Mərkəzi venoz kateter

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Daxili vidaci venanın kateterizasiyası

Ultrasəs müayinəsi altında daxili vidaci venanın punksiya və kateterizasiyası
MeSH D062905
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mərkəzi venoz kateter qısa olaraq MVK (ing. CVC - central venous access catheter, alm. ZVK - Zentralvenöser Katheter‎) intensiv infuzion terapiyanı aparmaq, mərkəzi venoz təzyiqi ölçmək məqsədilə mərkəzi vena damarlarına: yuxarı boş venaya açılan sağ və sol daxilixarici vidaci venalara, aşağı boş venaya açılan sağ və sol qalça venalarına yeridilmək üçün nəzərdə tutulmuş süni plastik nazik bir boru. MVK bir, iki, üç və s. lüləli ya mənfəzli olurlar. Periferik venadaxili kateterdən vərqli olaraq, mərkəzi venoz kateter yüksək faizli elektrolitlərin xüsusən KCl məhlulunun, parenteral qidalandırıcı məhlulların, qan və qanəvəzedici preparatların yeridilməsi, katoxolamin terapiyasının aparılması, mərkəzi venoz təzyiqin ölçülməsi, laborator müayinələr üçün dəfələrlə qanın alınması üçün daha əlverişlidir.

Qoyulma metodları

[redaktə | mənbəni redaktə et]

Seldinger texnikasının icrası üçün xüsusi punksiyon iynə-şpris, mandren - istiqamətləndirici tel, dilotator - genişləndirici və katheterdən istifadə olunur. Standartlara uyğun olaraq punksiya olunan nahiyyə dezinfeksiya olunaraq sterill materialla izolə edilir. Şpris taxılmış punksion iynə aspirasiya olunmaq şərti ilə damar istiqamətində yeridilir. Damar əldə edilərkən şprisə dərhal qan aspirasiya olunur. Bu zaman iyhə fiksə olunaraq şpris azad olunur. Punksion iyhənin proksimal mənfəzindən mandren - istiqamətləndirici elastik tel daxil edilir vä iynä xaric edilir. Giriş qapısını və yolunu (dəri səthindən damara qədərki məsafə) mandrendən keçirilmiş dilatator vasitəsi ilə spiral şəklində burmaqla yeridilərək genişləndirilir və dərhal xaric edilir. Sonuncu mərhələdə isə kateter elasik teldən keçirilməklə mandren boyunca damara yeridilir. Bununla da Seldinger üsulu ilə kateterizasiya icra edilmiş olunur. Hal hazırda müdaxilə icra edilərkən baş verə biləcək fəsadlardan qaçılmaq üçün punksianın ultrasəs müayinəsi altında aparılır. Ultrasəs müayinəsi ilə damarların aşkar edilməsi punksiyanı xeyli asandlaşdırmış olur.

Qoyulduğu venalar

[redaktə | mənbəni redaktə et]