Menes

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qədim Misir fironu
Menes
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Menes (Ərəbcəمينا; Qədim Yunan diliΜήνης;[1] Misir diliMeni; təq. e. ə. 3200-cü illərtəq. e.ə. 3125) — bəzi tarixçilərə görə Misirin Erkən padşahlıq dövrünün ilk hökmdarı olduğu qeyd olunan firon[2]. Antik Misirdə haqqında bir çox mübahisə olan bir firon olaraq önə çıxır.

Xüsusən Narmer Tabletlərinin tapılmasından öncə Aşağı və Yuxarı Misirin birləşdiricisi və əsl mənada ilk Misir fironu olduğu düşünülən Menesin haqqında adı keçən tabletlərdə heç bir şəkildə məlumat olmaması, önəmli bir mübahisə yaratmış və günümüzdə bir çox tarixçi bu arxeoloji tapıntılar nəticəsində, Narmerin ilk firon və Misirin birləşdiricisi olduğu mövzusunda görüş birliyi içərisindədir.

Tarixi qeydlərin çox dəqiq olmaması və fərqli firon siyahılarında görülən fərqliliklər səbəbilə, günümüzdə Menesin, Narmer və ya Hor-Ahaya aid bir ad olduğu və Antik Misirdəki məşhur Memfis şəhərinin qurucusu olduğu düşünülür.

Bəzi fironlar siyahısında Min və ya Meni deyə adlandırılmış olan Menesin Manethonun kitabından 62 il hökm sürdüyü və bir begemot tərəfindən öldürüldüyündən bəhs olunur. Ayrıca Nil çayının su səviyyəsini ölçməyə yarayan nilometri də onun icad etdiyi önə sürülür.

  1. Edwards 1971: 11
  2. Beck et al. 1999
Ümumi
  • Edwards, I. E. S. "The Cambridge Ancient History". 1. Cambridge University Press. 1971.
  • . ISBN 0-395-87274-X.
  • Heagy, Thomas C., "Who was Menes?", Archeo-Nil, 24, 2014: 59–92. [1]
Xüsusi