Occultic;Nine
Occultic;Nine | |
İlk ranobe cildinin üzlüyü | |
オカルティック・ナイン (Okarutikku Nain) azərb. Okkultik doqquzluq | |
---|---|
Janr | paranormal[1] |
Manqa | |
Manqaka | Çiyomaru Shikura |
Rəssam | pako |
Nəşriyyat | Overlap |
Demoqrafiya | kişilər |
Nəşr tarixi | 25 avqust 2014 — davam edir |
Cildlər | 2 (cild siyahısı) |
Manqa | |
Manqaka | Qancii |
Nəşriyyat | Kodansha |
Demoqrafiya | seynen |
Nəşr tarixi | 7 oktyabr 2015 — hazırda |
Cildlər | 1 |
Anime | |
Rejissor | Kyohey İşiquro |
Prodüsser | Şuko Yokoyama Takaşi Sayki |
Ssenarist | Cumpey Morita |
Bəstəkar | Masaru Yokoyama |
Studiya | A-1 Pictures |
Digər lisenziyalar | |
Kanal | Tokyo MX, ABC, CBC, GTV, GYT, BS11 |
Buraxılış tarixi | 9 oktyabr 2016 — 25 dekabr 2016 |
Seriyalar | 12 (seriya siyahısı) |
Video oyun | |
Hazırlayan | 5pb. |
Nəşr edən | 5pb. |
Janr | vizual roman |
Platforma | PlayStation 4, PlayStation Vita, Xbox One |
Buraxılış tarixi | 28 sentyabr 2017 |
Occultic;Nine (オカルティック・ナイン, Okarutikku Nain?, azərb. Okkultik doqquzluq) — "Steins;Gate"-in yaradıcısı Çiyomaru Şikura tərəfindən yazılmış ranobe seriyası. Qancii tərəfindən illüstrasiya olunmuş manqa 2015-ci ilin oktyabrından nəşr olunur. 9 oktyabr 2016-cı ildən 25 dekabr 2016-cı ilə kimi A-1 Pictures tərəfindən çəkilmiş anime adaptasiyası yayımlanmışdır.[2]
Məzmun
[redaktə | mənbəni redaktə et]Paranormal elmi fantastika janrında olan ranobedə hadisələr 9 fərqli şəxsin ətrafından cərəyan edir. Bu 9 şəxs bir-biriləri ilə 17 yaşlı lisey tələbəsi Yuuta Qamon tərəfindən işlədilən "Chōjō Kagaku Kirikiri Basara" adlı okkult xülasə bloqu vasitəsilə əlaqə saxlayırlar. Bu doqquz nəfərin ətrafında baş verən kiçik uyğunsuzluqlar daha böyük və dünyanı dəyişdirə biləcək hadisəyə səbəb olur.
Personajlar
[redaktə | mənbəni redaktə et]Okkultik doqquzluq
[redaktə | mənbəni redaktə et]- Yuuta Qamon (我聞 悠太, Gamon Yūta?)
- Səsləndirən: Yuki Kaci[1]
- Okkult bloq işlədən və özünü xilaskar adlandıran oğlandır.
- Ryoka Narusava (成沢 稜歌, Narusawa Ryōka?)
- Səsləndirən: Ayane Sakura[1]
- Ruh rəhbəridir.
- Saray Haşiqami (橋上 サライ, Hashigami Sarai?)
- Səsləndirən: Kayto İşikava[1]
- İnkarçı, ultra-realist universitet tələbəsidir.
- Toko Sumikaze (澄風 桐子, Sumikaze Tōko?)
- Səsləndirən: Şizuka İto[1]
- "Mumū" okkult jurnalının müxbiridir.
- Aria Kurenayno (紅ノ 亞里亞, Kurenaino Aria?)
- Səsləndirən: Miyuki Savaşiro[1]
- Qara magiya təmsilçisidir.
- Kiryuu Kusakabe (日下部 吉柳, Kusakabe Kiryū?)
- Səsləndirən: Kişo Taniyama[1]
- Müəmmalı adamdır.
- Ririka Nişizono (西園 梨々花, Nishizono Ririka?)
- Səsləndirən: Mamiko Noto[1]
- Gələcəyi təxmin edən docin manqakasıdır.
- Şun Moritsuka (森塚 駿, Moritsuka Shun?)
- Səsləndirən: Tetsuya Kakihara[1]
- Kospley otaku detektividir.
Digər
[redaktə | mənbəni redaktə et]- Asuna Kizaki
- Səsləndirən: Tetsuya Kakihara[2]
- Liseydə oxuyan FBI müfəttişidir.
- Kohey İzumi
- Səsləndirən: Kenciro Tsuda[2]
- "Blue Moon" adlı kafe işlədən qadındır.
