Yuri Nikulin

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yuri Nikulin
rus. Юрий Владимирович Никулин
Nikulinin son fotosu (1997)
Nikulinin son fotosu (1997)
Doğum adı Юрий Владимирович Никулин
Doğum tarixi
Doğum yeri Demidov, Rusiya
Vəfat tarixi (75 yaşında)
Vəfat yeri Moskva, Rusiya
Vəfat səbəbi ürək çatışmazlığı
Dəfn yeri
Vətəndaşlığı SSRİ SSRİRusiya Rusiya
Fəaliyyəti aktyor, kloun
Fəaliyyət illəri 1958–1997
Mükafatları Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni "Leninqradın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı "Əmək igidliyinə görə" medalı "Leninqradın 250 illik xatirəsinə" medalı "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı
"SSRİ xalq artisti" fəxri adı "RSFSR xalq artisti" fəxri adı "RSFSR əməkdar artisti" fəxri adı Vasilyev qardaşları adına RSFSR Dövlət mükafatı
IMDb ID0631994
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yuri Nikulin (tam adı: Yuri Vladimiroviç Nikulin, rus. Юрий Владимирович Никулин; 18 dekabr 1921[1][2][…], Demidov, Smolensk quberniyası[d]21 avqust 1997[2], Moskva[3]) — SSRİRusiya aktyoru, SSRİ xalq artisti (1973)[4].

Yuri Nikulin 1921-ci ildə Smolensk quberniyasının Demidov şəhərində anadan olmuşdur. Atası Vladimir Andreyeviç siyasi maarif fakültəsini bitirmiş və Demidovdakı dram teatrında işə düzəlmişdi. Orada onun anası da aktrisa kimi çalışırdı. Yuri Nikulinin ailəsi 1925-ci ildə Moskvaya köçür. Bununla əlaqədar o, yeddinci sinifdən etibarən başqa məktəbdə oxumalı olur. 1939-cu ildə o, orduya çağırılır və zenit artilleriyasında xidmət edir. 1946-cı ildə serjant Yuri Nikulin ordudan tərxis olunur. Müharibə zamanı o, "İgidliyə görə", "Leninqradın müdafiəsinə görə", "Almaniya üzərində qələbəyə görə" medalları ilə təlif olunmuşdu.

Yuri Nikulinin rəsmi olan poçt markası

Müharibə başa çatdıqdan sonra Yuri Moskva sirkinin yanındakı klounada studiyasına daxil olur. Studiyanı bitirdikdən sonra, o zaman qeyri-adi və məşhur kloun olan Karandaşın yanında köməkçi işləyir. Bu zaman Yuri Nikulin Mixail Şuydinlə tanış olur. Onlar uzun müddət partnyor kimi çıxış edirdilər. Beləliklə, onlar xasiyyətcə ayrı-ayrı adamlar olmalarına baxmayaraq, Nikulin-Şuydin dueti yarandı. 1983-cü ildə Mixail Şuydinin ölümündən sonra o, sirkin direktoru vəzifəsində çalışır. Bütövlükdə Yuri Vladimiroviç ömrünün 50 ilini sirkdə işləməklə keçirmişdi.

1949-cu ildə Y. V. Nikulin Tatyana Pokrovskaya ilə tanış olur və tezliklə onlar ailə həyatı qururlar. 14 noyabr 1956-cı ildə bu izdivacdan oğulları Maksim dünyaya gəlir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]
"Brilyant əl" filmindən səhnə. Yuri Nikulin və Andrey Mironov İçərişəhər Cümə məscidinin fonunda.

Yuri Vladimiroviç Nikulin bir çox sevilən rus filmlərində maraqlı obrazlar yaradır. Onun iştirakı ilə çəkilən ən tanınmış kinokomediyalar sırasında "Brilyant əl", "12 stul", "Qocalar, quldurlar" və s. filmlər var.

Yuri Nikulin Leonid Qaydayın filmlərindən tanınan məşhur 3 personajdan (Qorxaq, Axmaq və Çoxbilmiş) Axmaq rolunu canlandırmışdı. Həmin o 3 personaj geniş tamaşaçı kütləsinə "Araq çəkənlər", "Köpək Barbos və qeyri-adi qaçış" ("Tam ciddi"), ""I" əməliyyatı və Şurikin başqa macəraları", "Qafqaz əsiri və ya Şurikin yeni macəraları" filmlərindən tanışdır[5].

Yuri Vladimiroviç Nikulin 21 avqust 1997-ci ildə ürək əməliyyatından sonra vəfat etmişdir.

İl Azərbaycanca adı Orijinal adı Rol
1958 Gitaralı qız Девушка с гитарой pirotexnik
1961 Köpək Barbos və qeyri-adi qaçış Пёс Барбос и необычный кросс Axmaq
1961 Heç yerdən olmayan adam Человек ниоткуда milis
1961 Ağaclar hündür olanda Когда деревья были большими Kuzma Kuzmiç İordanov
1961 Dostum Kolka! Друг мой, Колька! Vasya
1961 Araq çəkənlər Самогонщики Axmaq
1961 İnadkarın ram edilməsi Укрощение строптивой oğlanlardan ibarət kilsə xorunun rəhbəri
1962 İşgüzar adamlar Деловые люди oğru
1962 Qorxusuz və qınaqsız Без страха и упрёка sirkdəki kloun
1963 Böyük fitil Большой фитиль Petya
1964 Yanıma gəl, Muxtar! Ко мне, Мухтар! kiçik leytenant Qlazıçev
1965 "I" əməliyyatı və Şurikin başqa macəraları Операция "Ы" и другие приключения Шурика Axmaq
1965 Şikayət kitabını verin Дайте жалобную книгу geyim mağazasının satıcısı
1966 Balaca qaçaq rus. Маленький беглец
yap. 小さい逃亡者
epizodik rol
1966 Qafqaz əsiri və ya Şurikin yeni macəraları Кавказская пленница, или Новые приключения Шурика Axmaq
1966 Andrey Rublyov Андрей Рублёв rahib
1968 Brilyant əl Бриллиантовая рука Semyon Semyonoviç Qorbunkov
1968 Yeddi qoca və bir qız Семь стариков и одна девушка Axmaq
1970 Denisin söhbətləri Денискины рассказы Denisin qonşusu
1971 Qocalar-quldurlar Старики-разбойники Nikolay Sergeyeviç Myaçikov
1971 Teleqram Телеграмма Fyodor Fyodoroviç
1971 12 stul 12 стульев Tixon
1972 Nöqtə, nöqtə, vergül Точка, точка, запятая Lyoşanın atası
1975 Onlar vətən uğrunda döyüşürdülər Они сражались за Родину sıravi Nekrasov
1976 İyirmi gün müharibəsiz Двадцать дней без войны mayor Vasili Nikolayeviç Lopatin
1982 Böyümək istəmirəm Не хочу быть взрослым televiziyadakı kloun
1983 Müqəvva Чучело Nikolay Nikolayeviç Bessolsev
1991 Kapitan Krokus və balaca sui-qəsdçilərin sirri Капитан Крокус и тайна маленьких заговорщиков müəllif mətninin ifaçısı
  1. Никулин Юрий Владимирович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. Deutsche Nationalbibliothek Record #121980774 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 259.
  5. Кино: Энциклопедический словарь / С.И.Юткевич. — Москва: Советская энциклопедия, 1987. — С. 299. — 640 с. — 100 000 экз.

.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]