirlər. Müxtəlif aviakompaniyalarda 13 nömrəli bortları olmur. Amerikada çox vaxt göydələnləri tikərkən XII mərtəbədən sonra XIV mərtəbə tikilməyə başlayır, paraxodlarda isə heç vaxt XIII kayut olmur. “Formula-1” yarışmasında bir ədəd də olsun - 13 rəqəmli avtomobil yoxdur.
Psixologiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |