I Teymuraz
I Teymuraz | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum adı | თეიმურაზ I |
Doğum tarixi | 1589[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 1663[1][2] |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | şair |
Ailəsi | Baqrationi |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
I Teymuraz (gürc. II თეიმურაზ; 1589[1][2], Tiflis – 1663[1][2], Qorqan) — Baqrationilər sülaləsindən olan Kaxeti çarı. I Teymuraz hakimiyyətə 16 yaşında gəldiyi üçün Kaxeti çarlığı bir müddət anası Ketevan tərəfindən idarə edilmişdir. I Teymuraz həmçinin şair kimi Gürcü ədəbiyyatında önəmli yerə sahibdir.[3]
Həyatı
[redaktə | mənbəni redaktə et]Səfəvi hökmdarı I Abbasın Şərqi Gürcüstan yürüşü səbəbindən I Teymuraz qonşu Kartli hökmdarı ilə birlikdə İmereti çarı II Luarsaba sığındı. 1615-ci ildə I Teymuraz Kaxetiyə geri döndü və Səfəvilərə qarşı üsyana rəhbərlik etməyə başladı. Lakin növbəti il I Abbasın yeni hücumu qarşısında təzədən İmeretiyə sığınmalı oldu.
I Teymuraz və Kartli çarı Georgi Saakadze əvvəl Səfəvilərə qarşı müttəfiq olsalar da, sonradan bu əlaqələr pozuldu. Georgi Saakadze Basaleti döyüşündə I Teymuraz tərəfindən məğlub edildi. Beləliklə, I Teymuraz Kartli-Kaxeti hökümdarı oldu. Həmçinin I Teymuraz I Abbasın vassalı olduğunu qəbu etdi və şah onu hökmdar kimi tanıdı.[4]
I Teymuraz 1632-ci ildə Səfəvilərə qarşı üsyan qaldırdı və Qarabağı qarət etdi.Gürcüstan knyazlarının əksəriyyəti onun bu siyasətini dəstəkləmədilər. Bu vaxt I Abbas vəfatı etdi və hakimiyyətə I Səfi gəldi. I Səfi Teymurazı hakimiyyətdən salaraq onun əvəzinə hakimiyyətə islamı qəbul etmiş Rostomu gətirdi. Teymuraz uzun müddət müqavimət göstərsə də, 1648-ci ildə tamamilə məğlub edildi.
I Teymuraz bir müddət sonra həbs edildi və qısa müddət sonra həbsdə vəfat etdi.
Ədəbi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]I Teymuraz intibah dövrünün görkəmli şairlərindən idi. Onun agioqrafik janrda yazılmış "Ketevaniani" adlı şeiri məşhurdur. Həmçinin romantik janrda yazılmış şeirləri də vardır. Məsələn, "Leyla və Məcnun", "Yusif və Züleyxa", "Gül və bülbül", "Şam və güvə" kimi şeirləri romatik janra daxildir.[5]
Onun bütün əsərləri 1934-cü ildə Tiflisdə A. Baramidze və Q. Cakobiyanın redaktorluğu altında nəşr edilmişdir.
Ailəsi
[redaktə | mənbəni redaktə et]I Teymuraz iki dəfə evlənmişdir. O, Quriya knyazı II Mamiya Quriyelinin qızı Anna Quriyeli və Kartli çarı X Georginin qızı Xoroşan Darecanla evlənmişdir.
Anna Quriyelidən olan uşaqları:
- Levan (1606—1624)
- Aleksandr (1609—1620)
Xoroşan Darecandan olan uşaqları:
- David
- Nestan-Darecan
- Tinatin
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 King of Georgia Tʻeimuraz I // Faceted Application of Subject Terminology.
- ↑ 1 2 3 4 Georgien, König T'eimuraz I. // CERL Thesaurus (ing.). Consortium of European Research Libraries.
- ↑ Rayfield, Donald. The Literature of Georgia: A History. 16 December 2013. ISBN 9781136825293. 5 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 December 2014.
- ↑ Suny, Ronald Grigor (1994), The Making of the Georgian Nation: 2nd edition. Indiana University Press, ISBN 0-253-20915-3. p.51
- ↑ Gvakharia, Aleksandre. Georgia IV: Literary contacts with Persia Arxiv surəti 24 oktyabr 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2007-10-24 at the Wayback Machine. Encyclopædia Iranica Online Edition. Accessed on October 25, 2007.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Ronald Grigor Suny (1994), The Making of the Georgian Nation: 2nd edition. Indiana University Press, ISBN 0-253-20915-3.
- David Marshall Lang, The Last Years of the Georgian Monarchy, 1658-1832. New York: Columbia University Press, 1957.
- (rus.) Вахушти Багратиони (Vakhushti Bagrationi) (1745). История царства грузинского. Возникновение и жизнь Кахети и Эрети. Ч.1. at the Wayback Machine (archived sentyabr 5, 2010) Accessed on October 25, 2007.
- Mikaberidze, Alexander (2007). Teimuraz I. Arxivləşdirilib 2016-02-14 at the Wayback Machine Dictionary of Georgian National Biography. Accessed on October 25, 2007.