Half-Life (oyun seriyası)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Half-Life seriyası
The text "Half-Life"
Seriyanın loqosu; Yunan əlifbasından olan lyamda videooyunun simvolu hesab olunur.
JanrlarBirinci-şəxs atıcı
YaradıcılarValve Corporation
Gearbox Software
NəşrçilərSierra Entertainment
Valve Corporation
Electronic Arts
İlk buraxılışHalf-Life
1998

Half-Life (azərb. yarımçevrilmə dövrü‎) — Valve korporasiyası tərəfindən hazırlanılan və birinci-şəxs atıcı janrında olan videooyun seriyası. Seriyanın rəsmi simvolu yunan hərfi - λ lyambdadır.

Seriya oyunlarının əksəriyyətinin süjeti fizik Qordon Frimanın macərası əsasındadır. Ssenari cərəyan etdikcə oyunçu anlayır ki, yalnız doktor Friman Planeti gəlmələrin əsarətindən xilas etməyə qadirdir.

Seriya xüsusi düşünülmüş dizaynı, xüsusi oyun prosesi və qeyri-adi tarixçə forması ilə fərqlənir. Qəhrəman təkbaşına ətrafda baş verən hadisələrə varmalı, faktları açmalı və özü oyun dünyasında nələrin baş verdiyini anlamalıdır.

Seriyanın bir çox oyunu dövrünün ən yaxşı oyunu seçilmiş və bütün zamanlar ərzində yaradılmış ən mükəmməl videooyunlar sırasına daxil olmuşdur.

Seriya oyunlarının çoxusunun süjeti oyunçuya doktor Qordon Frimanı qəhrəman obrazı kimi təqdim edir. Friman insanlar ilə inkişaf etmiş yüksək texnologiyalı və Yeri ələ keçirmək istəyən gəlmələr arasında böyük müharibəyə cəlb olunmuş olur.

Seriya oyunları birinci-şəxs atıcı janrında hazırlanılıb və çoxlu sayda elədə çətin olmayan tapmaca hissələrdən ibarətdir (qapalı qapının açılması, qatarın getməsi üçün səddin qaldırılması və sair). Bu xüsusiyyət daha çox 1998-ci ildə buraxılmış I hissəyə (Half-Life) xasdır. Oyunlar bir xəttli olub, adətən skriptlərdə əsaslanır. Yəni müttəfiq və ya düşmənlərin yaranmağı və ya ümumi oyun hadisələrinin baş verməsi proqramlaşdırılmışdır.

Bundan əlavə seriyanın süjetləri olduqca orijinaldır. Bir çox digər oyunlardan fərqli olaraq burada oyun süjeti oyunçuya tam açılmır. Oyunun mahiyyətini anlamaq üçün oyunçu gərək onu əhatə edən vəziyyəti izləyə və diqqətlə dialoqları dinləyə. Yalnız bu halda oyunçu oyunun ümumi şəklini təsəvvür edə bilər və oyunun məğzini anlaya bilər. Seriyanın ən böyüş xüsusiyyətlərin biri oyundakı missiyaların olmamasıdır. Formal olaraq missiyalar var və onları seçmək də olur. Ancaq digər oyunlardan fərqli olaraq aralarında fərqləndirici çarxlar və ya xüsusi keçidlər yoxdur.

