Homo habilis

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Homo habilis
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
Klad:
Sinifüstü:
Klad:
Yarımsinif:
İnfrasinif:
Maqndəstə:
Dəstəüstü:
Qranddəstə:
Mirdəstə:
Dəstə:
Yarımdəstə:
İnfradəstə:
Parvdəstə:
Fəsiləüstü:
Fəsilə:
Yarımfəsilə:
Cins:
???:
Homo habilis
Beynəlxalq elmi adı
  • Homo habilis[1]

Homo habilis, bacarıqlı insan — əmək alətləri hazırlaya bilən, dik qamətlə yeriyə bilən ən qədim insan.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Kəllə sümüyünün həcmi Avstralopitekdən iki dəfə böyükdür.[mənbə göstərin] Şimpanzeyə bənzəyən meymun növü olan Avstralopitekdən bugünkü insandan fərqlənməyən skeletə malik Homo erectusa keçid isə təkamül nəzəriyyəsinə görə də mümkün deyil. Bu səbəbdən, "əlaqə"lər, yəni "ara keçid forma"lar lazımdır. Homo habilis anlayışı da məhz bu zərurətdən doğmuşdur.

Bacarıqlı insanın beyin həcmi - 600—700 sm³,[2]. boyu - 1,2 metrə qədər,[3], çəkisi -40-50 kq. təşkil edirdi.[3].

Homo habilis 1960-cı ilin noyabrında [4] "fosil ovçuları" olan Meri Liki və Luis Liki tərəfindən ortaya atıldı. Likilərə görə, Homo habilis kimi tərif etdikləri bu yeni canlı növü dik yerişə, nisbətən böyük beyinə, daş və taxtadan alət hazırlayıb istifadə etmək qabiliyyətinə sahib idi. Bu səbəbdən, insanın əcdadı ola bilərdi.

Halbuki eyni növə aid 1980-ci illərin sonunda tapılan qalıqlar bu fikri tamamilə dəyişdirdi. Yeni tapılan qalıqlara əsaslanan Bernard VudLorinq Breys kimi tədqiqatçılar onların "alətdən istifadə edən insan" mənasını verən Homo habilis əvəzinə "alət istifadə edən Cənubi Afrika meymunu" mənasını verən Australopithecus habilis adlandırılmasını irəli sürdülər. Çünki Homo habilis Australopithecus adlandırılan meymunlarla bir çox ortaq xüsusiyyətə malik idi. Avstralopitek kimi uzun qollu, qısa ayaqlı və meymunabənzər skelet quruluşu var idi. Əl və ayaq barmaqları dırmaşmağa uyğun idi. Çənə quruluşu eynilə dövrümüzdəki meymunlarınkına bənzəyirdi. 630 sm³-lik beyin həcmi də onların meymun olduğunu göstərirdi. Bir sözlə, bəzi təkamülçülər tərəfindən ara keçid forma adlandırılan Homo habilis əslində bütün digər avstralopiteklər kimi nəsli kəsilmiş meymun idi.

Sonrakı illərdə aparılan tədqiqatlar Homo habilisin həqiqətən də Avstralopitekdən fərqli canlı olmadığını aşkar etdi. 1984-cü ildə Tim Vayt tərəfindən tapılan və OH62 adlandırılan skelet və kəllə sümüyü qalığı bu növün dövrümüzdəki meymunlarınkı kimi kiçik beyinə, budaqlara dırmaşmağa yarayan uzun qollara və qısa ayaqlara malik olduğunu göstərdi.

Amerikalı antropoloq Holi Smitin 1994-cü ildə apardığı dəqiq təhlillər də Homo habilisin əslində "homo", yəni insan deyil, meymun olduğunu göstərdi. Smith Australopithecus, Homo habilis, Homo erectus və Homo neandertalensis növlərinin dişləri üzərində apardığı təhlillər haqqında belə deyirdi: Eyni ildə Fred Spur, Bernard VudFrans Zonveld adlı üç anatomiyaçı tamamilə fərqli üsulla tədqiqat apararaq eyni nəticəyə gəldilər. Bu üsul insan və meymunların daxili qulaqlarında olan və müvazinətin təmin olunmasına xidmət edən yarımdairəvi kanalların müqayisəli təhlili idi. Spur, Vud və Zonveld gəldikləri nəticəni belə yekunlaşdırdılar: Dişlərin inkişafı və quruluş meyarına əsaslanaraq etdiyimiz təhlillər Australopithecus və Homo habilis növlərinin Afrika meymunları ilə eyni kateqoriyaya aid olduğunu, lakin Homo erectusNeandertal növlərinin dövrümüzdəki insanlarla eyni quruluşa malik olduğunu göstərir.

  1. Holly Smith, American Journal of Physical Antropology, cild 94, 1994, səh. 307-325.
  2. Fred Spoor, Bernard Wood & Frans Zonneveld, "Implications of Early Hominid Labyrinthine Morphology for Evolution of Human Bipedal Locomotion", Nature, cild 369, 23 iyun 1994, səh. 645.
  3. Fred Spoor, Bernard Wood & Frans Zonneveld, "Implications of Early Hominid Labyrinthine Morphology for Evolution of Human Bipedal Locomotion", Nature, cild 369, 23 iyun 1994, səh. 648.
  1. Cela-Conde C. J., Ayala F. J. Genera of the human lineage (ing.). // Proc. Natl. Acad. Sci. U.S.A. / M. R. Berenbaum [Washington, etc.], USA: National Academy of Sciences [etc.], 2003. Vol. 100, Iss. 13. P. 7688. ISSN 0027-8424; 1091-6490 doi:10.1073/PNAS.0832372100 PMID:12794185
  2. Елинек, Ян Большой иллюстрированный атлас первобытного человека. / Пер. Е. Финштейна под ред. В. П. Алексеева. Прага: Артия, 1972, третье издание 1985. С. 64.
  3. 1 2 Елинек, Ян Большой иллюстрированный атлас первобытного человека. / Пер. Е. Финштейна под ред. В. П. Алексеева. Прага: Артия, 1972, третье издание 1985. С. 55.
  4. Елинек, Ян Большой иллюстрированный атлас первобытного человека. / Пер. Е. Финштейна под ред. В. П. Алексеева. Прага: Артия, 1972, третье издание 1985, с. 55.