Pyer Dühem

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Pyer Dühem
fr. Pierre Duhem
Doğum tarixi 10 iyun 1861(1861-06-10)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 14 sentyabr 1916(1916-09-14)[3][2][…] (55 yaşında)
Elm sahələri elmin fəlsəfəsi, epistemologiya
İş yerləri
Təhsili
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pyer Dühem (fr. Pierre Maurice Marie Duhem; 10 iyun 1861[1][2][…], II arondisman14 sentyabr 1916[3][2][…]) — fransız fizik, riyaziyyatçı, filosofelm tarixçisi. Paris Elmlər Akademiyasının üzvü (1913).[4][5]

10 iyun 1861-ci ildə Parisdə Flamandəsilli ailədə anadan olmuşdur. Orta təhsilini Stanislaus Kollecində, ali təhsilini 1882–1885-ci illlərdə Paris Ali Normal Məktəbində almışdır. Burada fizikanı öyrənmişdir.

1885-ci ildə onun termodinamik potensialanı dair elmi işi Marselen Bertlonun nəzəriyyəsini tənqid etdiyi üçün münsiflər heyəti tərəfindən rədd edilir. Buna görə də o, bütün həyatı boyu akademik və ideoloji rəqibi olan Marselin Berteloya qarşı çıxıb.[6] Buna baxmayaraq Dühem ikinci elmi işi üzərində işləyir, bu dəfə riyazi bir mövzu seçir. Maqnetizmlə bağlı bu riyazi iş 1888-ci ildə qəbul edilir.[4]

O, 1887–1891-ci illərdə Lill Universitetinin təbiət elmləri fakültəsində fizikadan dərs deyib. 1893-cü ildə Ren Universitetində dərs demişdir. 1894-cü ildə Bordo Universitetində nəzəri fizika kafedrasına başçılıq edib.

Birinci Dünya müharibəsi illərində o, "intellektual döyüşlər"də iştirak edib. "Alman elmi" (1915) əsərində o, "alman elmi" hesab edilən şeyə qarşı çıxaraq "fransız elmi"ni müdafiə edib.[7]

Dühem elmin tarixində təbiət elminin ümumi inkişafı prosesində orta əsrlərin rolunu müsbət qiymətləndirmiş, elmin tarixinin onun metodologiyasında əhəmiyyətini ilk dəfə dərk edənlərdən olmuşdur.[4][5]

  • Les origines de la statique, v. 1–2. P., 1905–06;
  • Etudes sur Léonardo de Vinci, v. 1–3. P., 1906–13;
  • Essai sur la notion de théorie physique de Platon à Galilée. P., 1908;
  • Le système du monde, v. 1–10. P., 1913–59.
  1. 1 2 Marcolongo R., Volpe G. D., autori vari DUHEM, Pierre-Maurice // Enciclopedia Treccani (it.). Istituto dell'Enciclopedia Italiana, 1932.
  2. 1 2 3 4 5 6 7 8 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
  3. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  4. 1 2 3 "Pierre Duhem". Stanford Encyclopedia of Philosophy (ingilis). 2007-07-13. İstifadə tarixi: 2024-10-22.
  5. 1 2 Черняк, В.С. "ДЮЭМ, Дюгем (Duhem) Пье". Новая философская энциклопедия (rus). 2010. İstifadə tarixi: 2024-10-22.
  6. "La théorie Physique, son objet-sa structure par Pierre Duhem" (PDF) (fransız). 2013: 1–86.
  7. Anne Rasmussen. "La « science française » dans la guerre des manifestes, 1914-1918". Mots. Les langages du politique (fransız) (76). 2004: 9–23.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]