Minzələ rayonu
Minzələ rayonu | |
---|---|
Минзәлә районы | |
55°37′ şm. e. 53°08′ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Menzelinsk |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 10 avqust 1930 |
Sahəsi |
|
Əhalisi | |
Əhalisi |
|
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Minzələ rayonu (tatar. Минзәлә районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın şimal-şərqində yerləşir. Respublikanın Alabuqa rayonu və Udmurtiya (Alnaş, Qraxov rayonları), Nijnekamsk su anbarı ilə isə Tatarıstanın Tukay və Əgerce rayonları ilə həmsərhəddir. Rayonun inzibati mərkəzi Minzələ şəhəridir.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Respublikanın Aktanış, Müslüm, Sarman, Tukay, Əgerce rayonları və Udmurtiya (Karakulinski rayonu) ilə həmsərhəddir.
Sahəsi 1919.75 km²-dir. Bu, bütün Tatarıstanın 2.8% ərazisidir. Əkin sahələri ümumi ərazinin 45% -ni, meşə 12% -ni, otlaqlar 8% -ni, çəmənliklər 24% -ni təşkil edir. Nijnekamsk su anbarının qurulması nəticəsində rayon torpaqlarının bir hissəsi su altında qalmışdır.
Ümumilikdə rayonun iqlimi respublikanın iqliminə bənzəyir. İqlimi mülayim kontinentaldır.
Üstünlük təşkil edən torpaqlar: çəmənlik, karbonatlı qara və boz meşə.
Relyef əsasən düzənlikdir. Rayonun qərbində hündürlük 300 m-ə qədərdir.
Tarixi
[redaktə | mənbəni redaktə et]1920-ci ilə qədər rayonun ərazisi Ufa vilayətinin Minzələ qəzasının tərkibində idi. 1920-ci ildə Minzələ qəzası yeni qurulan Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının tərkibinə daxil olur.
Rayon 10 avqust 1930-cu ildə təsis edilmişdir.
Əhali
[redaktə | mənbəni redaktə et]- Urbanizasiya
Şəhər şəraitində (Minzələ şəhəri) rayon əhalisinin 60,82% -i yaşayır.
- Milli tərkib
Rayon əhalisi tatarlar (60,1%), ruslar (35,4%) və marilər (2,7%) ibarətdir[2]. Dini baxımından əhalisi müsəlman və provaslavdır.
Yerli özünü idarəetmə
[redaktə | mənbəni redaktə et]Mendeleyevsk rayonu ərazisinə 1 şəhər və 19 kənd inzibati vahidliyi daxildir. Rayon ərazisinə ümumilikdə 70 yaşayış məntəqəsi daxildir[3].
Nəqliyyat
[redaktə | mənbəni redaktə et]Yol şəbəkəsi zəif inkişaf etmişdir. Rayon ərazisi M-7 (Volqa) "Moskva - Kazan - Ufa" magistral yolu ilə kəsişir. Digər əsas yollar: Minzələ - Kadryakovo - Yultimerovo (Sarman, Əlmət) və Yuxarı Yuşad - Yuxarı Tabun (Muslin).
Kama çayı vastəsi ilə gəmiçilik mümkündür. Dəmir yolları şəbəkəsindən məhrumdur. Minzələnin qərb hissəsində hava limanı vardır.
KİV
[redaktə | mənbəni redaktə et]Rayon ərazisində rus və tatar dillərində “Minzələ” adlı qəzet buraxılır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
- ↑ "Всероссийская перепись населения 2010 года. Национальный состав населения Республики Татарстан" (PDF). 2012-11-21 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2021-08-29.
- ↑ "Закон Республики Татарстан от 31 января 2005 года № 50-ЗРТ «Об установлении границ территорий и статусе муниципального образования "Мензелинский муниципальный район" и муниципальных образований в его составе»". 2016-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-15.