Pirrotin
Pirrotin | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
Fe₇S₈ |
Strunz təsnifatı | II/B.09a[1] |
Xüsusiyyətləri | |
Zolaq rəngi | qara |
Vikianbarda əlaqəli mediafayllar |
Pirrotin (maqnitli kolçedan) — heksaqonal sinqoniya (heksapirrotin – Fe1-xS); monoklinik sinqoniya (klinopirrotin – Fe7S8). Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn.
Xassələri
[redaktə | mənbəni redaktə et]Rəng – qırmızımtıl və ya şabalıdı çalarlı bürüncü-sarı, bəzən oksidləşmə rəngləri müşahidə olunur; Mineralın cizgisinin rəngi – bozumtul-qara; Parıltı – metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,6–4,7; S – 3,5–4,5; Kövrəkdir; Ayrılma – {1010} üzrə qeyri-mükəmməl; Bölünmə – {0001} üzrə mükəmməl; Başqa xassələr – klinopirrotin güclü, heksapirrotin isə zəif maqnitlik xassəsinə malikdir; elektriki yaxşı keçirir; Morfologiya – kristallar: nadir hallarda rast gələn heksaqonal kəsilişli lövhəvari və bipiramidal kristallar; İkiləşmə: {1011} üzrə ikiləşmələr, hərdənbir – üçləşmələr; Mineral aqreqatları: bütöv kütlələr püruzlar.
Mənşəyi və yayılması
[redaktə | mənbəni redaktə et]Maqmatik mənşəli mis-nikel sulfid filizlərinin əsas mineralı olan pirrotinin ən iri yataqları ultraəsasi və əsasi maqmatik süxurlar içərisində yerləşir. Kolçedan filizlərində, skarn tipli və hidrotermal yataqlarda, bəzən qranit peqmatitlərində, çökmə və metamorfik süxurlarda rast gəlir. Birlikdə rast gəldiyi minerallar: xalkopirit, pentlandit, pirit, maqnetit, sfalerit, qalenit, arsenopirit, kalsit, kvars. Mineralın tapıldığı yerlər: Sedberi (Kanada); Buşveld kompleksi (CAR); Maunt-Ayza (Avstraliya); Outokumpu (Finlandiya); Qreya (Rumıniya); Qızıl-Dərə, Norilski, Talnax, Xolodninski, Dalneqorski (Rusiya); Adanqe (Gürcüstan). Azərbaycanda Filizçay, Katsdağ, Cixix-Saqator, Mazımçay, Gədəbəy, Çıraqdərə, Toğanalı yataqlarında, Böyük Qafqazın cənub (Çuqak, Tenros, Qudurdağ) və Kiçik Qafqazın şimal-şərq yamaclarında yerləşən bir sıra filiz təzahürlərində (Əsrikçay, İtqırılan, İsakənd) və bəzi başqa məntəqələrdə qeyd edilir.
Tətbiqi
[redaktə | mənbəni redaktə et]Bəzən sulfat turşusu almaq üçün xammal kimi istifadə edilir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.