35°00′ şm. e. 34°01′ ş. u.HGYO

Qreko burnu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qreko burnu
Ümumi məlumatlar
Sahəsi
  • 385 km²
Yerləşməsi
35°00′ şm. e. 34°01′ ş. u.HGYO
Akvatoriya Aralıq dənizi
Ölkə  Kipr
Qreko burnu xəritədə
Qreko burnu
Qreko burnu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qreko, Kapo Qreko, Kavo-Qreko (yun. Κάβο Γκρέκο, it. Capo Greco «yunan burnu») — Kipr adasının cənub-şərqində yerləşən burun. Famaqusta körfəzinin cənub, Ayiya Nap buxtasının şərq nöqtəsini təşkil edir.

Qreko burnu Kiprin ən ucqar şərq nöqtəsidir. Halbuki, Kipr adasının ən ucqar nöqtəsi Zəfər burnudur. Zəfər bunu isə Şimali Kipr Türk Respublikasının ərazisinə daxildir. Burun ensiz bərzəxlə adaya birləşir. Burunla ada arasında nisbətən iri körfəz vardır. Körfəz bərzəxin cənub-qərbindədir. Onun şimal-şərqində isə Mavi laqun yerləşir.

Ayi-Anariri monastrı

Burun məşhur turizm zonaları olan Ayoiya-Napa və Protaras arasında yerləşir. İnzibati cəhətdən Ayoiya-Napaya daxildir. Burun daşlıq ərazini əhatə edir. Burada dayvinq, snorklink və su altı ov həvəskarlarını özünə cəlb edir. Əfsanəyə görə Qreko burnu sularında Ayya-Nap adlı bədheybəd yaşayır. Dəniz üzərindən köçən quşlar adətən burunda dincəlirlər. Burunun ucqar şərq hissəsində mayak yerləşir. Burun Yunan Kiprinin Yaxın Şərq regionuna ən yaxın nöqtəsidir. Beyrutla arasında məsafə 177 km-dir. Sahillərini Aralıq dənizinin bir hissəsi olan Livan dənizi ilə yuyulur.

Radiolakasiya stansiyası

[redaktə | mənbəni redaktə et]

Qreko burnunun şərq hissəsi turistlər üçün qapalıdır. Bu əsasən Souqla yarımadasının ərazisidir. Belə ki, bura Kipr adasında Britaniyaya məxsus olan dörd anklavdan biridir (Olimbos dağı, Akrotiri və Dekeliya). Bura bir Britaniya hərbi bazasıdır və burada radiolakasiya yerləşir. Hərbi radardan başqa Yaxın Şərqdə yayımlanan «Monte Marlo» radiosunun stansiyasına sahibdir[1] (Trans World Radio).

Ayoiya-Napa əzasində, «Kavo Qreko» meşə parkı yerləşir. Park 384,9 ha ərazini əhatə edir. Onun ərazisində nadir bitki növləri vardır. Burad təkcə səhləbkimiləırə aid 39 növ yayılmışdır. Burad Vaxtsızçiçək, Zəfəran və Süsən bitkiləri yayılmışdır. Avropa ittifaqının Narura 2000 proqramına daxil edilmişdir[2].

Parkın inkişaf planına əsasən burada idman meydançası hazırlanmış, piknik əraziləri təşkil edilmişdir. Dayvinq, üzgüçülük, paraselinq (paraşutla uçuş katerlə üzmək), balıq ovu, velosiped, alpinizm, piyada və atla gəzinti kimi sahələr təşkil olunmuşdur. Burunda Afrodita məbədi yerləşir. Burun sıldırımlı sahilləri və şəffaf suları seçilir.

Parkın ən görməli yerləri siyahısında «Sevgililər körpüsü» və ya «qarğa arkası» (yun. «Γέφυρα Ερωτευμένων» ή «Καμάρα του Κόρακα») və Ayoiya-Anar məbədi ön yerdədir

  1. "Радиостанция «Голос Америки» будет вещать с Кипра. «РИА Новости»". İstifadə tarixi: 2010-07-26.
  2. "Θαλασσινές Σπηλιές - Άγιοι Ανάργυροι (Γραμμικό) - Επαρχία Αμμοχώστου, Εθνικό Δασικό Πάρκο Κάβο Γκρέκο Μονοπάτι της Φύσης" (yunan). Κυπριακός Οργανισμός Τουρισμού. 2018-04-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-06.