Toşiro Mifune
Toşiro Mifune | |
---|---|
yap. 三船 敏郎 | |
Doğum tarixi | |
Doğum yeri | Sindao, ÇXR |
Vəfat tarixi | (77 yaşında) |
Vəfat yeri | Mitaka, Tokio, Yaponiya |
Vəfat səbəbi | bir neçə orqan çatışmazlığı sindromu, mədəaltı vəzin xərçəngi |
Dəfn yeri |
|
Milliyyəti | yapon |
Vətəndaşlığı | Yaponiya |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1948-1995 |
İstiqamət | kino |
Mükafatları | |
IMDb | ID0001536 |
mifuneproductions.co.jp | |
Vikianbarda əlaqəli mediafayllar |
Toşiro Mifune (yap. 三船 敏郎) — Yaponiya aktyoru. Daha çox rejissor Akira Kurosavanın filmlərindəki rolları ilə tanınır.
Həyatı
[redaktə | mənbəni redaktə et]Toşiro Mifune 1 aprel 1920-ci ildə Çin Respublikasının Sindao şəhərində yapon ailəsində anadan olmuşdur. Onun atası Tokudzo Mifune tacir olmaqla yanaşı, bir fotoatelyenin sahibi idi. Toşiro ailəsinin 1925-ci ildə köçdüyü Dalyan şəhərində böyüyür. Gəncliyində Toşiro öz atasının fotoatelyesində işləyirdi. 20 yaşına qədər Çində yaşamasına baxmayaraq, bir yapon vətəndaşı kimi Yaponiya ordusunda xidmətə çağırılmışdı.
1946-cı ildə Mifune ordudan tərxis edilir və o, Tokioya gəlir. O, operator köməkçisi kimi "Toho" kino şirkətində işə girir. Bu zaman baş vermiş tətildən sonra kinostudiyadan böyük aktyor qrupu çıxıb getmişdi. Beləliklə, kinostudiya "yeni sima" axtarışına çıxır[1]. Buraya 4000-dən artıq insan qatılır. Mifune isə rejissor Kadziro Yamamotonun diqqətini cəlb edir. Elə bu müsabiqədə Toşiro Mifune aktrisa Satiko Yosimine ilə tanış olur. Sonradan (1950-ci ildə) bu tanışlıq onların evliliyinə gətirib çıxaracaqdı.
Mifunenin iştirakı ilə çəkilən ilk 2 film 1947-ci ildə ekranlara çıxmışdır. Bu filmlər Kadziro Yamamotonun "Yeni səfehlərin zamanı" və Sengiti Taniqutinin "Gümüşü dağların arxasında" idi.
İkinci filmin çəkilişlərində o, Akira Kurosava ilə tanış olur. 1948-ci ildə Akira Kurosavanın çəkdiyi və Toşiro Mifunenin baş rolda oynadığı "Sərxoş mələk" filmi ekranlara çıxır. Elə bu filmdən sonra Kurosava və Mifunenin çoxillik əməkdaşlığı başladı. Mifuneyə beynəlxalq şöhrət gətirən rol isə 1950-ci ildə "Raşomon" filmində ifa etdiyi quldur Tadzyomaru rolu olmuşdur.
1951-ci ildə Akira Kurosava Fyodor Dostoyevskinin "İdiot" romanını ekranlaşdırır. Burada Mifune tacir Roqojin obrazının yapon variantını ifa edir. "Yeddi samuray" isə həm Kurosavanın, həm də Mifunenin yaradıcılığında olduqca vacib olan filmə çevrilir. Filmdə 7 samurayın kəndi quldurlardan qorumalarından bəhs olunur. Mifune burada yalançı samuray Kikutiyo rolunu canlandırmışdı.
Mifune bir çox başqa rejissorların da filmlərində rol almışdır, lakin gündən-günə uğurları artan Kurosava-Mifune əməkdaşlığı nəticəsində "Qan üstündə hakimiyyət", "Gizli qalada üç əclaf", "Cangüdən" kimi növbəti ekran əsərləri ortaya çıxdı. 1962-ci ildə aktyor "Mifune prodakşn" (Mifune Production) şirkətini yaradır.
Mifunenin Akira Kurosava ilə sonuncu işi "Qırmızı saqqal" (1965) filmində olur. Onların arasında yaranmış ziddiyyət bu gözəl əməkdaşlığa son qoyur[2]. Məsələ burasında idi ki, Toşiro Mifune samuray obrazından yenidən istifadə etmək istəyirdi. Kurosava isə onun bu təklifilə qəti razılaşmırdı.
