Mumiya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mumiya (sach: oxunuşu: sˁḥ)
Heroqliflərdə
O34
D36
V28A53

Mumiya — Balzamlanma vasitəsilə çürüməkdən qorunmuş insan cəsədidir.[1] İnsan cəsədlərini mumiyalamaq qədim zamanlardan başlayaraq Çili, Peru, Misir, Çin, Yaponiya, İtaliya, Altay Respublikası (Rusiya), Polşa, Danimarka və dünyanın bir çox ölkələrində həyata keçirilmişdi.

"Mumiya" sözü avropa dillərində 1000-ci illərdə geniş yayılmışdır. Latın dilində işlədilən "mumia" ifadəsi "Mumiya" sözü ərəb dilində «mūmiyya» (مومياء) və fars dilində «mūm» (wax) ifadələrindən götürülmüşdü.[2] Bu sözün hərfi mənası ərəbcədən möhkəm süni maddə olan Bitum mənasını verir.[3] Qədim Misirlilər isə mumiyanı «Sax» adlandırırdılar. Ərəb və avropa tacirləri mumiyadan dərman kimi istifadə edirdilər.[4] Bu dərmanlar zədələnmə və ağır yaraları müalcə etmək üçün istifadə edilir. XVI əsrdə yaşamış məşhur fransız yazıçısı və filosofu Mişel de Monten (1533-1592) xəstələri sağaltmaq üçün bu dərmanlardan istifadə edilməsi metodunu "Hannibalizm" adlandırmışdı. Onun sözlərinə görə, dərman qıtlığı ucbatından satıcılar dərman kimi ölmüş uşaqların və kasıblarından bədənlərindən istifadə edirdilər. Görkəmli ingilis yazıçısı Riçard Hakluyt (1553-1616) mumiyadan dərman kimi istifadəsini tənqid etmişdi. Riçard demişdi:

" Həkimlər və aptekçilər bizim hökmümüzə qarşı gələrək bu mumiyaların ölmüş bədənlərini bizə yedizdirməyə məcbur edəcəklər[5] "

1912-ci ildə dərmanların istehsalı ilə məşğul olan farmasevtik firması olan «Merk», kataloqunda "əsl mumiyaların bədənləri" təklifini irəli sürmüşdü.[6]

Hovard Karter firon Tutanhamonun qəbrini açarkən (Luksor şəhəri, Misir)

Mumiyalama ilk dəfə olaraq Çinçorro qəbiləsinin üzvləri tərəfindən kəşf edilmişdir.[7] Çinçorro qəbiləsi Cənubi Amerikada yerləşən Takna (Peru), Arika, Tarapaka (Çili) şəhərlərində və Çilidə yerləşən Atakama səhrasında b.e.ə. IX minillik və b.e.ə. IV minillik ərzində yaşamışlar. Çinçorrolular yığıcılıq və ovçuluqla məşğul olurdular. Bu qəbilə üzvləri yaxınlarının və əzizlərinin ölümü ilə barışmayaraq, onları əbədi həyata qovuşdurmaq istəyi ilə mumiyalayıblar. Çilidə Arika şəhərinə yaxın Kamorenos vadisində Çinçorro qəbiləsinin üzvlərindən biri olan uşağın mumiyasını tapan alimlər onu təqribən b.e.ə. 5050-ci ildə[8] dəfn edildiyini qeyd etmişlər.[9] Alimlər çinçorro qəbirlərində bir çox əldəqayırma əşya, o cümlədən, qarmaq, taxta bəndlər və bir çox qurğu aşkarlamışdılar. Bu əşyalar qəbirlərdə bərabər paylanmışdı. Bu isə qədim Çilidə əbədiləşdirmə eşqinin bütün qəbilə üzvləri üzərində həyata keçirilməsindən xəbər verir. Alimlərin tədqiqatları bunu sübut edib ki, 7000 il əvvəl bu ərazilərdə rütubətli hava şəraiti mövcud olub və bu 3000 il ərzində davam edib. Alimlərin sözlərinə əsasən, məhz bu ərəfələrdə çinçorro əhalisi kəskin artıma başlayıb. Çinçorro qəbiləsinin dəfn etdiyi mumiyalar bütün ölən insanlara aid idi. Çinçorrolular ölən insanın üzərindən bütün yumşaq parçaları ayırır və onu gilli formalarla əvəz edirdilər. Sonra bədənə dəri yerləşdirirdilər. Beləliklə, onun dərisini qırmızı boya ilə tez-tez boyayır, başına parik və üzünə isə gildən hazırlanmış maska taxırdılar. Bu baxımdan onların mumiyalama adətləri Misir adətlərindən xeyli fərqlənirdi.

