T-80
T-80 | |
---|---|
Tipi | Əsas döyüş tankı |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1976 – davam edir |
İstismara başlanması | 1976 |
İstismar edənlər | İstifadəçilər bölməsinə bax |
İstifadə edilən döyüşlər |
Birinci çeçen müharibəsi İkinci çeçen müharibəsi Donbass müharibəsi |
İstehsal tarixçəsi | |
Konstruktor |
Nikolay Popov, Kirov zavodu (T-80) KMDB (T-80UD) |
Konstruksiya tarixi | 1967–1975 |
İstehsalçı |
Kirov zavodu və Omsktransmaş (Rusiya) Malışev zavodu (Ukrayna) |
İstehsal illəri | 1976–1992 |
İstehsal sayı | 5404 |
Xüsusiyyətləri | |
Ağırlığı |
42.5 ton (T-80B) 46 ton (T-80U) |
Uzunluğu |
9.9 metr (T-80B) 9.6 metr (T-80U) |
Eni |
3.4 m (T-80B) 3.6 metr (T-80U) |
Hündürlüyü | 2.2 metr |
Ekipaj | 3 |
Vikianbarda əlaqəli mediafayllar |
T-80 Sovet istehsalı, üçüncü nəsil əsas döyüş tankıdır. Bu tankın daha da inkişaf etdirilmiş variantı sayılan T-84 hazırda Ukraynada istehsal olunur. T-80 və onun müxtəlif variantları hal-hazırda Belarus, Kipr, Misir, Qazaxıstan, Pakistan, Rusiya, Cənubi Koreya və Ukrayna silahlı qüvvələrinin silahlanmasına daxildir. T-80-nin baş konstruktoru rusiyalı mühəndis Nikolay Popovdur.[1]
İstehsal tarixçəsi
[redaktə | mənbəni redaktə et]Əvvəllər bir çox Qərb analitikləri T-80 və T-72 tanklarını bir-birindən fərqləndirə bilmirdi. Lakin, həmin tanklar müxtəlif dizayn büroları tərəfindən istehsal olunurdu. T-80 tankı Leninqradda yerləşən Kirov zavodunun SKB-2 dizayn bürosu tərəfindən istehsal olunduğu halda, T-72 tankları Nijni Tagil şəhərində yerləşən Uralvaqonzavod tərəfindən istehsal olunurdu. Xarici görünüşləri oxşar olan bu tanklardan T-80 tankı T-64 tankının əsasında dizayn olunmuşdu. Onu da qeyd etmək lazımdır ki, T-64 tankları öz dövrünün yüksək texnologiyaları ilə təchiz olunmuşdu və daha köhnə T-54, T-55, həmçinin T-62-ləri əvəz etmək məqsədilə silahlanmaya qəbul olunurdu.
Bir sıra oxşarlıqlara baxmayaraq, T-80 və T-72 mexaniki cəhətdən bir-birindən fərqlənir. T-72 mexaniki cəhətdən sadə, asan istehsal olunan və rahatlıqla texniki qulluq göstərilən tank hesab olunur. Məhz bu cür xüsusiyyətlərinə görə də T-72 tankları hələ Sovet İttifaqı zamanında ordunun motoatıcı hərbi hissələrini təmin etmək və xarici ölkələrə ixrac edilməsi məqsədilə genişmiqyaslı istehsala cəlb olunmuşdur.
T-80 isə T-64-ün ilkin istehsal olunmuş variantlarından fərqli olaraq qaz turbin mühərriki (bəzi Qərb analitikləri uzun illər boyunca bunu təkzib edirdi) və T-72-nin əyləc komponentləri ilə təchiz olunmuşdu. Nəticədə, tankın güc-çəki nisbəti yüksəlmiş və T-80-ni silahlanmada olan ən mobil tank halına gətirmişdi. Buna baxmayaraq, tankın kəskin məsafə problemləri mövcud idi. T-80 tankları 9K112 “Kobra” tank əleyhinə idarəolunan mərmilərindən də atəş açmaq imkanına sahibdir.
