Almaniya 16 federal əyalətdən (Bundesländer) ibarət parlamentli federal respublikadır. Paytaxt şəhər və inzibati mərkəz Berlin şəhəridir. Dövlət kimi Almaniya 1871-ci ildə Fransa–Prussiya müharibəsindən sonra birləşdirilmişdir. İkinci dünya müharibəsindən sonra iki hissəyə bölünən ölkə 1990-cu ildə yenidən birləşdi. Avropa Birliyinin yaradıcılarından biri olan Almaniya 81 milyon əhalisi ilə AB-də say etibarilə ilk yeri tutur.
BMT (1973), NATO (1955), G8 və G4 təşkilatlarının üzvü olan Almaniya dünyanın öncül dövlətlərindən biridir. Ölkə ÜDM həcminə görə dünyanın üçüncü böyük iqtisadiyyatına malik olmaqla yanaşı əmtəə ixracatına görə birinci, idxalatına görə isə ikinci yeri tutur. 2007-ci ildə həm Avropa Birliyinin Nazirlər Şurası, həm də G8-in növbəli rəhbərliyi funksiyalarını həyata keçirib.
Məqaləni oxu...
Əvvəlki məqalələr: … …
Şəxsiyyət
Otto Eduard Leopold fon Bismark (alm.Otto Eduard Leopold von Bismarck-Schönhausen; 1 aprel1815 - 30 iyul1898) — Prussiya və Almaniyanın XIX əsr görkəmli dövlət xadimi və yaşadığı dövrün dünya siyasətinə ciddi təsir etmiş şəxs. 1862-1890-cı illərdə Prussiyanın əvvəlcə nazir-prezidenti (Ministerpräsident), sonra isə kansleri kimi Almaniyanın birləşməsi məsələsi ilə məşğul olurdu. 1867-ci ildə Şimali Alman İttifaqının, 1871-ci ildə isə birləşmiş Almaniya İmperiyasının ilk kansleri olur və yeni dövlətin möhkəmlənməsi üçün mühüm işlər görür. Bismark-Şönhauzen qrafı, Lauenburq hersoqu, Bismark şahzadəsi titullarını daşımış, general-feldmarşal statusunda general-polkovnik rütbəsinə layiq görülmüşdür. Sərt diplomatiyası və güclü idarəçiliyinə görə ona "dəmir kansler" ləqəbi vermişlər.
Məqaləni oxu...
Gənc Verterin iztirabları (alm. Die Leiden des jungen Werthers) İohann Volfqanq Göte 1774-cü ildə məktublar formasında yazdığı sentimental romandır. Romanda alman reallığının fonunda özünə sui-qəsd edən qəhrəmanın faciəli həyatı təsvir edilir.
Bu roman Hötenin "Qöts fon Berlihinqen" dramasından sonra ədədbiyyatda ikinci uğuru idi. Drama kimi, məktublarda yazılan roman da "Fırtına və gərginlik" cərəyanına aid edilir. "Gənc Verterin iztirabları" müəyyən dərəcədə avtiobiqrafik xaraketer daşıyır, bu romanda Höte özünün Şarlotta Buffa olan platonik məhəbətini təsvir etmişdi. Höte onunla 1772-ci ildə Vetslar məhkəməsində praktika keçdiyi zaman tanış olmuşdu. Əsərin faciəli sonu, Verterin sui-qəsdi ilə bitirməsi Hötenin, bir evli qadına məhəbətindən əziyyət çəkən dostunun ölümü Karl Vilhelm Yerusalem ilə bağlı olmuşdur. Lottanın ədəbi obrazı Hötenin o dövrdə başqa rəfiqəsinə -Maksimilane fon Laroşa məxsusdur.
Romanın birinci nəşri 1774-cü ilin payızında Layptsiq kitab sərgisində ictimayyətə təqdim edilmişdi. O qısa zamanda ən çox oxunan kitaba çevrilir. Kitabıb ikinci nəşri 1787-ci ilə çıxır. Roman Höteyə bütün Almaniyada şöhrət gətirir. Ona qədər Hötenin heç bir əsəri bu qədər oxucu qazanmamışdır.
Məqaləni oxu...
Holokost (yunan. ὁλόκαυστος), Yəhudi soyqırımı, ya da Ha-Shoa (İvrit dilində: השואה Fəlakət) — II dünya müharibəsi dövründə Nasist Almaniyasında yəhudilərə qarşı törədilmiş soyqırımı...
Dünyanın ən böyük avtomobil istehsalçılarından olan BMV şirkəti, 1916-cı ildə təsis ediləndə avtomobil yox V12 tipli təyyarə mühərrikləri istehsal edirdi...