Misirdə isə mumifikasiya prosesi b.e.ə. 35000-ci illərdən başlayaraq[10] yunan-roma dövrünə kimi davam etdiyi təsadüf edilir. Qədim Misirlilərin hakimləri inanırdılar ki, əbədi həyata qovuşmaq yalnız fironlara aiddir.[11] Lakin b.e.ə. 2000-ci illərdən etibarən mumiyalama prosesi bütün insanlara aid edildi. İnsanlarla bərabər Qədim Misirin tanrı kimi böyük rəğbət bəslədiyi bir çox pişiklər də mumiyalanırdı.[12] Mumifikasiya prosesini yerinə yetirmək hər insana nəsib olmurdu. Çünki mumiyalama prosesi böyük xərc tələb edirdi. Bu səbəbdən mumiyalamaq varlılar arasında geniş yayılmışdı.[13] Mumiyalamaq o dünyada bədənin ruhunu əbədi həyata qovuşmaq üçün çoxda vacib deyildi, çünki bu proses daha çox ruhun öz məqsədinə nail olması üçün istifadə edilirdi.[14] Həmçinin, mumiyalama prosesində Ölülər kitabından xüsusi dualar oxunulurdu. B.e.ə. 1070-712-ci illərdə Üçüncü keçid dövründə isə mumiyalama prosesi daha da inkişaf etdirilmişdi.[15] Hal-hazırda mumifikasiya prosesi təbii və süni olmaqla iki yerə ayrılır. Kiçik Asiyanın ölkələrində insan cəsədlərini mumiyalamaq geniş yayılmışdı.[16]

Mumifikasiya prosesi

[redaktə | mənbəni redaktə et]

Qədim Misirdə ölülərin hansı proseslərlə mumiyalandığı, mütəxəssislər tərəfindən uzun müddət araşdırılmışdır.[17] İnsan cəsədini balzamladıqdan sonra həmin ədviyyatların qalması üçün qatrannan bağlamaq metodu alimlərə çoxdan məlum idi.[18] Bu haqda yunan mütəfəkkirləri HerodotDiodor bir çox məlumat vermişdilər. Ümumilikdə, Mumiyalama əməliyyatı 7 mərhələdə həyata keçirilir:

  • Ölən adam ilk olaraq şərab və ədviyyatla yuyunar. Bədənin parçalarının çürümədən çıxardılması lazımdır. Xüsusi bir alət ilə beyin çıxardılar. Daha sonra qarın yarılaraq daxili orqanlar çölə atılar.
  • İç orqanların çıxardılmasının sonra duz bənzəri bir maddə olan natron ilə ölünün içi doldurulur və ölü yanlamasına yatırdılar. Beləliklə, bədən içində qalan mayelərin çölə axması təmin edilər. Mumiyalama əməliyyatı üçün bədənin tamamilə qurumuş olması lazımdır.
  • Çıxardılan iç orqanlarda ölən adam ilə birlikdə basdırılacağına görə quru olmaları lazımdır və orqanlarda natron ilə mühafizə edilir. Orqanlar lentlər halındakı kətan parçalara sarılaraq kiçik bir tabutun içinə yerləşdirilər. Daha sonra 4 bölməli bir sandığı qoyulur.
  • Ölünün yaxşıca quruması üçün 70 gün gözlədilər və 70 gün sonra cəsəd yaxşıca büzüşmüş olar. Bu mərhələdə bədənin daxili və xarici gözəl qoxulu yağ və ədviyyatlarla yuyunar.[19]
  • İlk olaraq mumiyanın başı lentlər halındakı kətan parçalar ilə yağlanarak sıx sarılar. Bunun səbəbi ölən adamın həyatdakı görünüşünü yenidən əldə etməkdir. Mumiyalanan ölü qiymətli daş-qaşla ilə sarılmağa davam edilir.
  • Ölünün bütün bədəni həyatındakı ölçülərinə çatana qədər kətan parça ilə sarılmağa davam edilir. Mumiyalama əməliyyatı olduqca kompleks bir işdir və bir həftəyə qədər davam etməkdədir.
  • Bədənin kətan parçalar ilə tamamilə sarılması bitdikdən sonra ölən adamın üz qisimi bir maska ilə örtülür. Maskalanan mumiya yaldızla örtülmüş taxta bir tabuta yerləşdirilərək "Sarcophagus" adı verilən Sarkofaqa yerləşdirilir.
border=none Əsas məqalə: Kanop

