Hirkan ağcaqayını
Hirkan ağcaqayını | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Hirkan ağcaqayını |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Hirkan ağcaqayını (lat. Acer hyrcanum) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinə aid bitki növü.
Ümumi yayılması
[redaktə | mənbəni redaktə et]Kiçik Asiya, Rusiya (Dağıstan), Türkiyə, Livan, Balkan ölkələri və İranda təbii arealı vardır.
Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]Böyük və Kiçik Qafqazda Alazan-Əyriçay vadisində, Naxçıvan MR və Talış dağlarında (Diabar) meşələrin tərkibində təbii halda yayılmışdır. Statusu: Azərbaycanın nadir bitkisidir. NT.
Bitdiyi yer
[redaktə | mənbəni redaktə et]Aşağı dağ qurşağından yuxarı dağ qurşağına qədər əhəngli və işıqlı quru yamaclarda yayılmışdır.
Təbii ehtiyatı
[redaktə | mənbəni redaktə et]Təbiətdə arealı geniş deyildir.
Bioloji xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Təbiətdə 18 m-ə qədər hündürlüyü və 30 sm-ə qədər diametri olan ağacdır. Cavan zoğları qırmızımtıl-qəhvəyi, yaşlı budaqları boz-qonur rəngdədir. Tumurcuqları qəhvəyi rəngdədir. Yarpaqları ilk vaxtlar sarımtıl tükcüklərlə örtülü olur, sonralar isə çılpaqlaşır. Yarpaqları 5 dilimli, 10–12 sm enində, 5–10 sm uzunluqdadır, qaidəsi ürəkvarıdır. Üstdən tünd yaşıl, altdan ağımtıl və ya sarımtıl rəngdə olub, cavan vaxtı sıx tükcüklərlə örtülü olur. Sonradan bu tükcüklər tökülərək ancaq əsas yarpaq damarlarının künclərində xal şəklində qalmış olur. Dilimləri enli, uzunsov-yumurtavari, itiucludur. Küt, itidişlidir. Çiçəkləri bir yerə toplaşmış qrup halında olur. Çiçəkləri xırda başlıq formasından, meyvə əmələ gəldikdə isə bir yerə sıxılmış çiçək qrupundan ibarətdir. Kasa yarpaqları çılpaq, tərs yumurtavarı olub, 3,5 mm uzunluqdadır.
Ləçəkləri sarımtıl-xırda olub, kasa yarpaqlardan bir qədər uzundur. Erkəkcikləri ləçəklərdən iki dəfə uzundur. Qanadlı meyvələri çılpaq, 2,5–4,5 sm uzunluqda olub, demək olar ki, paralel yerləşmişdir. Bəzən qanadlarının kənarları ilə bir-birinə toxunmuş olur. Qanadlar sarımtıl-qonur rəngdədir. Meyvə yuvası hamar, parlaq qəhvəyi rəngdədir. İyul ayında çiçəkləyir, sentyabrda meyvə verir.
Çoxalması
[redaktə | mənbəni redaktə et]Toxum və kök pöhrələri ilə çoxalır.
Təbii ehtiyatının dəyişilməsi səbəbləri
[redaktə | mənbəni redaktə et]Başlıca olaraq insan fəaliyyətidir.
Becərilməsi
[redaktə | mənbəni redaktə et]Əsasən toxumla çoxalır.
Qəbul edilmiş qoruma tədbirləri
[redaktə | mənbəni redaktə et]Qəbul edilmiş qoruma tədbiri yoxdur.
Zəruri qoruma tədbirləri
[redaktə | mənbəni redaktə et]Azərbaycanın "Qırmızı Kitabı"na salınması və mühafizə edilməsi zəruridir.