Sil-Ki
Naviqasiyaya keç
Axtarışa keç
Sil-Ki | |
---|---|
Ümumi məlumatlar | |
Hündür nöqtəsi | 3 m |
Yerləşməsi | |
27°15′39″ şm. e. 78°21′16″ q. u.HGYO | |
Ölkə | |
|
Sil-Ki (ing. Seal Cay) — Baham adalarında ada. İnzibati cəhətdən Qrand-Ki rayonunun bir hissəsidir.
Coğrafiya
[redaktə | mənbəni redaktə et]Ada Abako adalarının şimalında, Volkers-Kidən 3.3 kilometr (2.1 mil) şərqdə yerləşir. Qrupun ən şərqində yerləşən və ən yüksək (dəniz səviyyəsindən 3 metr (9.8 ft) hündürlükdə) adasıdır. Uzunsov formaya malikdir. Adanın uzunluğu 700 metr (2,300 ft), eni isə 85 metr (279 ft) kimidir.
Turizm
[redaktə | mənbəni redaktə et]Volkers-Ki kimi, Sil-Ki adası da dayaz sahil suları ilə tanınır. Burada çoxlu balıqlar, xüsusən də əllə bəslənə bilən köpəkbalıqları var. Bundan əlavə, burada dalğıclıq da inkişaf etdirilir. 2002-ci ildə adanın şimalındakı sədd rifi milli park elan edilmişdir.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Unprecedented Expansion of National Park System" (PDF). Birds Canada | Oiseaux Canada (ingilis). 2002-06-02. 2015-04-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-03-09.