Kanop (yun. Κάνωβος, lat. Canopus) — gəcdən hazırlanmış, qapağı insan ya heyvan başı formasında olan ritual qab, Qədim Misirdə mumiyalanmaq üçün cəsəddən xaric edilmiş daxili orqanları saxlamaq üçün istifadə olunan küp. Daxili orqanlar çıxarılıb, yuyulub təmizləndikdən sonra Kanob balzamı (buna görə də küp kanop adlandırılmışdır) doldurulmuş qablara yığılaraq saxlanılırdı. Əsasən kanop qapaqları Horun dörd oğlunun şərəfinə onların baş fiqurları formasında hazırlanırdı: insan başlı Amset, çaqqal başlı Duamutef, pavian başlı Hapi və şahin başlı Kebexsenuf:

  1. Misir sözünün mənası Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Nedir.az saytında
  2. "Online Etymology Dictionary: mummy". etymonline.com. 2017-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 Noyabr 2013.
  3. "Origin of word "mummy"". Dictionary.reference.com. 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 Mart 2012.
  4. Тураев Б. А.(ru) Мумия // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). — СПб., 1890—1907.
  5. OED, "Mummy, 1", citing Hakluyr's "Voyages, II, 201"
  6. А. Вайзер. Каннибалы — мы? Боже упаси! // Geo. — 2011. — № 11. — С. 144—145.
  7. Çinçorro qəbiləsinin axtarışları Arxivləşdirilib 2022-08-05 at the Wayback Machine Vokrugsveta.ru saytında
  8. Bartkusa, Luke; Amarasiriwardena, Dulasiri; Arriaza, Bernardo; Bellis, David; Yañez, Jorge (2011). "Exploring lead exposure in ancient Chilean mummies using a single strand of hair by laser ablation-inductively coupled plasma-mass spectrometry (LA-ICP-MS)". Microchemical Journal 98 (2): 267–274.
  9. Çiliyanın Çinçorro qəbiləsinin mumiyaları Arxivləşdirilib 2015-03-18 at the Wayback Machine Secrets-world.com saytında
  10. "The Egyptian Mummy". Penn Museum. 2015-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 Noyabr 2013.
  11. Бадж У. Мумия. Материалы археологических исследований египетских гробниц. — М., 2001.
  12. "Egyptian Animals Were Mummified Same Way as Humans". news.nationalgeographic.com. 2018-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 Noyabr 2008.
  13. Mumiya haqqında maraqlı Arxivləşdirilib 2014-05-25 at the Wayback Machine Secrets-world.com saytında
  14. Рак И. В. Легенды и мифы Древнего Египта. — СПб., 1997.
  15. Шоу Я. Древний Египет. — М., 2006.v
  16. Mumiya Arxivləşdirilib 2021-08-03 at the Wayback Machine 1001vopros.com saytında
  17. Jones J. Towards Mummification: New Evidence for Early Development. // Egyptian Archaeology. 2002. 21.
  18. Lupton C. «Mummymania» for the Masses — is Egyptology Cursed by the Mummy’s Curse. // Consuming Ancient Egypt. — L., 2003.
  19. Mumiya necə düzəldilir Arxivləşdirilib 2010-12-05 at the Wayback Machine Shkolazhizni.ru saytında

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]