I Ərdəşir
I Ərdəşir | |
---|---|
28 aprel, 224 – 241 | |
Sonrakı | I Şapur |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Tiruda, İstəhr, İran |
Vəfat tarixi | |
Fəaliyyəti | siyasətçi |
Atası | Babək Sasani |
Anası | Mirod |
Uşaqları | |
Dini | Zərdüştilik |
Vikianbarda əlaqəli mediafayllar |
I Ərdəşir Babəkan (fars. اردشیر, lat. Artaxerxes — Sasanilər sülaləsinin ilk nümayəndəsi, şahənşah.
İlk illəri
[redaktə | mənbəni redaktə et]Təbərinin məlumatına görə Ərdəşir 180-ci ildə İstəhrin Tiruda kəndində anadan olmuşdur. Gənc yaşlarında atası Fars knyazı Gozihrdən icazə alaraq onu Darab qalasına göndərmiş, qalanın arqbadı Tiridən sonra Ərdəşir qalanın hakimliyinə gəlmişdir. Get-gedə Ərdəşirin gücü artmış, atası Babək və qardaşı Şapurla birlikdə Gozihri devirmişdilər. Şapurun qəfil ölümündən sonra 222-ci ildə bütün Fars regionuna, Xuzistan və Kirmana hakimlik etməyə başlamışdı.
Hakimiyyəti
[redaktə | mənbəni redaktə et]28 aprel, 224-cü ildə Parfiya hökmdarı V Artabanın ordularını Bəndər Abbas yaxınlığında məğlub edən Ərdəşir özünü şahənşah elan etmişdi. 226-cı ildə Ktesifonda rəsmən tacqoyma mərasimi keçirilmişdi.[1] Ərdəşir Sistan, Qorqan, Mərv, Xarəzm, Bəlx, Bəhreyn və Mosulu ələ keçirmiş, Kuşanı və Məkranı asılı hala salmışdı.
Daxili siyasət
[redaktə | mənbəni redaktə et]Ərdəşir ölkəni mərkəzləşdirdi və mərzbanlıqlara böldü. Zərdüştilik dövlət dini oldu. Xristianlara tolerant yanaşılmağa başlandı.
Xarici siyasət
[redaktə | mənbəni redaktə et]Ərdəşir hakimiyyətə gələndən sonra əsasən Roma ilə problemlər yaşamağa başladı. Ermənistan Arşakilərinin Sasanilərə qarşı müqaviməti Ərdəşiri Romaya hücum etmək qərarına gətirdi. 230-cu ildə Nusaybini mühasirəyə alan Fars orduları Kappadokiyaya qədər gedib çıxmışdı. 232–233-cü illərdə Septimi Severlə olan bir sıra döyüşlərdə Roma ordularını məğlubiyyətə uğratdı və 237-ci ildə nəhayət ki, Mesopotamiyanın şimalını ələ keçirə bildi. 240-cı ildə oğlu Şapuru şərik kimi taxta çıxardı. 242-ci ildə vəfat etdi.
Ailəsi
[redaktə | mənbəni redaktə et]Atası Babək Sasani yerli bir əsilzadə, babası Sasan İstəhr atəşgahının rahibi idi. Nənəsi isə Bəzrəngilər ailəsinə mənsub idi. Şapur və Balaş adlı iki qardaşı vardı.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ MacKenzie, David Niel (1998). "Ērān, Ērānšahr". Encyclopedia Iranica 8. Costa Mesa: Mazda.