Steins;Gate 0
Steins;Gate 0 | |
---|---|
Yayımlayanlar | Spike Chunsoft |
Seriya | Science Adventure |
Buraxılış tarixləri | 10 dekabr 2015 |
Janr | vizual roman |
Texniki məlumat | |
Platforma | Microsoft Windows, PlayStation 3, PlayStation 4, PlayStation Vita[d], Nintendo Switch[d][1] |
Oyun rejimi | birnəfərli oyun |
İnterfeysin dili | ingilis dili[2], yapon dili[2], sadələşdirilmiş Çin dili[d][2], ənənəvi Çin dili[d][2] |
Daşıyıcı | rəqəmsal distribusiya, rəqəmsal yükləmə[d] |
Rəsmi saytı |
Steins;Gate 0 (シュタインズ・ゲート ゼロ, Shutainzu Gēto Zero?) — 5pb. və Nitroplus tərəfindən istehsal olunmuş vizual roman. 10 dekabr 2015-ci ildə PlayStation 3, PlayStation 4 və PlayStation Vita platformaları üçün yayımlanmışdır (24 iyun 2016-cı ildə Yaponiyada oyunun PC versiyasının yayımlanması planlaşdırılmışdır).[3] "Steins;Gate 0" "Steins;Gate" oyununun midkvelidir. 2018-ci ildə anime adaptasiyası yayımlanmışdır. 25 noyabr 2016-cı ildə Avropada, 29 noyabr 2016-cı ildə Şimali Amerikada PS4 və PS Vita platformalarında buraxılmışdır.[4]
Geympley
[redaktə | mənbəni redaktə et]"Steins;Gate 0"-in geympleyi oyunun çox hissəsində oyunçudan çox az qarşılıqlı təsir tələb edir. Oyunçu oyunu oynarkən vaxtının çoxunu ekranda müxtəlif personajlar arasındakı dialoqları və personajların şəxsi fikirlərini oxumaqla keçirir.
Qərar vermə anları üçün "Steins;Gate 0"-da "Steins;Gate"-dən daha fərqli "telefon tətiyi" (フォーントリガー, fōn torigā?) sistemi istifadə olunmuşdur. "Steins;Gate 0"-da oyunçu RINE tətiyi (RINEトリガー, rain torigā?) sistemi ilə tanış olmuşdur. Oyunçu oyundakı smartfonuna yüklənmiş RINE tətbiqinin köməyi ilə mesajlarını digər personajlarla dəyişdirə bilər. Yeni mesaj gələndə oyunçu ekranın yuxarı sol küncündəki indikatorla məlumatlandırılır. Mesajdan asılı olaraq personaj müxtəlif reaksiyalar verə bilər. Oyunçu həmçinin yarlıqlar göndərmək funksiyasına sahibdir.[5]
Süjet və mövzular
[redaktə | mənbəni redaktə et]"Steins;Gate 0"-nun süjeti Epiqraf trilogiyası adlı ranobe trilogiyasına əsaslanır. Bu trilogiyaya bu ranobelər daxildir: "Steins;Gate: Epigraph of the Closed Curve", "Steins;Gate: Pandora of Eternal Return" və "Steins;Gate: Altair of the Point at Infinity".[6]
Hekayə
[redaktə | mənbəni redaktə et]Hadisələr Okabe Rintaronun Makise Kurisunun öldüyü Beta zaman xəttinə qayıtmasından sonra başlayır. O, Kurisunu xilas etmək istəyir, amma uğursuz olur, hətta səhvən özü Kurisunu öldürür. Okabe daha sonra ciddi posttravmatik stress pozuntusundan əziyyət çəkir və Kurisunu xilas etməyə çalışdığı zaman səhvinin öhdəsindən gəlməyə cəhd edir. O, "Amadeus" proqramından işləyən neyroloq Maho Hiyaco ilə rastlaşır. "Amadeus" proqramının əsas məqsədi hər hansı şəxsin beyninin rəqəmsal rekreasiyasının süni intellekt avatarına köçürməkdir. Hiyaco Kurisunun ölümündən əvvəl onun süni intellekt avatarını yarada bilir.[6]
İstehsal
[redaktə | mənbəni redaktə et]Oyun 2015-ci ilin mayında anons edilmişdir. Əslində PlayStation 3, PlayStation 4 və PlayStation Vita platformaları üçün 19 noyabr 2015-ci ildə yayımlanması planlaşdırılmış,[7] amma bu tarix 10 dekabr 2015-ci illə əvəz olunmuşdur.[8] PlayStation 4 versiyasının ilk nüsxələrinə "Steins;Gate" oyunun PlayStation 4 versiyasını yükləmək üçün kod daxil edilmişdir.[9] 2016-cı ildə PQube tərəfindən oyunun PS4 və PS Vita platformalarında Şimali Amerika və Avropada buraxılmış[10] və "Amadeus" adlı məhdud nəşrinə saundtrek diski, artbuk və plüş oyuncaqla daxil edilmişdir.[11] Microsoft Windows versiyasının Yaponiyada 24 iyun 2016-cı ildə buraxılması nəzərdə tutulsa da,[12] 26 avqust 2016-cı ilə təxirə salınmışdır.[13]
