Roketsan
Roketsan | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | Anonim şirkət[d] |
Sənaye |
Müdafiə Texnologiya |
Məhsulu | |
Təsis tarixi | 14 İyun 1988-ci il |
Baş qərargahın yeri | |
İqtisadi göstəriciləri | |
Ümumi gəliri | ▲ 2.5 milyard TL[1] (2019) |
Struktur | |
İşçi sayı | 3000 |
www.roketsan.com.tr | |
Vikianbarda əlaqəli mediafayllar |
Roketsan müxtəlif təyinatlı raket tədqiqatı və istehsalına öndərlik etmək məqsədilə Müdafiə Sənayesi İcraiyyə Komitəsi tərəfindən 1988-ci ildə yaradılmış müdafiə sənayesi şirkətidir. Hal-hazırda Türkiyənin əsas raket istehsalı ilə məşğul olan şirkətdir. Ən yaxşı müdafiə sənayesi şirkətləri siyahısında 2018-ci ildə 96-cı yrdə qərarlaşıb. 2019-cu ildə isə daha da yuxarı pilləyə yüksəlmiş və 89-cu yerdə qərarlaşmışdır.
Roketsan-ın hazırkı səhmdarları arasında Türkiyə Silahlı Qüvvələri Vəqfi (55,5%), ASELSAN (15%), Maşınqayırma və Kimya Sənayesi Müəssisəsi (15%), Vakıflar Bankası (10%), HAVELSAN (4,5%) var. Roketsan ən çox idarə olunan və idarə olunmayan raketləri, həmçinin Bora, Atmaca, Cirit, UMTAS və OMTAS kimi idarə olunan raketləri ilə tanınır. Şirkət həmçinin FIM-92 Stinger, Rapier və RIM-162 ESSM raketləri üçün alt sistemlər istehsal edir və digər inteqrasiya olunmuş mülki və hərbi platformalar üçün texnologiya və mühəndislik həlləri təqdim edir.
Məhsullar
[redaktə | mənbəni redaktə et]- Atmaca gəmi əleyhinə raket
- J-600T ballistik raket
- T-122 Sakarya reaktiv yaylım atəş sistemi
- T-300 Qasırğa reaktiv yaylım atəş sistemi
- FIM-92 Stinger
- Bora (raket)
- SOM raketi
- Cirit tank əleyhinə idarəolunan raket
- OMTAS tank əleyhinə idarəolunan raket
- UMTAS tank əleyhinə idarəolunan raket
- Hisar-A hava hücumundan müdafiə raketi
- Hisar hava hücumundan müdafiə raketi
- Hisar-U hava hücumundan müdafiə raketi
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2014-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-19.