Qasım Süleymani

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sərdar Qasım Süleymani
fars. قاسم سلیمانی‎
Şəxsi məlumatlar
Ləqəbləri Hacı Qasım (İranda və Şərq ölkələrində)[1]
Kölgə Komandir (Qərb ölkələrində)
Doğum tarixi 11 mart 1957(1957-03-11)[2][3]
Doğum yeri
Vəfat tarixi 3 yanvar 2020(2020-01-03)[4][5][…] (62 yaşında)
Vəfat səbəbi dron hücumu[13]
Dəfn yeri
  • Kirman Şəhidlər xiyabanı[d]
Dəfn tarixi 7 yanvar 2020
Vətəndaşlığı
Uşağı 6
Hərbi fəaliyyəti
Mənsubiyyəti İran
Qoşun növü İslam İnqilabı Keşikçiləri Korpusu
Xidmət illəri 1979 - 2020
Rütbəsi Sərləşgər
Komandanlıq edib
Vəzifəsi Qüds qüvvələrinin komandiri
Döyüşlər
Döyüşlərə bax
Kürd Üsyanı (1979)

İran-İraq müharibəsi (1980–1988)[6]


İran Kürd Demokratik Partiyası üsyanı (1989–96)


Cənubi Livan münaqişəsi (1985–2000)


Əfqanıstan müharibəsi[8]


İraq müharibəsi


İran–İsrail konflikti


Suriyada vətəndaş müharibəsi


2014–2017 İraq vətəndaş müharibəsi

Təltifləri Respublika Qəhrəmanı (Suriya) "Fəth" ordeni "Zülfüqar" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qasım Süleymani (fars. قاسم سلیمانی‎‎; 11 mart 1957[2][3], Qənati-Məlik, Kirman ostanı, Pəhləvilər İranı[d]3 yanvar 2020[4][5][…]) — İranın İslam İnqilabı Keşikçiləri Korpusunun General-mayoru. 1998–2020-ci illər aralığında ölkə xaricində keçirilən gizli hərbi əməliyyatlar icra edən xüsusi hərbi birləşmə olan Qüds qüvvələrinin komandiri olub. Hərbi karyerasına 1980-ci illərdə İran-İraq müharibəsinin başlanğıcında 41-ci Tarallah divizionunun (bəzən Sarallah da deyilir) komandiri olaraq başlamışdır. İraqda Səddam əleyhdarı olan şiə və kürd qruplaşmalarına, daha sonra Livanda təşkilatlanan Hizbullah və Fələstinli hərbiləşdirilmiş təşkilat Həmasa hərbi dəstək verən əməliyyatlarda iştirak edib. 2012-ci ildə Suriyada vətəndaş müharibəsi əsnasında İranın müttəfiqi kimi Suriya hökumətini dəstəklədi. Süleymani 2014–15-ci illərdə İŞİD-ə qarşı vuruşan birləşmiş İraq hökuməti və yerli Şiə qüvvələrinə (Həşdi Şabi qruplaşması) dəstək verdi. Onun üsulları ittifaqa və hərbi-strateji diplomatiyaya hərbi və maliyyə yardımının birləşməsinə gətirib çıxarıb.

Qasım Süleymani 1957-ci ilin 11 mart tarixində Kirman ostanının Rabor şəhristanında yerləşən Qənati-Məlik kəndində anadan olub.[14][15][16][17] Məktəbi bitirdikdən sonra Kirman şəhərinə köçmüş və atasının borcunu ödəmək üçün tikinti işçisi olmuşdu.[15][17] 1975-ci ildə Kirman Su İdarəsində podratçı olaraq işə başlamışdı.[15][18][19] Boş vaxtlarında yerli idman salonlarında ağırlıqlıq qaldırma ilə məşğul olurdu, Ayətullah Xomeyninin səyahət edən ardıcıllarından olan Höccət Kamyab adlı təbliğatçısının xütbələrinə qatılırdı.[20][21]

İranda 1979-cu ildə Şahənşahın devrilməsi və Ayətullah Xomeyni öndərliyində şiəliyin dövlət səviyyəsinə qaldırılaraq islam respublikası yaradılması ilə nəticələnən İran İslam İnqilabından sonra Süleymani İslam İnqilabı Keşikçiləri Korpusuna qatıldı. Hərbi təhsilinin olmamasına baxmayaraq orduda tez bir zamanda yüksəlməyi bacardı. Karyerasının başlanğıcında o, keşikçi vəzifəsində İranın şimal-qərbinə göndərilib və Qərbi Azərbaycan ostanında kürd separatçı üsyanının yatırılmasında iştirak edib.

22 sentyabr 1980-ci ildə Səddam Hüseyn İranı işğal etmək istəyi ilə İran-İraq müharibəsi (1980–1988)-nə başladığı vaxt Qasım Süleymani öz komandanlığı altında tərkibi Kirmanlı əsgərlərdən ibarət hərbi qrup yaradaraq onlara şəxsən təlim keçərək müharibəyə qatıldı. Hələ 30 yaşı tamam olmamasına baxmayaraq böyük hərbi əməliyyatlara qatılaraq, İraqın işğal etdiyi torpaqları geri qaytarmaqda müvəffəqiyyətli əməliyyatlardakı rolundan ötəri tezliklə ordu sıralarında yüksəlməyə və cəsarəti ilə şöhrətini artırmağa nail oldu. Bu uğurlu yüksəlişin sonunda 20li yaşlarında gənc olmasına baxmayaraq 41-ci Sarallah divizionunun komandiri təyin edildi. Əsasən cənub cəbhəsində döyüşən Süleymani 1981-ci ildə keçirilən Tariq-əl-Qüds əməliyyatında ağır yaralandı.