Media
[redaktə | mənbəni redaktə et]Anime
[redaktə | mənbəni redaktə et]2018-ci ilin aprelində anime serialı adaptasiyası yayımlanmışdır.[14] Animenin rejissoru Keniçi Kavamura, bəstəkarı Cukki Hanada, personaj dizayneri Tomoşiqe İnayoşi, istehsalçı studiyası White Fox-dur. Anime "Steins;Gate World Line 2017–2018 Project" çərçivəsində istehsal olunmuşdur.[14]
Qəbul
[redaktə | mənbəni redaktə et]Yayımlandığı ilk gündə 100.000-dən çox nüsxəsi satılmışdır. Beləliklə, "Steins Gate" vizual roman seriyasının ümumilikdə satılan nüsxələrinin sayı 1 milyonu ötmüşdür.[15]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Nintendo eShop. 2011.
- ↑ 1 2 3 4 Steam. 2003.
- ↑ Anime News Network. "Steins;Gate 0 Game Heads to PC in Japan" (ingilis). 31 mart 2016. 2021-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 aprel 2016.
- ↑ ""Steins;Gate 0" Dated for North America and Europe". Crunchyroll (ingiliscə). 28 oktyabr 2016. 2017-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2016.
- ↑ Romano, Sal. "Steins;Gate 0 video introduces RINE Trigger system". Gematsu. 13 November 2015. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2016.
- ↑ 1 2 Eisenbeis, Richard. "New Steins;Gate Game and Anime to Tell an Intriguing Story". Kotaku. 10 April 2015. 26 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2016.
- ↑ "Steins;Gate 0 Follow-Up Game & Anime Announced". Anime News Network. 2016-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2016.
- ↑ Matthews, Antony. "Steins;Gate 0 Delayed in Japan". Hardcore Gamer. 13 October 2015. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2016.
- ↑ Romano, Sal. "Steins;Gate 0 first-print copies include PS4 remaster of the original Steins;Gate". Gematsu. 12 August 2015. 2 May 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2016. (#invalid_param_val)
- ↑ Romano, Sal. "Steins;Gate 0 coming west for PS4, PS Vita in 2016". Gematsu. 2016-05-25. 2016-05-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-26. (#invalid_param_val)
- ↑ ""Steins;Gate 0" Gets a Special Physical "Amadeus Edition"". Crunchyroll (ingilis). 20 avqust 2016. 2021-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2016.
- ↑ Romano, Sal. "Steins;Gate 0 coming to PC in Japan on June 2". Gematsu. 31 March 2016. 27 May 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 may 2016.
- ↑ "Gematsu" (ingilis). 2016-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2016.
- ↑ 1 2 "Steins;Gate 0 TV Anime's Promo Video Reveals April Premiere Date". ANN (ingiliscə). 14 dekabr 2017. 2017-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 dekabr 2017.
- ↑ "Steins;Gate 0 Game Sells Over 100,000 Copies on 1st Day". Anime News Network. 11 December 2015. 2015-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 aprel 2016.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- steinsgate0.jp — Rəsmi saytı (yap.)
- Əlifba sırasına görə videooyunlar
- 2015-ci ilin videooyunları
- 2018-ci ilin anime serialları
- Nitroplus
- Uydurmada paralel kainatlar
- PlayStation 3 videooyunları
- PlayStation 4 videooyunları
- PlayStation Vita videooyunları
- Elmi fantastika anime və manqaları
- Elmi fantastika videooyunları
- Zaman səyahəti haqqında videooyunlar
- Yaponiya videooyunları
- Vizual romanlar
- Steins;Gate
- Windows videooyunları
- Videooyunlara əsaslanan anime serialları
- 5pb.