Köpəkbalığı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Köpəkbalığı
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
İnfrasinif:
Dəstəüstü:
Selachimorpha
Beynəlxalq elmi adı

Köpəkbalıqları (lat. Selachimorpha) — Qığırdaqlı balıqların dəstəüstü. Bura 8 müasir dəstə, 20 fəsilə və 350-yə yaxın növ daxildir. Bundan başqa dəstəüstünə 4 nəsli kəsilmiş dəstə də daxildir.

Təxminən 400 milyon ildir ki, köpək balıqları mövcuddurlar. Bədənində sümük əvəzinə qığırdaq olan bu balıqlar suda çox çevik hərəkət edirlər. Akulaların həyat tərzi çox müxtəlifdir, əksəriyyəti yırtıcıdır, balıqla qidalanır, yalnız balina-akula və nəhəng akula plankton yeyəndir; az miqdarda olsa da bentosla qidalanan növləri də var. Qidalanmada qoxu bilmənin əhəmiyyəti böyükdür. Akulalar qana qarşı daha çox həssasdır, insan üçün də təhlükəlidir. İnsana hücum edən akulalardan pələngi akulanı, ağ akulanı, çəkici akulanı, qumluq akulalarını göstərmək olar. 50 növə yaxın akulanın insana hücum etməsi güman edilir, 29 növün isə hücumu rəsmi qeyd edilib. Milli muzeyin qeydiyyatına görə 1970-ci illərdə Amerikada 1410 akula hücumu qeydə alınıb, bunun 477-ci insan ölümü ilə nəticələnib.

Akulalar dəniz balıqlarıdır. Bəziləri şirin sularda da girir, digərləri şirin suların daimi sakinləridir. Əsasən isti sevən. elə buan görə də Dünya okeanının tropik və subtropik sularında daha çox rast gələn akulaların çox az qismi soyuq sularda rast gəlir. Akulalar okeanın həm sahillərində, həm də pelegial hissələrində daha çox olurlar. Qütb akulası 1000 m və daha çox dərinliyi gedə bilir. Mişarburun akula, ağ akula, tülkü akula yumurtadiridoğan; qütb akulası. pişik akula yumurtaqoyan; katran akula, siyənək akula, mavi akula diridoğandır. Bəzuilərinin rüşeyminin inkişafı iki ilə qədər davam edir. Akulalar az nəsil verən balıqlardır. Məsələn: siyənək akulanın cəmi 3 balası olur; ən yüksəkn məhsuldar olan qütb akulasının yumurtalarının sayı 500-ə qədərdir.

Hazırda bütün dünyada 350 növ köpək balığı vardır, bunlardan ancaq 8 növü təhlükəlidir. Ən böyük köpək balığı 20 metr uzunluğunda Rhincodon typis, ən kiçiyi isə 20 sm uzunluğunda Etmopterus peryyi-dir. Böyük köpək balıqları böyüklüyünə baxmayaraq mikroskopik canlılarla qidalanırlar. Köpək balıqlarının çoxalması 3 formada olur:

  1. Ovipar - balıqlarda olduğu kimi döllənmiş yumurtanı xaricə buraxırlar.
  2. Vivipar - balalarını bədənində daşıyırlar.
  3. Ovovivipar - döllənmiş yumurtanı bədəndə gəzdirir, vaxtı tamam olduqda xaricə buraxır.

İybilmə və eşitmə köpək balıqlarında güclü inkişaf etmişdir. Onlar qan iyini 3 km-dən hiss edirlər. Ən zəif səsləri duyurlar, gəldiyi yolu təyin edə bilirlər. Hansı ki, insan su altında səsi təyin edir, lakin gəldiyi yolu təyin edə bilmir.

Köpək balıqlarının ən əhəmiyyətli duyğu orqanı isə "Lorenzini ampul" deyilən elektroreseptor hüceyrələrdir. Bunlar başda yerləşir, 1 mm-lik kanallarla xaricə açılırlar.