1960-cı illərin əvvəllərində Mifune fəal surətdə Avropa və Amerika kinosunda çəkilməyə başlayır. Terens Yanqın "Qırmızı günəş" vesternində (1971) o, səfir olan yapon samurayını canlandırmışdı. Bu filmdə onun tərəf-müqabili məşhur aktyor Alen Delon idi. 1979-cu ildə o, Stiven Spilberqin "1941-ci il" satirik komediyasında yapon sualtı qayığının komandiri rolunda çəkilir.
1992-ci ildə Toşiro Mifune ürəyi ilə bağlı ciddi problemlərlə yaşamağa başladı. Bu hadisədən sonra o, bir daha kinoda çəkilmədi. Aktyor Toşiro Mifune 1997-ci ildə vəfat etdi. Onun dəfn mərasimi "Toho", "Mifune Production" və "Kurosawa Production" şirkətləri tərəfindən həyata keçirildi.
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]İl | Azərbaycanca adı | Orijinal adı | Rol |
---|---|---|---|
1947 | Gümüşü dağların arxasında | yap. 銀嶺の果て | Eydzima |
1947 | Yeni səfehlərin zamanı | yap. 新馬鹿時代 前編・後編 | |
1948 | Sərxoş mələk | yap. 酔いどれ天使 | Masunaqa |
1949 | Sakit döyüş | yap. 静かなる決闘 | Ködzi Fudzisaki |
1949 | Kimsəsiz köpək | yap. 野良犬 | detektiv Murakami |
1950 | Qalmaqal | yap. 醜聞 | İtiro Aoe |
1950 | Raşomon | yap. 羅生門 | quldur Tadzomaru |
1951 | Səfeh | yap. 白痴 | Denkiti Akama |
1952 | Araki Mataeon: Açar dükanının yanındakı kəsişmədə duel | yap. 荒木又右衛門 決闘鍵屋の辻 | Araki Mataemon |
1952 | Yelbeyin O-Harunun həyatı | yap. 西鶴一代女 | Kasunosuke |
1952 | Limana gələn kişi | yap. 港へ来た男 | |
1954 | Yeddi samuray | yap. 七人の侍 | Kikutiyo |
1954 | Samuray: Döyüşçünün yolu | yap. 宮本武蔵 | Takedzo |
1954 | Ləpədöyənin səsi | yap. 潮騒 | Utaşima-marunun kapitanı |
1955 | Samuray 2: Məbəd qarşısında duel | yap. 続宮本武蔵 一乗寺の決闘 | Takedzo |
1956 | Samuray 3: Adada döyüş | yap. 宮本武蔵完結編 決闘巌流島 | Takedzo |
1956 | Qadın ürəyi | yap. 妻の心 | |
1957 | Qorxu içində yaşayıram | yap. 生きものの記録 | Kiiti Nakadzima |
1957 | Qan üstündə hakimiyyət | yap. 蜘蛛巣城 | Vasidzu |
1957 | İki aşiq üçün xoşbəxtlik | yap. この二人に幸あれ | |
1957 | Yaqyu qəbiləsinin heyakəti: Nindza sənəti | yap. 柳生武芸帳 | Tasaburo |
1957 | Dərinlikdə | yap. どん底 | Sutekiti |
1957 | Yaqyu qəbiləsinin gizli dəstəsi | yap. 柳生武芸帳 | Tasaburo |
1958 | Muhomasunun həyatı | yap. 無法松の一生 | Masuqoro |
1958 | Gizli qalada üç əclaf | yap. 隠し砦の三悪人 | general Rokurota Makabe |
1959 | Samuray əfsanəsi | yap. 或る剣豪の生涯 | Heyhaçiro Komaki |
1959 | Yaponiyanın doğuluşu | yap. 日本誕生 | Yamato Takeru |
1960 | Sakit okenda qasırğa | yap. ハワイ・ミッドウェイ大海空戦 太平洋の嵐 | Tamon Yamaquçi |
1960 | Pis adamlar yaxşı yatır | yap. 悪い奴ほどよく眠る | Koiti Nisi |
1961 | Osaka qalasının tarixçəsi | yap. 大阪城物語 | Moheyi |
1961 | Cangüdən | yap. 用心棒 | samuray Sandzuro Kuvabatake |
1962 | Vacib şəxs | isp. El hombre importante | Animas Truyano |
1962 | 47 ronin | yap. 忠臣蔵 花の巻 雪の巻 | |
1962 | Cəsur samuray | yap. 椿三十郎 | Subaki Sandzüro |
1963 | Cənnət və cəhənnəm | yap. 天国と地獄 | Kinqo Qondo |
1963 | Quldur samuray | yap. 大盗賊 | |
1963 | Sinbadın itirilmiş dünyası | yap. 大盗賊 | Sukezaymon Naya |
1965 | Qatil samuray | yap. 侍 | |
1965 | Qırmızı saqqal | yap. 赤ひげ | Ködze Niide |
