Svastika
Svastika (Sanskritcə: स्वस्तिक) ya da qammalı xaç — tarix əvvəli dövrlərdən qalma simvol.
Etimologiya
[redaktə | mənbəni redaktə et]Qammalı xaç adı yunanca qamma (Γ) hərfinə və xaç şəklinə (+) əsaslanaraq verilmişdir. Svastika kəlməsi sanskritçədəki su (yaxşı) və asti (olmaq) kəlimələrinin birləşməsindən meydana gəlmişdir. "Yaxşı olmaq, xoşbəxt və sağlam olmaq" mənalarına gəlir.[1]
Svastika mistik simvollardan biri olmuş və mistik məna daşımışdır. Bəzi mütəxəssislər bu simvolu 4 əsas ünsürün göstəricisi kimi izah etməyə çalışmışlar. Yəni – hava, su, od, torpaq. Amerika və İngiltərə mütəxəssisləri isə bu qərara gəlmişlər ki, svastika simvolunun abbreviaturası latın əlifbasının "L" hərfi ilə başlayan 4 sözün birləşməsi kimi başa düşülməlidir. Yəni – "light" – işıq, günəş, "love" – sevgi, məhəbbət, "life" – həyat, "luck" – tale, uğur, xoşbəxtlik.
Tarixi
[redaktə | mənbəni redaktə et]Svastika — ən qədim, ən çox yayılmış qrafik simvollardan biridir. Svastika simvoluna arxeoloji qazıntılar zamanı tapılmış qədim əşyaların üzərində, qədim xalçaların üzərində də müşahidə olunur. II Dünya Müharibəsinə qədər svastika simvolundan dünyanın bir sıra ölkələrində istifadə olunurdu. Sonuncu rus imperatoru II Nikolayın avtomobilinin və 1917-ci ildə Rusiyada "Müvəqqəti hökumət"in rəhbəri Kerenskinin hakimiyyəti dövründə dövriyyəyə buraxılan 250 manatlıq pul əskinaslarının üzərində də svastika simvolu həkk olunmuşdur.
1945-ci ildən faşist Almaniyasının məğlubiyyətindən sonra bir çox ölkələrdə svastikadan bir simvol kimi istifadə qadağan olunmuşdur. SSRİ tarixçiləri svastika ilə bağlı iddia edirdilər ki, guya bu simvol kiril əlifbasının 4 "Г" hərfindən təşkil olunub 4 nəfər qəddar faşizm ideoloqunun soyadlarının baş hərfləridir. Yəni – Hitler(Гитлер), Hebbels (Геббельс), Himmler (Гиммлер), Herinq (Геринг).
Svastika qədim simvol olmaqla bərabər, sirri açılmamış bir simvoldur. Yəni- bu simvolun nə demək olduğu, nəyə işarə olduğu hələ də dəqiqliyi ilə açıqlanmamışdır. Bu simvolun hansı məna daşıması haqqında isə mütəxəssislər müxtəlif mülahizələr irəli sürürlər.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Swastika." Oxford Dictionary of English 2e, Oxford University Press, 2003.