Toska

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Toska
it. Tosca
Operanın afişası, rəssam A. Qoqenşteyn
Bəstəkar Cakomo Puççini
Librettoçu İllika Luici, Cüzeppe Cakoza
Dili italyanca
Janr Faciə
Pərdə 3
Yaradılma tarixi 1898
İlk səhnələşdirmə 14 yanvar 1900[1]
Müddəti 2 saat
Hadisələrin baş verdiyi yer Roma
Personajlar

Personajlar:

  • Floriya Toska soprano
  • Mario Kavaradossi tenor
  • Baron Skarpia bariton
  • Sezare Ancelotti bas
  • Zəngçi bas
  • Spoleta tenor
  • Şarrone tenor
  • Dustaq bas
  • Çoban alto
  • Kardinal, hakim, Roberti (cəllad), mirzə, zabit, serjant, əsgər, gözəçilər, polislər, süvarilər, xanımlar, xalq
Premyera 14 yanvar, 1900
Roma
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Toska (it. Tosca) — Cakomo Puççininin İllika Luici, Cüzeppe Cakozanın librettosu əsasında yazmış olduğu 3 pərdəli opera. Əsərin ilk premyerası 14 yanvar 1900-cu ildə Romada olmuşdur.

Toska pyesi V. Sardu tərəfindən yazılmış və xüsusi olaraq aktrisa Sara Bernara həsr edilmişdir. Əsərin ilk primyerası 24 noyabr, 1887 c ildə Parisin Port-Sen-Marten teatrında olmuşdur[2]. Cakomo Puççini pyesə Milanın it. Filodrammatico səhnəsində baxır. Culio Rikordiyə 7 may 1889 cu ildə yazdığı məktubda, pyes əsasında opera yazmaq üçün Sardunun razılığını almağı ona tapşırır. Libretto yazmaq üçün Verdi və Franketti hər ikisi maraq göstərirlər[2]. Sonuncu razılıq alaraq hətta operanı yazmağa başlayır, lakin son anda Rikordinin səyi nəticəsində icazə Cakomo Puççiniyə nəsib olur. Puççini Sardunu inandiraraq süjetdə və qəhrəmanların xarakterlərində dəyişiklik etməyə nail olur. İkinci dərəcəli personajları minumuma endirərək, sujet xəttini dinamik inkişaf etdirir. Əsas qəhrəmanını istedadlı aktrisaya və İtaliya vətənpərvərinə çevirir.

Fevral 1798-ci ildə Napoleon müharibələri dövründə fransız truppası Papa dövlətini tutaraq Roma respublikasını qururlar (Sezare Ancelioti həmin respublikanın konsuludur). Rus-avstriya koalisiya qoşunları ilə 19 iyun 1799-cu ildə Trebbia döyüşündən sonra fransızlar Romadan geri çəkilməli olurlar. 30 sentyabr, 1799-cu ildə Neapol ordusu kral IV Ferdinandın başçılığı altında Romaya hücum çəkir. Keçmiş respublika tərəfdarları Neapolda olduğu kimi qisasçı təqiblərə məruz qalırlar. Süqut etmiş respublikanın keçmiş konsulu Sezare Ancelioti həbs edilərək, Müqəddəs Mələk qəsrinə atılır. Fransada 9 noyabr, 1799-cu ildə Napoleon hakimiyyəti I konsul kimi ələ keçirir. Koalisiya ilə sülhü ləğv edərək 1800-cı ildə Avstriya üzərinə hücuma keçir. 1800-cü ilin mayında Alp dağlarını keçərək şimali İtaliyaya daxil olur. Marenqo döyüşünün əvvəlində fransızlar geri çəkilməli olurlar. (Bu hadisə I pərdədə Toskanın ifasında Napoleon üzərində qələbə kimi geyd edilir). Günün ikinci yarısı fransızlar yenidən hücuma keçərək döyüşü öz xeyrlərinə bitirmiş olurlar. (məğlubiyyət xəbəri isə Toskanın ifasında II pərdədə geyd edilir.)

Personajlar Səslər
Floriya Toska məşhur müğənni soprano
Mario Kavaradossi, rəssam tenor
Baron Skarpia, Roma polisinin şefi bariton
Sezare Ancelotti, Roma respubikasının keçmiş konsulu bas
Zəngçi (sokristan) bas
Spoleta, polis xəfiyyəsi tenor
Şarrone, digər xəfiyyə bas
Dustaq bas
Çoban alto
Kardinal, hakim, Roberti (cəllad), mirzə, zabit, serjant, əsgər, gözəçilər, polislər, süvarilər, xanımlar, xalq

I Pərdə (it. Sant’Andrea della Valle kilsəsi)

[redaktə | mənbəni redaktə et]

Müqəddəs Mələk qəsrindən qaçaraq siyasi dustaq Ancelotti Sant Andrea della Valle kilsəsində gizlənir. Rəssam Mario Kavaradossi dustaq, keçmiş konsul Ancelottinin dostudur. Mario Kavaradossi həmin kilsədə qurbangahda Mariya Maqdalenanın təsvirini yaratmaqla məşquldur. Kavaradossinin ariyası it. “Recondita armonia” ("Gizli harmoniya") səslənir.

it. “Recondita armonia” (“Gizli harmoniya”)

Bir naməlum qadın model kimi ona xidmət göstərir, eyni zamanda onun ürəyinə yol tapmaq istəsə də, rəssamın könlü sevgilisi, opera divası Floria Toskadadır.