1965 | Kiskadan geri çəkilmə | ing. Retreat from Kiska | Omura |
1966 | Tale qılıncı | yap. 大菩薩峠 | Toranoske Simada |
1966 | Böyük mükafat | ing. Grand Prix | İzo Yamura |
1967 | Samurayların qiyamı | yap. 上意討ち 拝領妻始末 | İsaburo Sasahara |
1967 | Yaponiyanın ən uzun günü | yap. 日本のいちばん長い日 | Koretika Anami |
1968 | Kurabe üzərində günəş | yap. 黒部の太陽 | Kitaqava |
1968 | Sakit okeanda cəhənnəm | ing. Hell in the Pacific | kapitan Suruhiko Kuroda |
1969 | Samuray bayrağı | yap. 風林火山 | Kansuke Yamamoto |
1969 | Qırmızı şir | yap. 赤毛 | Qonzo |
1969 | Şinsenqumi | yap. 新撰組 | İsami Kondo |
1970 | Samurayların döyüşü | yap. 座頭市と用心棒 | cangüdən |
1970 | Ölüm dərəsində pusqu | yap. 待ち伏せ | |
1970 | Hərbçilər | yap. 激動の昭和史 軍閥 | |
1971 | Qırmızı günəş | fr. Soleil rouge it. Sole rosso isp. Sol rojo |
Kuroda Zübey |
1975 | Kağız pələng | ing. Paper Tiger | Kaqoyama |
1976 | Yarı yolda | ing. Midway | admiral İsoroku Yamamoto |
1977 | İnsanın sınağı | yap. 人間の証明 | Qun Yohey |
1978 | Ako qalasının süqutu | yap. 赤穂城断絶 | Suçiya Miçinao |
1979 | 1941-ci il | ing. 1941 | Akiro Mitamura |
1979 | Ölüm gətirən qış | ing. Winter Kills | Akiro Mitamura |
1980 | Söqun | yap. 将軍 ing. Shōgun |
Daymö Yosi Toranaqa |
1981 | Busido qılıncı | ing. The Bushido Blade yap. 武士道ブレード |
Abe Masahiro |
1982 | İnxon | ing. Inchon | Saito-San |
1982 | Çağırış | ing. The Challenge | Yoşida |
1984 | Co Petrelin möcüzəsi | yap. 海燕ジョーの奇跡 | balıqçı |
1987 | Tora-san şimala gedir | yap. 男はつらいよ 知床慕情 | |
1987 | Aydan gəlmiş şahzadə | yap. 竹取物語 | Miyasuko |
1989 | Çay dəstgahında ustadın ölümü | yap. 千利休 本覺坊遺文 | Rikü |
1992 | Canavar kölgəsi | ing. Shadow Of The Wolf fr. Agaguk |
Krumak |
1995 | Fotoqraf gəlin | ing. Picture Bride yap. ピクチャーブライド |
bensi |
1995 | Dərin çay | yap. 深い河 | Sukada |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Биографии знаменитых людей — Тосиро Мифунэ[ölü keçid]
- ↑ "ЛЕГЕНДЫ МИРОВОГО КИНО - Портреты". 2013-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-17.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Генс И. Ю. Тосиро Мифунэ. — М.: Искусство, 1974. — 128 с., 23 л. ил. с. — (Мастера зарубежного киноискусства).
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Toşiro Mifune — IMDb səhifəsi
- Официальный сайт Arxivləşdirilib 2011-08-30 at the Wayback Machine (yap.) (ing.)
- Мацуда Митико. "Мифунэ Тосиро, кинозвезда мирового класса" (rus). nippon.com. 2015-12-30.
- Тосиро Мифунэ на сайте shinema.ru Arxivləşdirilib 2008-09-16 at the Wayback Machine
- 1 apreldə doğulanlar
- 1920-ci ildə doğulanlar
- 77 yaşında vəfat edənlər
- 24 dekabrda vəfat edənlər
- 1997-ci ildə vəfat edənlər
- Yaponiyada dəfn olunanlar
- "İncəsənət və ədəbiyyat" ordeni kavalerləri
- "Bənövşəyi lent" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə film sənətçiləri
- Yaponiya aktyorları
- Çində doğulanlar
- Tokioda vəfat edənlər
- "Müqəddəs xəzinə" ordeni ilə təltif edilənlər
- Yaponiya protestantları