İstifadəçilər
[redaktə | mənbəni redaktə et]Sovet İttifaqının mövcud olduğu dövrdə T-80 heç bir xarici ölkəyə ixrac olunmamışdır. Sovet İttifaqının dağılmasından sonra bu tanklar Rusiya tərəfindən bir neçə xarici dövlətə ixrac olunmuşdur.
Cari istifadəçilər
[redaktə | mənbəni redaktə et]- Anqola
- Kipr: 1996-cı ildə Rusiyadan 27 ədəd T80U və 14 ədəd T-80UK satın alınıb. 2010-cu ildə əlavə olaraq 27 ədəd T-80U və 14 ədəd T-80UK idxal olunub.
- Misir: 1997-ci ildə 14 ədəd T-80UK və 20 ədəd T-80U satın alınıb.[2]
- Qazaxıstan: Karaqanda şəhərində yerləşən hərbi məktəbdə təlim məqsədilə istifadə etmək üçün satın alınıb.
- Pakistan: 320 ədəd T-80UD tankı Ukraynadan idxal olunub.[3][4]
- ÇXR: 50 ədəd T80U idxal edilib. Döyüş birliklərində istifadə olunmur. Type-96 tankının istehsalı zamanı tədqiqat məqsədilə istifadə edilib.[5][6]
- Rusiya: 450 ədəd T-80BV və T-80U aktiv xidmətdədir. 3000 ədəd T-80B, T-80BV, T-80U ehtiyatda saxlanılır.
- Cənubi Koreya: 1990-cı illərdə Rusiyadan T-80U tankları satın alınsa da, hazırda tankların texniki xidmətinin olduqca baha olması səbəbilə T-80-lər ehtiyatda saxlanılır.[7][8]
- Ukrayna: 22 ədəd T-80BV aktiv xidmətdədir. 143 ədəd T-80B, T-80BV və T-80UD ehtiyatda saxlanılır.[9]
- Yəmən: Belarusdan 66 ədəd T-80 idxal edilib.[10]
T-80 tankı. 1976-cı ildə Omsk Tranmash firması tərəfindən istehsal olunan tank. Bu tanklar T-72-lərin əvəzinə istehsal olunmuşdur. Ancaq T-80-ların sınaqları uğurlu keçmədiyindən 1994-cü ildə istehsalı dayanmışıdır. Buna baxmayaraq T-80 tankları dağlıq ərazilərdə çox effektiv tankdır. Dünyadakı istifadəçiləri:
Azərbaycan x 44 (1994-cü ildə Ukraynadan 20 ədəd T-80B, 2008-ci ildə isə Belarusdan 22 ədəd T-80BV tankı alınmışdır)
Ermənistan x 15 (Rusiya tərəfindən verilib)
Belarusiya x 125
Kipr x 27
Misir x 37
İraq x 67 (2012-ci ildə Rusiyadan alınıb)
Qazaxıstan x 40
Cənubi Koreya x 35
Pakistan x 460
Çin x 321
Rusiya x 3.500
Ukrayna x 456
Yəmən x 32
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Умер создатель "летающего танка"". Lenta.ru. 6 fevral 2008. 2016-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2018.
- ↑ "Procurement: 2002". Strategypage.com. 2013-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2018.
- ↑ "T-80UD". www.deagel.com. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-22.
- ↑ "T-80UD" Arxivləşdirilib 2008-08-01 at the Wayback Machine Global Security
- ↑ "JED The Military Equipment Directory". 14 dekabr 2007 tarixində arxivləşdirilib.
- ↑ John Pike. "Global Security T-80". 2014-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2018.
- ↑ John Pike. "ROK Army Equipment- South Korea". 2014-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2018.
- ↑ "Archived copy". 18 oktyabr 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2018.
- ↑ John Pike. "Global Security.org: Ukraine". 2017-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2018.
- ↑ "Конфликт в Йемене стал третьей войной для "летающего танка" Т-80БВ". 20 dekabr 2017. 2017-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-22.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Минобороны возвращает в строй «реактивные» танки (rus.)
- T-80BV Walkaround (ing.)
- Список модификаций танка Т-80 (rus.)
- Main Battle Tank T-80U (ing.)