Almaniya bayrağında rənglərin qara, qırmızı və sarı rənglərdə sıralanması 1813-cü ildə Napoleona qarşı müharibədə gənclərdən təşkil olunmuş Freikorps (azad korpus) birliyi adı ilə bağlıdır. Maddi imkansızlıq səbəbindən Freikorps birliyinin əsgləri qara rəngdə uniforma geyinirdilər. Uniformanın düymələri isə sarı rəngdə və düymələrin altında qalan parçanın da qırmızı olması bugün mövcud olan Almaniya bayrağının yaranmasına səbəb olmuşdur...
Siyasi lider
Adolf Hitler (alm.Adolf Hitler, 20 aprel1889, Braunau, Avstriya - 30 aprel1945, Berlin, Almaniya) — nasizm ideyasının yaradıcısı, Almaniya Nasional Sosialist Fəhlə Partiyasının (NSDAP) sədri, 1933-1945-ci illərdə III Reyxin reyxs-kansleri və prezidenti (fürer). XX əsrin hərbi canilərindən və qəddar tiranlarından biri hesab olunur.
Adolf Hitler 1889-cu il aprelin 20-dəAvstriyanınBraunau şəhərində anadan olmuşdur. Atası Alois Hitler (1837-1903) əvvəllər çəkməçi, sonralar isə gömrük əməkdaşı işləmişdir. Anası Klara Hitler (1860-1907, qızlıq soyadı - Pölzl) gələcək həyat yoldaşının əmisi qızı, həm də onun evində qulluqçu olmuşdur. Alois Hitler 1876-cı ilədək anasının soyadı olan Şiklqruber soyadını daşımış, lakin həmin il ögey atasının soyadını qəbul etmişdir. Birinci evliliyindən onun 2 uşağı olmuşdur. Atasının ikinci evliliyindən doğulan 6 uşaqdan dördüncüsü olan Adolfun özündən əvvəl dünyaya gələn üç uşaq çox kiçik yaşlarında müxtəlif xəstəliklərdən, özündən sonra doğulan 2 uşaqdan biri isə 5 yaşında olarkən qızılca xəstəliyindən vəfat etmişlər. Adolf 13 yaşında atasını, 18 yaşında isə anasını itirmişdir.
Məqaləni oxu...
BMV şirkəti Münhendə təyyarə mühərriklər zavodu kimi Karl Fridrix Rapp, Kamillo Kastilyon, Maks Frits tərəfindən 1916-cı ildə təsis edilib. İlkin dövrdə qəbul olunmuş və hal-hazırdada istifadə olunan ağ-mavi rəngli emblem fırlanan təyyarə propellerinin təsviri BMW-nin ilkin "təyinat"ının nişanəsidir. İlkin dövrdə şirkət Avstriya-Macarıstan üçün V12 tipli mühərriklər istehsal etməyə başlayır. Tezliklə Rapp əlavə pula ehtiyac duyur və kompaniyanı tərk edir. Onun yerinə avstriyalı sərmayəçi Frans Cozef Popp firmaya rəhbərlik etməyə başlayır.
Birinci dünya müharibəsindən məğlub çıxmış Almaniyada hərbi qüvvələrə məhdudiyyət qoyulur. Bundan sonra Almaniyada təyyarə istehsal edilə bilməzdi - beləliklə BMV-nin mühərrik istehsalı Almaniya üçün yararsız oldu. 1922-ci ildə BMW Münhendə özünün bu günkü əsas binasını tikir (Hal-hazırda həmin bina şəhər Olimpiya Mərkəzi kimi də fəaliyyət göstərir). 1923-cü ildə Münhendə ilk BMW motosikletləri istehsal olunmağa başlayır. 1928-ci ildə BMW Türingiyada avtomobil zavodu alır və öz ilk maşınını istehsal etməyə başlayır - DixiMəqaləni oxu...
Əvvəlki məqalələr: … …
Alim
Albert Eynşteyn 1879-cu il martın 14-də Almaniya da doğulub. İlk təhsilini Münhendəki Luitpold Gimnaziyasında alıb. 1894-cü ildə Hermann Eynşteynin iflası nəticəsində onlar İtaliyaya köçürlər. Albert təhsilini Münhendə davam etdirir. 1896-ci ildə İsveçrəyə təhsilini davam etdirmək üçün gedir və İsveçrə Federal Politexnik Məktəbində fizika və riyaziyyat müəllimi ixtisası üzrə təhsilini davam etdirir. 1903-cü ildə Mileva Maric ilə evlənir. Bir qızı və iki oğlu dünyaya gəlir. 1905-ci ildə doktorluq dissertasiyası müdafiə edir və 1909-cu ildə Sürix Universitetində professor kimi çalışmağa başlayır. 1911-ci ildə Praqa Universitetində fizika professoru olur. 1912-ci ildə Sürix Universitetinə geri dönüb riyaziyyatçı Marsel Qrossman ilə birgə fəaliyyət göstərir. 1914-cü ildə Berlin Universitetində professor kimi çalışmağa başlayır.
Məqaləni oxu...