2020-ci il yanvarın 3-nə keçən gecə ABŞ pilotsuz təyyarəsindən endirilən dəqiq raket zərbələri nəticəsində general Qasım Süleymani öldürülüb. Əməliyyat Bağdad aeroportu rayonunda ABŞ Xüsusi Əməliyyatlar üzrə Birləşmiş Komandanlığı USSOCOM tərəfindən həyata keçirilib. Əməliyyatda pilotsuz təyyarələrdən istifadə olunub və general Süleymaninin də olduğu avtomobil kalonuna raket zərbələri endirilib. Nəticədə Qasım Süleymani ilə yanaşı daha doqquz nəfər, o cümlədən İraqdakı "Həşdi Şabi" şiə qruplaşmasının lideri Əbu Mehdi əl-Mühəndisi də həlak olub. Qasım Süleymani və əl-Mühəndis təyyarə ilə Suriyadan Bağdada gəliblər. Daha sonra onları aparan avtomobil korteji aerportu tərk edib, amma çox keçmədən aeroport ərazisində onları Amerika raketləri haqlayıb. Raketlərdən biri düz general Süleymaninin olduğu avtomobilə dəyib, nəticədə avtomobil darmadağın olub, ətrafda da dağıntılar yaranıb.

Pentaqonun məlumatında deyilir ki, Süleymani İraqdakı Amerika diplomatlarına və hərbçilərinə qarşı hücumlar hazırlayırdı, ümumiyyətlə o, bütün Yaxın Şərq regionunda Birləşmiş Ştatların maraqlarını hədəf alan hücumlara rəhbərlik edib. 2018-ci ildə rəsmi Vaşinqton İnqilab Keşikçiləri Korpusunu terrorçu təşkilat kimi tanımışdı.[22]

  1. http://en.abna24.com/cultural/archive/2015/03/10/675792/story.html | title = Qassem Suleimani not Just a Commander! – Taking a Closer Look at Religious Character of Iranian General | date = 10 March 2015 | publisher = | accessdate = 14 July 2016 | arşivurl = http://web.archive.org/web/20160114204852/http://en.abna24.com:80/cultural/archive/2015/03/10/675792/story.html | arşivtarihi = 14 Ocak 2016 }}
  2. 1 2 Arrêté du 23 juillet 2014 portant application des articles L. 562-2 et suivants du code monétaire et financier - ANNEXE IILISTE DES PERSONNES PHYSIQUES FAISANT L'OBJET D'UN GEL DES AVOIRS. Légifrance.
  3. 1 2 The Fine Art Archive. 2003.
  4. 1 2 Qasem Soleimani: US kills top Iranian general in Baghdad air strike. BBC News Online.
  5. 1 2 Les Etats-Unis tuent le puissant général iranien Ghassem Soleimani dans une frappe en Irak. Le Monde.
  6. "لشکر 41 ثارالله (ع) | دفاع‌مقدس". defamoghaddas.ir. 9 February 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 August 2016.
  7. "عملیاتی که در آن سردار سلیمانی شدیداً مجروح شد". yjc.ir. 5 September 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 August 2016.
  8. "El iraní Qasem Soleimani, "el hombre más poderoso en Irak"". Terra. 2014-10-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-04-07.
  9. "Pictures reportedly place Iranian general in Daraa". 12 February 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 March 2015.
  10. "Iran's Revolutionary Guards executes 12 Assad's forces elements". Iraqi News. 29 March 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 March 2015.
  11. Hermann, Rainer. "Die Völkerschlacht von Aleppo". Frankfurter Allgemeine Zeitung (German). 15 October 2016. 15 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2016.
  12. Amir Toumaj. "Qassem Soleimani reportedly spotted in Syria's Hama province". Long War Journal. 2 April 2017. 3 April 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 April 2017.
  13. U.S. Strike in Iraq Kills Qassim Suleimani, Commander of Iranian Forces (ing.). The New York Times, 2020.
  14. "Iran Guards Intelligence Chief Says Plot To Kill Soleimani Neutralized". Radio Farda. 3 October 2019. 3 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 January 2020.
  15. 1 2 3 Jamie Dettmer, Iran's Shadowy Military Commander May Prove Tough Foe in Death Arxivləşdirilib 2020-03-02 at the Wayback Machine, 3 January 2020, VOA
  16. General Qassim Soleimani, charismatic leader of Iran's elite Quds Force who wrong-footed the West to become a key power broker in the Middle East Arxivləşdirilib 2020-01-05 at the Wayback Machine – obituary , January 3, 2020, The Daily Telegraph
  17. 1 2 Najmeh Bozorgmehr, Qassem Soleimani, Iranian military commander, 1957–2020 Arxivləşdirilib 2020-02-12 at the Wayback Machine, 3 January 2020, Financial Times
  18. O'Hern, Steven. Iran's Revolutionary Guard: The Threat That Grows While America Sleeps (ingilis). Potomac Books, Inc. 31 October 2012. 85. ISBN 978-1-59797-701-2. 3 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 January 2020.
  19. Alfoneh, Ali. "Brigadier General Qassem Suleimani: A Biography" (PDF). Middle Eastern Outlook. 1. January 2011: 2 of 7. 25 September 2019 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 February 2013.
  20. Filkins, Dexter. "The Shadow Commander". The New Yorker. 30 September 2013. 28 June 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 February 2014.
  21. Safi, Michael. "Who is Qassem Suleimani? Iran farm boy who became more powerful than a president". The Guardian (ingilis). 2020-01-03. ISSN 0261-3077. 2020-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-06.
  22. "ABŞ əfsanəvi İran generalı Qasım Süleymanini öldürdü". 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-03.