Köpək balığı ova yaxınlaşdıqda qoxu və eşitmə ilkin rol oynayır. Ovu tapdıqda ətrafında cizgilər cızmağa başlayırlar. Ova doğru yaxınlaşdıqda gözləri qorunmaq məqsədilə geriyə doğru qıyılır, ayrıca qapaqla qapanırlar. Bundan sonra ətrafda ancaq elektroreseptor üzvlər fəaliyyət göstərirlər.

Köpək balığının bir sıra faydalı tərəfləri vardır. Onun qığırdağı xərçəng xəstəliyinin müalıcəsində istifadə olunur. Bu halda xərçəng tam müalıcə olunmasa da yayılmasının qarşısı alınır. Qığırdağın digər əhəmiyyəti onun artritlərdə, bakteriya, virus mənşəli infeksiyalarda istifadə olunmasıdır.

Köpək balığının bəzi növlərinin çox dərinliklərdə yaşaya bilməsinin sirrini axtaran alimlər bunu onun qara ciyərilə əlaqələndirirlər. Köpək balığının qara cıyərində squalene deyilən maddə vardır. Bu maddə yağlıdır, oksigeni asanlıqla çəkir və ehtiyac olunan toxumaya ötürülməsini asanlaşdırır. Bununla da immun sistemi güclənir.

Akulaların ətində sidik cövhəri çoxdur, ona görə də onların ətindən xoşagəlməz tam və iy hiss edilir. Belə əti təmizləmək üçün onu duzlu suda islatmaq məsləhətdir. Yaponiyada, Koreyada, İtaliyada akula əti yüksək qiymətləndirilir. son illərdə dünyada hər il 400 min sentner akula ovlanır. Bu cəhətdən yaponlar xüsusilə fərqlənir, akula ovunda birincilik onların tərəfindədir. Digər ölkələrdə ayrıca akula ovu demək olar ki, aparılmır, lakin tunes ovu zamanı bəzən akula da ovlanır.

Ağ akulada görmə

[redaktə | mənbəni redaktə et]

Ağ akulalar ovlarını gözləri ilə izləyərək tuturlar. İsti mərcan qayalıqlarında üzən bu canlılar ovlarını rahatlıqla görürlər ancaq soyuq okeanlarda akulaların soyuqdan görmə qabiliyyətlərinin zəifləyəcəyi düşünülür. Normal şəraitdə soyuq suyun təsirindən kimyəvi proseslər yavaşladığı üçün heyvanın gözlərinin sürətlə hərəkət edən ovunu izləməsi çox çətin olmalıdır. Ağ akulalar bu problemi bədən əzələlərinin istiliyini birbaşa gözlərə ötürərərk həll edirlər.[1].

Elektrik cərəyanlarına həssas akulalar

[redaktə | mənbəni redaktə et]

Bütün canlılar istilikdən başqa elektrik də yayırlar. Quruda yaşayan canlılar bu cərəyanları hiss edə bilmir, çünki hava elektriki keçirmir. Ancaq suyun içində vəziyyət fərqlidir. Elektrik təbii keçirici olan suyun içinə axır. Bu səbəbdən, bu elektriki hiss edən bir canlı çox həssas duyğuya sahib olur. Akulalar da bu üstünlüyə sahib olan canlılardandır. Belə ki, sudakı bütün titrəyişləri, suyun temperaturundakı dəyişikliyi, duzluluq nisbətini və xüsusilə də hərəkət halındakı canlıların gətirib çıxardığı elektrik sahəsindəki kiçik dəyişiklikləri belə hiss edə bilirlər[2].

Akulaların bədənlərində içi jeleyə bənzər maddə ilə dolu çoxlu oyuq mövcuddur. Bu oyuqların əksəriyyəti akulanın başında yerləşir. Lorensini lampaları adlanan bu orqanlar mükəmməl elektrik qəbulediciləridir. Akulalar bu qəbuledicilərdən istifadə edərək ovlarını tapırlar. Bu orqanlar heyvanın başının uc hissəsinə və başın üstündə olan məsamələrə bağlı olub, çox həssas quruluşa malikdir. Belə ki, akulalar bir voltun 20 milyardda biri gücündəki cərəyanları belə hiss edirlər.

