Baqrationlar
Baqrationlar | |
---|---|
Ölkə |
|
Hissəsidir | Pakraduni sülaləsi |
Banisi | Adarnase |
Sonuncu hökmdar | XII Georgi |
Əsası qoyulub | 813 |
Soyun kəsilməsi | davam edir |
Milliyyət | Gürcü |
Titullar | |
İberiya kral Kaxetiya kralı Tao Klarceti knyazı & kralı Gürcüstan kralı Kartli kralı İmeretiya kralı Kartli-Kaxetiya kralı |
|
Vikianbarda əlaqəli mediafayllar |
Baqrationlar[1] və ya Baqrationilər[2] (gürc. ბაგრატიონები) — Gürcüstanın qədim kral nəsli; Gürcüstanın bir çox, Rusiyanın isə bir neçə nəfər görkəmli dövlət və hərbi xadimi bu nəsildən çıxmışdı. Gürcü tarixi mənbələrində Baqrationilərin xronologiyası VI əsrdən hesablanır.[3] Bəzi mənbələrə görə Avropada ən qədim kral nəslidir.[4][5][6][7][8]
Milli mənşəyi
[redaktə | mənbəni redaktə et]Qədim erməni mənbələrinə görə Baqrationilər Hay nəslindəndirlər, qədim gürcü mənbələrində isə Baqrationilər Farnavaz nəslinin davamçıları hesab edilir. Həmçinin, erməni mənbələri ənənəvi olaraq Baqrationilərin soykökünü İran şahı I Artakserksin dövründə — b.e.ə. V əsrdə, Ermənistan satrapı olmuş yəhudi əsir Şambata (Sumbata) bağlayırlar. Amma daha sonrakı erməni-gürcü mənbələrində bir qayda olaraq Baqrationilər Davud peyğəmbərin (Davud padşahın) törəmələləri hesab edilir.
İlkin Baqrationilər
[redaktə | mənbəni redaktə et]Bu məqaləni vikiləşdirmək lazımdır. |
Orta əsrlərdə
[redaktə | mənbəni redaktə et]XI–XII əsrlərdə Gürcüstan Baqrationilərin hakimiyyəti altında xeyli gücləndi. Kral IV David (Qurucu David) (1089–1125) Gürcüstanı müstəqilliyini bərpa etdi və bütün gürcü torpaqlarını öz hakimiyyəti altında birləşdirdi. O cümlədən, Tiflisi də ələ keçirərək, oranı Gürcüstanın paytaxtı etdi. Onun nəvəsi III Georginin (1156–1184) hakimiyyəti dövründə isə Gürcüstanın ərazisi şimal və şərqə doğru daha da genişləndi.
III Georginin qızı kraliça Tamara (Böyük Tamara) (1184 — təxm.1210/1213) bütün Yaxın Şərqin ən qüdrətli hökmdarlarından biri oldu.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Давид ЫВ Ҝеорҝијевич // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. III ҹилд: Гајыбов—Елдаров. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1979. С. 296.
- ↑ "Çariça çara qarşı. Tbilisi məhkəməsində hökmdar çəkişməsi". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-21.
- ↑ Sumbat Davitis-Dze, The Life and Tale of the Bagratids (ცხოვრებაჲ და უწყებაჲ ბაგრატონიანთა ჩუენ ქართველთა მეფეთასა), see Suny (1994), p. 349; Rapp (2003), p. 337
- ↑ The Curious Case of Ms. Orange, E. J. Edwards, p50
- ↑ Caucasus: The Paradise Lost, Piera Graffer, LoGisma, p85
- ↑ More moves on an Eastern chequerboard, Sir Harry Luke, p71
- ↑ Handbook for Travellers in Russia, Poland, and Finland, John Murray, p322
- ↑ The Chautauquan, Volume 22, Theodore L. Flood, Frank Chapin Bray, 1895, p698