Monumental boyakarlıq
Monumental boyakarlıq və ya muralizm — memarlıqla bağlı olan, lakin müstəqil ideya məzmunu və bədii ifadə vasitələrinə malik iri boyakarlıq əsərləri. Monumental boyakarlığa süjetli pannolar, mozaika və ya freskalardan ibarət divar rəsmləri daxildir.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]Monumental boyakarlıq Qədim Misir, Çin, Hindistan, Yunanıstan və Roma incəsənətində mühüm yer tutmuşdur. Bizans və Qədim Rus incəsənətində təsviri sənətin ən geniş yayılmış növü monumental boyakarlıq olmuşdur. Monumental boyakarlığın çiçəklənmə dövrü XIV–XVI əsrlərə təsadüf edir. İtaliyada Renessans dövrünün görkəmli rəssamlarının (Cotto, Rafael, Leonardo da Vinçi, Mikelancelo, Veronoze və b.) yaradıcılığında özünün yüksək inkişaf səviyyəsinə çatmışdı. Monumental boyakarlıq orta əsrlərdə Şərq ölkələrində də geniş yayılmışdı (Hindistanda Acanta, Orta Asiyada Pəncikənd və s.). Kapitalizm dövründə, xüsusilə XIX–XX əsrin əvvəllərində monumental boyakarlıq tənəzzülə uğramışdır. Müasir dövrdə monumental boyakarlıq Avropanın və Latın Amerikasının bir çox ölkəsində (xüsusilə Meksikada Dieqo Rivera, Xose Klemente Orosko, Xose David Alfaro Sikeyros və başqalarının yaradıcılığında) geniş yayılmışdır.[1]
Azərbaycanda
[redaktə | mənbəni redaktə et]İslam dininin məhdudlaşdırıcı təsirinə baxmayaraq, Azərbaycanda da monumental boyakarlıq əsərləri yaradılmışdı (Şəki xanları sarayının divar rəsmləri və s.). SSRİ hakimiyyəti dövründə Azərbaycanda monumental boyakarlıq yenidən inkişaf etmişdir. 1980-ci illərdə yaradılan böyük memarlıq komplekslərinin, mədəniyyət saraylarının, klubların, dəmiryol və metro stansiyalarıın, mehmanxana və istirahət ocaqlarının memarlıq və bədii-estetik həllində monumental boyakarlıq əsərlərindən geniş istifadə olunur.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 Монументал бојакарлыг // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 56.
Əlavə ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Отто Демус. Мозаики византийских храмов. Принципы монументального искусства Византии / Пер. с англ. Э. С. Смирновой. ред. и сост. А. С. Преображенский.
- Campbell, Bruce. Mexican Murals in times of Crisis. Tucson: University of Arizona Press. 2003. ISBN 0-8165-2239-1.
- Folgarait, Leonard. Mural Painting and Social Revolution in Mexico, 1920-1940: Art of the New Order. Cambridge: Cambridge University Press. 1998. ISBN 0-521-58147-8.
- Rouse, E. Clive. Mediaeval Wall Paintings. Guildhall: Shire Publications. 1996.
- Woods, Oona. Seeing is Believing? Murals in Derry. Guildhall: Printing Press. 1995. ISBN 0-946451-31-1.
- Latzke, Rainer Maria. Dreamworlds- The making of a room with illusionary painting. Monte Carlo Art Edition. 1999. ISBN 978-3-00-027990-4.
- Rubanu, Pietrina. Murales politici della Sardegna : guida, storia, percorsi. Massari Editore. 1998. ISBN 8845701018.