- Çizu Kavabata
- Səsləndirən: Maria Naqanava[2]
- Miyuu Aykakanın yaxın rəfiqəsidir.
Media
[redaktə | mənbəni redaktə et]Ranobe
[redaktə | mənbəni redaktə et]Ranobe seriyası Çiyomaru Şikura tərəfindən yazılıb, pako tərəfindən illüstrasiya olunub. Overlap Bunko ranobenin ilk cildini 2014-cü ilin avqustunda çap edib.[3] J-Novel Club ranobeni ingilis dilində rəqəmsal şəkildə yayımlayıb.[4]
Cild siyahısı
[redaktə | mənbəni redaktə et]№ | Yapon nəşr tarixi | Yapon ISBN |
---|---|---|
01 | 25 avqust 2014[5] | ISBN 978-4-90686-621-2 |
02 | 25 aprel 2015[6] | ISBN 978-4-86554-020-8 |
Videooyun
[redaktə | mənbəni redaktə et]28 sentyabr 2017-ci ildə 5pb. tərəfindən PlayStation 4, PlayStation Vita və Xbox One platformaları üçün vizual roman adaptasiyası buraxılacaq.[7]
Manqa
[redaktə | mənbəni redaktə et]Qancii tərəfindən hazırlanmış manqa adaptasiyası Kodansha nəşriyyatının "good! Afternoon" jurnalında 7 oktyabr 2015-ci ildə yayımlanmağa başlamışdır.[1][8]
№ | Nəşr tarixi | ISBN |
---|---|---|
1 | 7 aprel 2016[9] | — |
Anime
[redaktə | mənbəni redaktə et]2016-cı ilin martında anime adaptasiyasının çəkiləcəyi anons edilmişdir.[1] Animenin birinci seriyası 2 oktyabr 2016-cı ildə Kichijoji Anime Wonderland tədbirində nümayiş etdirilmişdir. Anime serialı Kyohey İşiquro və Miyuki Kurokinin rejissorluğu, To-Jumpei Morita-nın ssenaristliyi, Tomoaki Takasenin personaj dizaynerliyi və Masaru Yokoyamanın bəstəkarlığı ilə A-1 Pictures studiyası tərəfindən çəkilmişdir. Anime serialının açılış mahnısı Kanako İto tərəfindən ifa olunan "Seisū 3 no Nijō" mahnısı, bağlanış mahnısı isə Asaka tərəfindən ifa olunan "Open your eyes" mahnısıdır. Hər iki mahnı Şikura tərəfindən yazılmışdır və mahnıların 26 oktyabr 2016-cı ildə buraxılmışdır. Anime serialı 9 oktyabr 2016-cı ildən 25 dekabr 2016-cı ilə kimi Tokyo MX, ABC, CBC, GTV, GYT və BS11 kanalları, eləcə də, Daisuki vasitəsilə nümayiş etdirilmişdir.[10][11] Animenin seriyaları müvəqqəti olaraq Crunchyroll və Daisuke saytlarından yığışdırılmış,[12] lakin daha sonra anime bu saytlarda yenidən yayımlanmağa başlamışdır.[13] Seriyaların 7 dekabr 2016-cı ildən 3 may 2017-ci ilə kimi 6 BD/DVD cildində (hərəsində iki seriya) buraxılması planlaşdırılır.[14]
Anime Şimali Amerikada Aniplex USA tərəfindən lisenziyalaşdırılmışdır.[15]
Seriya siyahısı
[redaktə | mənbəni redaktə et]№ | Başlıq | Yayım tarixi[16] |
---|---|---|
1 | "Sualtı" "Takusan no Hito" (たくさんの人) | 9 oktyabr 2016[a] |
2 | "Mənim soyuq ölçüm" "Unmei o Kaeru Chikara Nante Nai kara" (運命を変える力なんて無いから) | 16 oktyabr 2016 |
3 | "O çatladı" "Mōsō Datta no Darou ka" (妄想だったのだろうか) | 22 oktyabr 2016 |
4 | "Psix çobanyastığılar" "Saiko hinagiku" (サイコヒナギク) | 29 oktyabr 2016 |
5 | "O kontrolunu itirdi" "Koko ga Atarashii Sekai na no ne" (ここが新しい世界なのね) | 5 noyabr 2016 |
6 | "O, soyuq bir baxış atdı" "Anta no Hō dattan da ne" (アンタの方だったんだね) | 12 noyabr 2016 |
7 | "Arzunun arzusu" "Jōei Kaishi" (上映開始) | 20 noyabr 2016 |
8 | "Xoşbəxtlik isti silahdır" "Wareware no Tadoritsuita Kyūkyoku no Iryōna noda" (我々のたどり着いた究極の医療なのだ) | 27 noyabr 2016 |
9 | "Gələcək günlər" "Kitto Sekai wa Owaru ne" (きっと世界は終わるね) | 4 dekabr 2016 |
10 | "Başqa qız, başqa planet" "Hontou no Watashi" (本当のワタシ) | 11 dekabr 2016 |
11 | "Radio dalğaları istəyirik" "Ooi naru Mokuteki no Tame yo" (大いなる目的のためよ) | 18 dekabr 2016 |
12 | "Bərbabər çox yaxşı vaxt keçirəcəyik" "Okarutikku Nain" (オカルティック・ナイン) | 18 dekabr 2016 |
Qeydlər
[redaktə | mənbəni redaktə et]- ↑ Animenin premyera tarixi Tokyo MX kanalı tərəfindən 8 oktyabr 2016-cı il saat 24:00 olaraq göstərilib. Bu isə həm də 9 oktyabr 2016-cı il tarixinə düşür.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 "Steins;Gate Creator's Paranormal Science Novels Occultic;Nine Get TV Anime". Anime News Network. 19 March 2016. 2016-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 mart 2016.
