Purus çayı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Purus çayı
port. Rio Purus
Ölkələr
Uzunluğu
  • 2.960 km
Su sərfi 8,4 m³/s
Hövzəsinin sahəsi 365.000 km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Purus (port. Rio Purus) — Amazon çayının sağ qolunu təşkil edən[1][2] və uzunluğu 3200 km olan çay. Çayın mənbəyi Perunun And dağlarının şərq ətəklərindən başlayır. Sonradan Braziliya ərazisinə keçərək Amazon düzənliyinə keçir. Yağışlar mövsümündə çay daşır. Gilli sahilləri asanlıqla yuyulur. Mənsəbə 2000 km qalmış dərinliyi 15 metrə çatır. Mənsəbdə hündürlük okean səviyyəsindən 33 metrdə yerləşir. Bu səbəbdən çay gəmiçilik üçün əlverişlidir. Burada astanalara rast gəlinmir.

Hövzəsinin sahəsi 365 min. km², orta su sərfiyyatı 8,4-12,6 min. m³/s.

Purus çayının ən böyük qolu Akri çayıdır.

  1. "Planet catfish". 2021-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-21.
  2. "Fish Base". 2021-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-21.