40°10′43″ şm. e. 44°30′00″ ş. u.HGYO

Sergey Paracanov muzeyi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sergey Paracanov muzeyi
erm. Սերգեյ Փարաջանովի թանգարան
muzeyin binası
muzeyin binası
Xəritə
Əsası qoyulub 1988 (açılış: 1991)
Ölkə
Yerləşir İrəvan, Ermənistan
Kolleksiyası 1400
Ziyarətçi sayı
  • 15.000 nəf.
Direktor Zaven Sarkisyan
40°10′43″ şm. e. 44°30′00″ ş. u.HGYO
parajanovmuseum.am
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sergey Paracanov muzeyi (erm. Սերգեյ Փարաջանովի թանգարան) — erməni əsilli sovet kinorejissoru Sergey Paracanovun şərəfinə yaradılıb. İrəvanın ən tanınmış muzeylərindən biridir.[2] Muzey özündə Paracanovun ədəbi-bədii irsini təcəssüm etdirir.

Muzey 1988-ci ildə Paracanov İrəvana köçən zaman yaradılıb. Bu məkanı və tikinti layihəsini rejissor özü seçmişdir. 1988-ci ildə baş vermiş Spitak zəlzələsinə və sosial-iqtisadi problemlərə görə muzey Paracanovun ölümündən bir il sonra, 1991-ci ilin iyununda açılıb.

Muzeyin təsisçi-direktoru Zaven Sarkisyandır. Muzey öz sərgiləri, nəşrləri və fəxri qonaqları ilə İrəvanın mədəniyyət mərkəzlərindən biri hesab olunur. Qonaqlar sırasına Qızıl Ərik İrəvan Beynəlxalq Film Festivalına gələn nüfuzlu şəxslər də daxildir. Paulo Koelyo, Vim Venders, Mixail Vartanov, Tonino Querra, Enrika Antonioni, Atom Eqoyan, Nikita Mixalkov, Vladimir Putin, Aleksandr Lukaşenko, Yevgeni Yevtuşenko, Arnold Rüytel, Valdas Adamkus, Tarya Halonen, Donald Nut və bir çox başqa məşhur şəxslər muzeylə tanış olublar.

Muzey ənənəvi Qafqaz üslublu binada yerləşir və iki mərtəbədən ibarətdir. Təxminən 1400 eksponatı əhatə edən sərgi özündə muzeyin kolleksiyasını təşkil edən qurma, kollaj, toplu, rəsm, kukla və şlyapaları əks etdirir. Muzeydə həmçinin, çap olunmamış ssenarilər, rejissorun həbsxanada olarkən ərsəyə gətirdiyi libretto və müxtəlif incəsənət nümunələri sərgilənir. Digər eksponatlar arasında yenidən qurulmuş iki memorial otaq, orijinal plakatlar, festivallardan alınan mükafatlar, Federiko Fellini, Lilya Brik, Andrey Tarkovski, Mixail Vartanov və Yuri Nikulinin şəxsi məktubları; muzeyə gəlmiş Tonino Querra, Vladimir Putin və "Paracanov muzeyində gecə" filminin rejissoru Roman Balayanın hədiyyələri yer alır. Muzeydəki incəsənət nümunələri Paracanovun şəxsi prinsipləri əsasında təşkil olunub.[3]

Muzey Kann, Afina, Tokio, Moskva, Roma, Tehran, Hollivud və başqa şəhərlər də daxil olmaqla, təxminən 50 sərgi təşkil edib.

Ermənistanın Rediscovering Armenia bələdçi-nəşrinə əsasən, "İrəvanın ən yaxşı muzeyi kiçik və məxsusidir və məşhur sovet rejissoru Sergey Paracanovun sonuncu potensial mənzili sayılır".[4]

" Dünyanın hansısa yerində Sergey Paracanovun muzeyi varmı? Onun işlərinin – qrafika, kukla, kollaj, fotoşəkillər, 23 ssenari; kino, teatr və baletdə reallaşdırılmamış əsərlərinin librettosu olan bir muzey... Bu istənilən şəhərin bəzəyi və qüruru ola bilərdi. Mən əminəm ki, gec-tez Paracanovun ssenariləri kitab şəklində işıq üzü görəcək və ümidvaram ki, həmin muzey İrəvanda yerləşəcək.
Mixail Vartanov. 1985-ci il.[5]
"
  1. 1 2 Wiki Loves Monuments monuments database. 2017.
  2. "Parajanov Museum". 2016-12-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-18.
  3. "Parajanov Museum". 2016-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-18.
  4. Rediscovering Armenia: An Archaeological/touristic Gazetteer and Map Set, by Brady Kiesling, Raffi Kojian, 2001, p. 11
  5. "Parajanov-Vartanov Institute". 2016-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-18.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]