- ↑ 1 2 3 4 "Occultic;Nine TV Anime Reveals More of Cast, October 8 Debut, New Visual". ANN (ingiliscə). 9 sentyabr 2016. 2016-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2016.
- ↑ Loo, Egan. "Steins;Gate's Shikura Writes Debut Novel Occultic;Nine". Anime News Network. 28 December 2012. 2016-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 mart 2016.
- ↑ "J-Novel Club Publisher Launches to Release Light Novels in English Digitally". ANN (ingiliscə). 15 oktyabr 2016. 2016-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2016.
- ↑ "Occultic;Nine① -オカルティック・ナイン-". Overlap Bunko (Japanese). 2016-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 mart 2016.
- ↑ "Occultic;Nine② -オカルティック・ナイン-". Overlap Bunko (Japanese). 2016-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 mart 2016.
- ↑ "『シュタインズ・ゲート』と『ロボティクス・ノーツ』の新作などが発表――ライブイベント"チヨスタライブ"での発表内容をお届け!". Famitsu (Japanese). Enterbrain. 2017-05-28. 2017-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2017.
- ↑ Green, Scott. "Manga Adapts "Steins;Gate" Creator's "Occultic;Nine"". Crunchyroll. 7 October 2015. 2 April 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 mart 2016.
- ↑ "オカルティック・ナイン(1)" [Occultic;Nine (1)] (Japanese). Kodansha. 2016-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2016.
- ↑ "Steins;Gate Creator Reveals Occultic;Nine TV Anime's 1st Video, Staff, Songs, October Debut". Anime News Network. 12 August 2016. 2016-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2016.
- ↑ "Daisuki to Stream Long Riders!, Magic of Stella, March comes in like a lion, Occultic;Nine Anime". ANN (ingiliscə). 30 sentyabr 2016. 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2016.
- ↑ "Occultic;Nine Episodes Temporarily Removed From Crunchyroll, Daisuki". ANN (ingilis). 21 oktyabr 2016. 2020-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2016.
- ↑ "Occultic;Nine Episodes Return to Crunchyroll, Daisuki". ANN (ingiliscə). 24 oktyabr 2016. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 oktyabr 2016.
- ↑ "Blu-ray&DVD". Occultic;Nine (rəsmi anime saytı) (yaponca). 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2016.
- ↑ "Aniplex USA Licenses March comes in like a lion, Occultic;Nine Anime". ANN (ingiliscə). 2 oktyabr 2010. 2016-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 oktyabr 2016.
- ↑ "Occultic;Nine -オカルティック・ナイン- - アニメ - TOKYO MX" [Occultic;Nine - Anime - Tokyo MX] (Japanese). Tokyo MX. 2016-10-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2016.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- occultic9.jp — Rəsmi saytı (yap.)
- Occultic;Nine (light novel) Anime News Network Ensiklopediyasında
- Manqa seriyaları
- 2014-cü ilin Yaponiya romanları
- Ranobelər
- 2015-ci ilin manqaları
- 2016-cı ilin anime serialları
- 2017-ci ilin videooyunları
- Paranormal romanları
- Yaponiya romanları
- Yapon dilində romanlar
- A-1 Pictures
- Seynen anime və manqaları
- Ranobelərə əsaslanan anime və manqalar
- Fövqəltəbii anime və manqaları
- Kodansha manqaları
- Ranobelərə əsaslanan televiziya verilişləri
- Tokyo Metropolitan Television verilişləri
- 5pb.
- Yaponiya videooyunları
- PlayStation 4 videooyunları
- PlayStation Vita videooyunları
- Vizual romanlar
- Overlap
- J-Novel Club