Kavaradossi dostu Ancelottini gizlətmək məqsədi ilə kilsənin qapısını hər ehtimala qarşı bağlı saxlayır. Rəssamın yanına gələn Toska kilsənin qapısını görcək şübhəli şəkildə onu qısqanmağa başlayır. Toska Kavaradossini sədaqətsizlikdə günahlandırır. Kavaradossi vəziyyətdən çıxmağa çalışaraq Toskaya axşam Farneze meydanından çıxışından dərhal sonra görüşməyi təklif edir, lakin qısqanclıqdan doğan şübhələri onu rahat buraxmır. Kavaradossinin çəkdiyi şəklin qrafinya Attavantiyə aid olduğunu zənn edir.

Toska getdikdən sonra, Kavaradossi və Ancelotti sonrakı gizlənmə yeri və qaçış planı haqqda düşünürlər. Bu an onlar Müqəddəs Mələk qəsrindən Ancelottinin qaçışını xəbər verən top atəşləri eşıdilir. Kavaradossi və Ancelotti kilsəni tərk edərək, rəssamın evinə gəlirlər. Zəngçi Marenqo döyüşündə avstriya ordusunun qələbə çalması xəbərini gətirərək kilsəyə daxil olur. Ancelottinin izinə düşmüş polis şefi Baron Skarpia kilsəyə daxil olur. Xəfiyyə Spoletti ilə birlikdə əldə etdiyi dəlillər Skarpiaya Ancelottinin bu kilsədə gizləndildiyini düşünməyə əsas verir. Toskanın düşgünü olan polis şefi Baron Skarpia onda Kavaradossiyə qarşı qısqanclıq və şübhə oyatmaq üçün əşyayi dəlil kimi üzərində Attavanti möhürü olan yelpikdən istifadə edir. Meydana qələbə mərasimi ilə əlaqədar çoxlu insan toplaşmışdır. Napoleon üzərindəki qələbənin şərəfinə Te Deumlat. Te Deum laudamus (Sənə, Tanrı həmd olsun) himni səslənir. Skarpia kilsədə qalaraq, rəqibi Kavaradossiyə qarşı plan hazırlamaqdadır.

II Pərdə (it. Palazzo Farnese)

[redaktə | mənbəni redaktə et]

Palasso Farnezi sarayının qarısında xalq Napoleonun məğlubiyyətini qeyd edir. Polis şefi Skarpianın öz kabinetindədir. Skarpiya jandarm Skiarrona Toskanı dəvət eməyi buyurur. Polis xəfiyyəsi Spoletta Kavaradossinin villasındakı axtarış zamanı Ancelotini tapmadığını, əvəzində isə Kavaradossinin özünü yaxalayıb gətirdiyini məruzə edir. Kavaradossini sorğu-suala tutan Skarpia Ancelottinin yerini öyrənə bilməyəcəyini görüb, ona qonşu otaqda işgəncə verilməsinə göstəriş verir. Məqsəd isə dəvətə gəlmiş Toskanın onun çığırtısını eşitməsidir. Skarpia Toskanı dindirir. O, işgəncələr altında əzab çəkən Kavardossinin çıxırtısını eşitdikdə, nə edəcəyini bilməyərək, Ancelottinin gizlədildiyi yeri, rəssamın evinin bağçasındakı su quyusunu nişan verir. Bu zaman Kavardossinin təzədən Skarpianın kabinetinə gətirirlər. O, artıq anlamışdır ki, Toska hər şeyi açıb danışmışdır. Bu an Napoleonun Marenqo döyüşündə qələbə çalması haqqında xəbər yayılır. Kavardossi bu xəbərə öz sevincini gizlədə bilmir. Lakin Skarpiya onu səhərisi gün sübhdən edam edilməsinə əmr verir. Eyni zamanda o, Toskaya əxlaqsız bir təklif edir. Toska olub bitənlərdən təlaş içindədir. Bu zaman Toskanın it. “Vissi d'arte” ("İncəsənət üçün yaşayaraq") ariyası səslənir.

it. “Vissi d'arte” (“İncəsənət üçün yaşayaraq”)

Sevgilisinin xatirinə özünü qurban verməyə razı olur. Skarpia onu inandırmağa çalışır ki, o, guya Kvaradossinin edamını gözdən pərdə asmaq üçün təşkil etməlidir. Eyni zamanda o, Toska ilə Kvaradossinin Romadan qaçıb getmələri üçün buraxılış vərəqəsinin yazılmasına da sərəncam verir. Lakin onu qucaqlamaq istəyən Skarpiaya Toska xəncərlə zərbə endirir. Tələsik buraxılış vərəqəsini götürərək Toska oradan uzaqlaşır.

Müqəddəs Mələk həbsxanasının meydanı. Kavaradossi Toskaya vida məktubunu yazır. Onu edam üçün həbsxananın damına çıxardırlar. Bu zaman Kavaradossinin it. “E lucevan le stelle” ("Və ulduzlar parıldayırdılar") ariyası səslənir.

it. “E lucevan le stelle” (“Və ulduzlar parıldayırdılar”)

Gözlənilmədən Floria peyda olur. O, Skarpianı öldürdüyünü, edamın isə yalandan olacağını xəbər verir. Floriya və Mario qurtarılacaqlarına əmindirlər. Bu zaman Spolettonun başçılığı altında əsgərlər gəlirlər. Kavaradossi sakit onların qarşısında dayanır. Atəş açılır. Mario yerə yıxılır, əsgərlər çıxıb gedirlər. Ancaq indi Toska anlayır ki, o, yanılmışdır. Skarpia onu aldatmışdır: patronlar həqiqi imiş və Kvaradossi ölmüşdür. Başını itirmiş Toska Skarpianın öldürülməsini öyrənib geri dönən əsgərlərə məhəl qoymadan özünü qəsrin damından yerə atır.

  1. Archivio Storico Ricordi. 1808.
  2. 1 2 Puccini. Tosca / Wiener Staatsoper. — 1993.