Bu, böyük bir gücdür. Bunu bir nümunə ilə izah edək: evinizdəki batareyaları düşünün. 1.5 voltluq batareyaların ikisini bir-birindən 3000 kilometr uzağa qoysanız, akulalar bu batareyaların yaydığı cərəyanı hiss edəcəklər[3].

Bu məlumatlar akulaların fövqəladə kompleks bədən sistemlərinə sahib olduqlarını göstərir. Akulalardakı sistem və orqanların bir çoxu bir-biri ilə əlaqəlidir. Biri olmadan digəri funksiyalarını yerinə yetirə bilməz. Məsələn, elektrik cərəyanlarını qəbul edən sistemin hissələrindən biri belə olmasa, ya da hər hansı biri funksiyasını yerinə yetirməsə, Lorensini lampaları heç bir işə yaramaz.

Maraqlı məlumat

[redaktə | mənbəni redaktə et]

Amerikalı tədqiqatçılar uzun sürən araşdırmalardan sonra belə bir qənaətə gəlib ki, böyük ağ akulalar kimə və nəyə gəldi hücum etmirlər, onlar öz qurbanlarını izləyirlər. Məlum olub ki, bu köpək balıqları müxtəlif ov strategiyalarına məxsusdur, həmçinin öz səhvlərindən nəticə çıxarırlar. Ov zamanı ağ akulaların davranışları peşəkar qatillərin istifadə etdikləri üsullara bənzəyir.

Bu dəniz nəhəngləri təqribən 100 metrlikdə olan şikarlarına hücum edirlər. Ov adətən günün qaranlıq vaxtları, həm də ovun yaxınlığında başqa heyvanların yaxud akulaların olmadığı zaman həyata keçirilir.

Akulaların yeni xüsusiyyətləri aşkar edilib. Alimlər müəyyən edib ki, qəddar hesab olunan dişi akula əslində heç də deyildiyi kimi qəddar deyilmiş. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, akulalar hələ bətnlərində körpələrini daşıyarkən onların qayğılarına qalır.

Qeyd edək ki, akulalar qığırdaqlı balıqlar qrupuna aid edilir. Buna baxmayaraq onların bəzi növləri körpələrini təbii yolla, yəni doğuşla dünyaya gətirir. Ana akula balasını dünyaya gətirdikdən dərhal sonra onu "həyatın ümidinə buraxır". Yeni tədqiqatın müəllifləri 30 il ərzində toranlıqsevən akulaların həyat fəaliyyətlərini öyrənib. Digər bir tədqiqatda isə alimlər balıqların müxtəlif inkişaf mərhələlərində onların qaraciyərlərinin ölçülərini öyrəniblər. Qaraciyər akulaların qidalanma maddələrinin mənbələri hesab olunur və balıqların üzmələri də məhz bundan asılı olur.

Alimlər təzə doğulan akulaların qaraciyərlərinin ölçüsünün bədənlərinin ölçüsündən asılı olaraq təxminən 20 faiz təşkil etdiyini müəyyən edib. Doğulduqdan bir neçə həftə sonra isə qaraciyərin ölçüsü 6 faizə kimi kiçilir.

Ən maraqlısı isə budur ki, akulalar dünyaya gələn kimi özlərinə qida tapmaq qabiliyyətinə malik olur. Böyümüş qaraciyər bala akulalara ovçuluq üsullarını mükəmməlləşdirənədək "davam gətirməyə" və acından ölməməyə kömək edir[4].

  1. John Downer, Supernature, The Unseen Powers of Animals, Published by BBC Worldwide Mmm., London 1999, s. 146
  2. Marie-Sophie Germain, Science et Vie, No: 966, Mart 1998, s. 85-89
  3. John Downer, Supernature, The Unseen Powers of Animals, BBC Worldwide Mmm., London 1999, s. 17.
  4. [1][ölü keçid]
  1. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s.125.
  2. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s.178.
  3. Abbasov H.S ,Hacıyev R.V.İxtiologiya. Bakı,2007,səh 326.