Baş qəhrəmanlar

[redaktə | mənbəni redaktə et]
  • Qordon Friman — seriyada baş qəhrəman. O, Qara Meza-da işləyən və insidentdən sonra laboratoriyadan xilas olmağa çalışan fizik-teoretikdir. Oyun zamanı Friman böyük şücayət göstərir və Yeri Zen dünyasının gəlmələrindən xilas edir. Buna baxmayaraq oyunun sonunda məlum olur ki, bütün cəhdlər boş imiş və Yerin əsarətə alınması labüd bir proses idi. Half-Life 2-də Qordon gözlənilmədən insanlar üçün bir növ liderə və xilaskara çevrilir və onları Alyans ilə mübarizəyə ilhamlandırır. Friman G-man üçün çox vacib adam olur və onu hətta I hissənin sonunda işə qəbul edir (Qordonu az qala fakt qarşısında qoyur). Maraqlısı odur ki, Firman bütün oyun boyu bir dəfə də olsun söz demir.
  • Adrian ŞepardOpposing Force əlavəsinin baş qəhrəmanı. Şepardı HECU xüsusi təyinatlısı kimi gəlmələrin tam məhvi üçün Qara Mezaya yollayırlar. Ancaq tezliklə o, öz qrupundan aralanır və başa düşür ki, kompleksdən öz gücü hesabına qurtulmalıdır. Bu zaman ərzində Adrian dünyanı İrq X-in hücumundan xilas edir və G-man-ın əlinə keçir. Sonda G-man Adrian Şepardı stazisə yerləşdirir.
  • Barni KalxaunBlue Shift əlavəsinin baş qəhrəmanı və Half-Life 2-dən başlayaraq seriyanın əsas personajlarından biri. Qara Mezada o adi mühafizəçi işləyib və insidentdən sonra bir qrup alim ilə kompleksi sağ tərk etməyə çalışır. Half-Life 2-də Barni Alyans əsgərlərinə qarşı casus olur, sonra isə açıq şəkildə "Müqavimət" hərəkatına qoşulur.
  • Kollet QrinCina Kros — üçüncü əlavə Decay-ın qəhrəmanlarıdır. Qrin və Kros Qara Mezada Frimanın həmkarları olublar. Məlum insidentdən sonra ona macərasında uzaqdan yardımçı olublar.
  • ÇellPortal videooyunun baş qəhrəmanı.

Half-Life 1 dövrü

[redaktə | mənbəni redaktə et]
Yuxarıdan aşağı: orijinal Half-Life, Opposing ForceBlue Shift
  • Half-Life — professor Qordon Friman tərəfindən aparılan vacib təcrübə zamanı nəsə səhv gedir və yerə Zen adlı paralel dünyadan müxtəlif aqressiv məxluqlar keçməyə başlayır. Özünün sınaqlar üçün mükəmməl qoruyucu geyimi sayəsində Friman sağ qalır və portalı bağlayıb, Yeri xilas edən yeganə adama çevrilir.
  • UplinkHalf-Life-ın demo versiyası. Özündə final versiyadan ən sonda kəsilmiş mərhələləri də birləşdirir. Mərhələnin süjeti ondadır ki, Friman Lyamda kompleksinin qapılarını açmaq üçün gərək elektron siqnalları yollaya.
  • Opposing Force — oyundakı hadisələr Half-Life süjeti ilə paralel cərəyan edir. Kapral Adrian Şepard HECU xüsusi təyinatlı qrupu tərkibində Qara Mezaya bütün personalı və gəlmələri məhv etmək üçün yollanılır. Ancaq kompleskdə xüsusi təyinatlılar onları sayca üstələyən gəlmələr ilə rastlaşırlar.
  • Blue Shift — oyundakı hadisələr Opposing Force kimi Half-Life süjeti ilə paralel cərəyan edir. Qara Mezanın bir çox əməkdaşları kimi Barni Kalxaun adlı mühafizəçi də gəlmələrlə dolu laboratoriyada ilişir. Bir neçə nəfər alim ilə o, Qara Mezadan qurtulmağa çalışır.
  • DecayPlayStation 2 üçün çıxan (2008-ci ilə PC-yə portlaşdırılıb) və yenə Half-Life-ı başqa nəzərdən göstərən əlavə. Oyunun baş qəhrəmanları Qordon Frimanın həmkarları - doktor Cina Kros və Kollet Qrindir. Onlar Frimana Lyamda kompleksinə keçmək üçün yardım edirlər.

Half-Life 2 dövrü

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]