45°12′36″ şm. e. 28°21′21″ ş. u.HGYO

Maçin dağları

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Maçin dağları
Ümumi məlumatlar
Mütləq hündürlüyü 467 m
Sahəsi 111.5 km²
Yaranma dövrü 300-400 milyon il əvvəl
Süxurları qranit
Yerləşməsi
45°12′36″ şm. e. 28°21′21″ ş. u.HGYO
Ölkə  Rumıniya
Maçin dağları xəritədə
Maçin dağları
Maçin dağları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Maçin dağları (rum. Munții Măcin, həmçinin Maçin yüksəkliyi) — Rumıniyanın şərqində qədim və çox parçalanmış dağ silsiləsi. Maçin dağları ölkənin tarixi-mədəni bölgəsi olan Dobrucada yerləşir. Yüksəklik yetərincə quraq çöl landşaftına malikdir. Silsiləni cənub şırqdən Qara dəniz, şimal şərqdən isə Dunay çayının aşağı axarı əhatə edir. Güclü külək eroziyasının üstünlük təşkil etdiyi bu ərazidə quru və dəniz arasında kəskin temperatur fərqidə müşahidə edilir.[1] Küləyin işi ərazidə bir çox geoloji abidələrin meydana gəlməsinə səbəb olmuşdur: "Pinqvin", "Dobrucalı dinozavr" qayaları buna misaldır. Qranitdən ibarət dərələrin arası gilli və gillicəli çöküntülərlə dolmuşdur. Silsilənin cənub-şərqində kristallik əhəng daşları, metomorfik süxurlar, qumdaşları və şistlər üstünlük təşkil edir.[2] Maçin dağları cənudan tədricən Bolqarıstanın şimalında yerləşən Ludoqor yaylasına keçir.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Maçin dağları Rumıniyanın ən qədim ərazisi hesab olunur. Silsilə 400 milyon il əvvəl, Paleozoy erasının ikinci yarısında, daş kömürperm dövrlərində, hersin qırışıqlığında formalaşıb. Silsilənin ən yüksək zirvəsi Qreç zirvəsidir (467 m). Bundan başqa bir neçə zirvə də mövcuddur: Priopça (410 m), Yakova (341 m). Avropada yeganə quru-çöl ərazisi olan Maçin dağlarının orta illik yağıntı miqdarı 400–500 mm-dir. Çay şəbəkəsi zəifdir. Az sulu Taisa (57 km), Telisa (48 km), Slava (38 km) ərazinin ən uzun çaylarıdır. İyun ayının orta temperaturu + 22 °C, yanvarın isə - 1,5 °C-dir. Maçın dağları ərazisində Maçin Milli parkı yaradılıb.[2]

Tarixi özəlliyi

[redaktə | mənbəni redaktə et]

Maçin dağlarının şimal hissəsində kiçik Maçin qəsəbəsi yerləşir. Məhs bu yerdə, 28 iyun 1791-ci ildə Maçin döyüşü baş vermişdir. Rusiya-Osmanlı müharibəsi illərində bu dağlıq ərazi mühüm müdafiə ərazisi hesab olunurdu. 1878-ci ildən Maçın dağları rəsmən Rumıniya ərazisinə daxil edilmişdir.

  1. "Munţii Măcinului". 2011-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-14.
  2. 1 2 "Национальный парк Мачинские горы". 2018-02-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-14.