Sikullar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yunanlardan əvvəl Siciliyada yaşayan xalqların arealı.

Sikullar (lat. Siculi, yun. Σικελοί) — Siciliya adasında yaşamış qədim xalq. Sikanlardan fərqli olaraq, onların Hind-Avropa mənşəli olduğu güman edilir. Sikulların mövcudluğu Siciliyanın şərqində son Tunc dövründən müşahidə olunur.

Qədim Misir kitabələrində "dəniz xalqları"ndan olan şekeleşin sikullar ola biləcəyi güman edilir.

Sikul dili öz substrat lüğətindən, eləcə də gəmilərin üzərində yunan əlifbasında yazılmış bir sıra qısa yazılardan məlumdur. Sözlər arasında boşluq olmayan iki nisbətən uzun yazı məlumdur. Sikul dilinin İtalik dillərindən olduğu, yəni latın dilinə qohum olduğu güman edilir.

  • История древнего Востока, т. 2. М. 1988.
  • Немировский А. И. История раннего Рима и Италии. — Воронеж: издательство Воронежского университета, 1962.