SOM (raket)
SOM qanadlı raketi | |
---|---|
| |
Tipi |
Qanadlı raket Gəmi əleyhinə raket |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 2012 – davam edir |
İstismara başlanması | 2012 |
İstismar edənlər | Türkiyə |
İstifadə edilən döyüşlər | Suriya vətəndaş müharibəsi |
İstehsal tarixçəsi | |
Konstruktor | TÜBİTAK-SAGE |
İstehsalçı | Roketsan |
Xüsusiyyətləri | |
Ağırlığı | 600 kq |
Sürət | 623 knot (0.94 max) |
Uzunluğu | 3657 mm[1] |
Vikianbarda əlaqəli mediafayllar |
SOM qanadlı raketi (türk. Satha Atılan Orta Menzilli Mühimmat) — Türkiyənin Müdafiə sahəsində Tədqiqat və İnkişaf Mərkəzi olan TÜBİTAK-SAGE tərəfindən dizayn olunmuş, quru, dəniz və hava platformalarından atıla bilən yüksək dəqiqlikli, yeni nəsil qanadlı raket.[2] İlk dəfə 4 iyun 2011-ci il tarixində İzmir şəhərində yerləşən Çiğli aviabazasında Türkiyə Hərbi Hava Qüvvələrinin 100-cü quruluş ildönümü münasibətilə təşkil olunan tədbirdə nümayiş etdirilib. 2006-cı ildən etibarən konstruksiya işləri davam etdirilən SOM qanadlı raketi 180 km-dən artıq məsafədə həm hərəkətdə olan, həm də stasionar hədəfləri məhv etmək üçün nəzərdə tutulub.[3][4] Raketin dizaynı hələ də TÜBİTAK-SAGE-yə məxsus olsa da, onun istehsalı və xarici dövlətlərə satışı məsələləri Roketsan şirkətinə həvalə olunmuşdur. Səsaltı sürətə sahib, uzun mənzilli SOM raket ailəsinin SOM-A, SOM-B1, SOM-B2, SOM-J kimi konfiqurasiyaları mövcuddur.
İnkişafı
[redaktə | mənbəni redaktə et]Sınaqları
[redaktə | mənbəni redaktə et]İlk sınaq uçuşu 9 avqust 2011-ci il tarixində Qara dəniz üzərində həyata keçirilmişdir. Sınaq zamanı 180 km-dən artıq məsafəni GPS/İNS idarəetməsi ilə qət edən raket öz hədəfini yüksək dəqiqliklə məhv etməyi bacarmışdır. Raketin dizayn aspektlərini müəyyənləşdirmək məqsədilə təqribən 30 test uçuşunun həyata keçirilməsi planlaşdırılmışdı. Sınaqlar tamamlandıqdan sonra raketlərin ilk partiyası 2011-ci ilin sonlarına qədər Türkiyə Hərbi Hava Qüvvələrinə çatdırıldı.[5][6]
2019-cu ildə bu raketin beton bunkerlərin dağıdılması üçün hazırlanan SOM-B2 versiyası uğurla sınaqdan keçirilib. SOM B2 modeli düşmənin sığınacaqlarına qarşı xüsusi döyüş başlığı ilə təchiz olunub. SOM-B1 raketindən fərqli olaraq SOM B2 modeli iki dəlici döyüş başlığından ibarətdir. Raket hədəfə yönəlmədə GPS və inersial naviqasiya sistemindən istifadə edir. SOM-B2 komfiqurasiyasının ağırlığı 650 kq, atış uzaqlığı 250 km-dən çox, döyüş başlığını ağırlığı 230 kq təşkil edir.[7]
Məsafəsi
[redaktə | mənbəni redaktə et]SOM raketi barəsində açıqlanan ilkin məlumatlarda onun atəş məsafəsinin 180 km-dən artıq olduğu bildirilsə də, 28 dekabr 2011-ci il tarixində təşkil olunan Elm və Yüksək Texnologiyalar Şurasının plenar iclasında Rəcəb Tayyib Ərdoğanın gözlənilmədən raketin atəş məsafəsinin 2500 km-ə çatdırılması ilə bağlı tapşırıq verməsindən sonra yerli mediada raketin həqiqi məsafəsi barədə müzakirələr başlandı.[8] Bu hadisədən qısa müddət sonra TÜBİTAK-ın başçısı Yücel Altınbaşak isə iki il ərzində raketin maksimal atəş məsafəsinin 2500 km-ə çatdırılmasının planlaşdırıldığını açıqlamışdır. O, mediaya müsahibə verərkən SOM raketinin cari sınaq uçuşları zamanı 300 km məsafədə yerləşən hədəfi 5 m dəqiqliklə məhv etdiyini bildirmiş və 2014-cü ilə qədər raketin maksimal atəş məsafəsinin 2500 km-ə çatdırılacağını açıqlamışdır.[9][10]
İstifadəçiləri
[redaktə | mənbəni redaktə et]- Türkiyə: SOM qanadlı raketləri hazırda Türkiyə Hərbi Hava Qüvvələrinin silahlanmasında olan F-16 (CCIP və Blok 50 variantları) və F-4E 2020 döyüş təyyarələrinə inteqrasiya olunmuşdur.[1] 2018-ci ildən etibarən Türkiyəyə təhvil verilən F-35 döyüş təyyarələrinin də SOM qanadlı raketləri ilə təchiz olunacağı gözlənilir.[11][12]
- Azərbaycan: Azərbaycan Hərbi Hava Qüvvələri (HHQ) Türkiyənin ROKETSAN şirkətindən SOM qanadlı raketləri alıb. HHQ-nin silahlanmasında yer alan SOM raketi ilk dəfə Azərbaycan Ordusunun 100 illik yubiley paradında nümayiş etdirilib. Azərbaycan SOM-B1 modifikasiyasını əldə edib.[13]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Pocock, Chris. "Turkey's Own Cruise Missile Makes First Flight". Aviation International News online. 2011-09-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 iyun 2018.
- ↑ "Turkey finalizes 200 km range missile tests – BUSINESS". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyun 2018.
- ↑ "TÜBITAK-SAGE Press Release" (PDF). www.sage.tubitak.gov.tr. 2013-03-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 25 iyun 2018.
- ↑ "Turkey reveals stand-off missile bunker buster". 2014-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-25.
- ↑ Uğur Cebeci, Tolga Özbek (DHA) Yerli seyir füzesi, 180 kilometreden hedefini vuracak Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine. Hurriyet.
- ↑ Turkey’s Stand-Off Missile is revealed Arxivləşdirilib 2013-04-11 at Archive.today. Janes's DSEi2011 Exhibition News
- ↑ Türkiyə beton bunkerləri dağıdan raketi sınaqdan keçirdi [ölü keçid]
- ↑ Bülent Aydemir, Türk füzesi: Hedef menzil 2500 km Arxivləşdirilib 2022-04-08 at the Wayback Machine. HT Gazete.
- ↑ Ahmet Dirican, TUBITAK 2014 hedefi Arxivləşdirilib 2014-08-05 at the Wayback Machine. HT Gazete.
- ↑ Ümit Enginsoy, Turkey aims to increase ballistic missile ranges Arxivləşdirilib 2012-02-05 at the Wayback Machine. Hürriyet Daily News
- ↑ "Lockheed Martin Teams with Roketsan of Turkey on New Standoff Missile for the F-35". 2014-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyun 2018.
- ↑ "Lockheed Martin announces Roketsan teaming on new F-35 standoff missile". 2014-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyun 2018.
- ↑ "Azərbaycan Türkiyədən SOM raketləri alıb – FOTO". 2018-06-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-25.