Malkolmiya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Malkolmiya
Elmi təsnifat
Beynəlxalq elmi adı

Malkolmiya (lat. Malcolmia) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi.

Bu cinsin Azərbaycanda yabanı halda 4 növü yayılmışdır. Dekorativ gülçülükdə əsasən dəniz sahili malkolmiyası (M.maritima) növündən istifadə olunur. Bəzən bu növ dəniz xeyrantusu da (cheiranthus maritimus) adlanır.Malkolmiya hündürlüyü 25 sm-ə çatan, xırda, lansetəoxşar yarpaqlı və müxtəlif: ağ, mavi, bənövşəyi, yasəmən, çəhrayı, qırmızı, sarı rəngli güllər açan bitkidir. Güllərin rənglərinə görə fərqlənən çoxsaylı sortları vardır. Malkolmiya torpağa tələbkardır, onu əkməzdən əvvəl torpağa gübrə vermək lazımdır. Bitkinin toxumlarını 10 sm məsafədə torpağa əkməklə çoxaldırlar. Malkolmiya yarımkölgə yerdə yaxşı bitir. Qələmlər üçün anabitkinin gövdəsində tumurcuqlu zoğlar yararlıdır.

  1. Al-Shehbaz I. A. A generic and tribal synopsis of the Brassicaceae (Cruciferae) (ing.). // Taxon: Official News Bulletin of the International Society for Plant Taxonomy Utrecht: IAPT, Wiley, 2012. Vol. 61, Iss. 5. P. 934. ISSN 0040-0262; 1996-8175 doi:10.1002/(ISSN)1996-8175